Məhkəmə qərarları › İş №2(103)-6881/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6881/2022

13.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6881/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız sayılması və çıxarışın ləğvi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə və vəkili X5, Cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2772/2022 saylı, 05 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X13, X14, İddiaçı birgə qaydada 57.719,17 ABŞ dolları əsas, 10.466,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, əldən çıxmış faydaya görə 841, 21 ABŞ dolları, cəmi 69.226,79 (altmış doqquz min iki yüz iyirmi altı ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları məbləğində borcun ödəniş günü AR Mərkəzi Bank müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq isə 30 manat pul vəsaitinin "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, X6 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanında yerləşən, dəyəri 172.590 manat müəyyən edilmiş tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250.000 manat müəyyən edilməklə Daşınmaz Əmlakın dövləl reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər X13, X14, İddiaçı birgə qaydada tutulub AR ƏN Məhkəmə Ekpsertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

2. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 01/4489 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən, ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12.500 manat olmaqla hərraca çıxarılması və hərracın 07 yanvar 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 2 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" BOKT MMC-yə və qeyrilərinə məlumat verilmişdir.

3. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 01/4729 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən, ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12.500 manat olmaqla hərraca çıxarılması və hərracın 07 yanvar 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 2 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" BOKT MMC-yə və qeyrilərinə məlumat verilmişdir.

4. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 01/138 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən, ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12.500 manat olmaqla hərraca çıxarılması və hərracın 27 yanvar 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 2 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinə, "xxxx" BOKT MMC-yə və qeyrilərinə məlumat verilmişdir.

5. İş materiallarında olan, Açıq hərracın yekunları barədə xx.xx.2020-ci tarixli, 13/03 nömrəli protokolunun surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-118-7H saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 250.000 manat olan İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evini 187.500 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X17 əldə etmişdir.

6. İş materiallarında olan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1851/2021 saylı, xx.xx.2021-ci il tarixli surətindən görünür ki, iddiaçi İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 310.3 kv.m olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsi, 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə və Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin edilməsinə dair ləğv prosessində olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin "xxxx" MM-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* saylı Çıxarışın ləğv edilməklə həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(005)-53/2018 qətnaməsi ilə cavabdehlər birgə qaydada əsas borca görə 57.719,17 ABŞ dolları, faiz borcuna görə 10.466,41 ABŞ dolları, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları, cərimə borcuna görə 2.000 ABŞ dolları, cəmi 71.026,79 (yetmiş bir min iyirmi altı dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və tutmanın ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanda olan və dəyəri 172.590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250.000 manat müəyyən edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə və onun üzərində tikilmiş 1 mərtəbəli ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m oian 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(103)2338/2019 nömrəli qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-53/2018 nömrəli, 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilərək dəbbə pulunun məbləği 200 (ABŞ) dolları müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən "xxxx" BOKT MMCnin kredit tələbi üzrə tutmanın yönəldildiyi və X6 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 (iki yüz əlli min) manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli bildirişlərdən müəyyən edilir ki, fərdi evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2020-ci il tarixində 15:15-da ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, fərdi evin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixində 11:00-da təkrar hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "xxxx" MMC-yə təklif olunmuşdur. Bundan sonra İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” idda ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(005)- 1851/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Məhkəmənin 2(005)-1851/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə və Abşeron rayon icra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m ve yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon icra və Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında Sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Lakin, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" BOKT MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Lakin cari ilin əvvəlindən "xxxx" BOKT MMC tərəfindən İddiaçı şifahi formada xəbərdarlıqlar verilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair hərracda protokol bağlanması və evin hazırda "xxxx" BOKT MMC-nin mülkiyyətində olması barədə məlumat verilmişdir. Bundan sonra VK üzvü Nümayəndəla bağlanmış 1223 saylı “X9 haqqında Müqavilə” üzrə "xxxx" MMC-yə Vəkil sorğusu verilmiş və əldə edilən sənədlərə baxış keçirilərkən "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasındc xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokol tərtib edilmişdir. Qeyd edilən Hərracın yekunları barədə Protokolun xx.xx.2020-ci il tarixli olması təəccüb və təəssüf doğurmaya bilməz. Belə ki, yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işin araşdırılması zamanı keçirilmiş hərracların nəticəsi olmamışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Hərracın yekunları barədə Protokolun olması Bakı Kommersiya Məhkəməsinə müvafiq iddianın verilməsini və xx.xx.2020-ci il tarixli, e-2-2(113)2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" BOKT MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzi "xxxx" MMCnin üzərinə qoyulması zərurətini aradan qaldırır. Lakin belə bir zərurət var idi. Çünki Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-2186/2020 saylı iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işə baxılarkən belə bir Protokol mövcud olmamışdır. Qeyd edilən xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokol 2021-ci ilin iyun ayından sonra bağlana bilərdi. Təkzibedilməz sübutlar onu deməyə əsas verir ki, Protokolun tarixi Hərrac tərəfindən qəsdən, məqəsdli şəkildə təhrif edilmiş, bağlandığı tarixi deyil 2020-ci il tarixi göstərilmişdir. Əvvəlki tarixli qeyd etməkdə məqsəd isə xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “ipoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "xxxx" BOKT MMC-yə təklif olunması və xx.xx.2020-ci il tarixdən 30 gün keçmədən Protokolun tərtib olunması olmuşdur. Belə ki, “İpoteka Haqında” Qanunun 43.8-ci il maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac təşkilatçısı geri tarixlə Protokol bağlamaqda məqsədi də ipotekaya xitam verilməsinin qarşısının alınması olmuşdur. Lakin, Hərrac təşkilatı keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" BOKT MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2186/2020 saylı qətnaməsinin mövcud olmasını və Protokolu ən yaxşı halda qətnamənin tarixindən sonrakı tarixə tərtib etməli olduğunu unutmuşdur. İddia ərizəsinə əlavə edilimiş Dövlət Reyestri xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* saylı Çıxarışdan müəyyən edilir ki, "xxxx" BOKT MMC-nin mənzil üzərində mülkiyyət hüquqları tanınmışdır. İddiayə əlavə edilmiş və yuxarıda sadalanan mötəbər sübutlardan aydın olur ki, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq 30 təqvim günü ərzində yəni xx.xx.2020-ci il tarixədək ipoteka predmetini əldə etməmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-137/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız sayılması və çıxarışın ləğvi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,iddiaçı Musayev X8 rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi iddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərin əsassız olduğuna dəlalət edir.

12. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, bu isə o deməkdir ki, iddiaçının hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:

15. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

16. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassız və ədalətsizdir. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş müddətdə (təkrar hərracın baş tutmaması barədə elanın dərc olunmasından sonra 30 gün ərzində) əmlak ipoteka saxlayan tərəfindən hərrac təşkilatından əldə edilməmiş və bununla bağlı hər hansı sənədləşmə işləri aparılmamışdır. İş üzrə təqdim olunmuş hərracın yekunlarına dair protokol isə qeyd olunan müddətdən xeyli sonra və əvvəlki tarixə tərtib edilmişdir. Belə ki, cavabdehin Bakı Kommersiya Məhkəməsində hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" BOKT MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulması barədə iddia qaldırması faktı da sözügedən dövrdə hərracın yekunlarına dair protokolun mövcud olmamasını, onun sonradan tərtib edilməsini təsdiq edir. Əgər hərracın yekunlarına dair protokol qeyd olunan dövrdə bağlanmış olsaydı onsuz da ipoteka saxlayanın Bakı Kommersiya Məhkəməsində belə tələblə iddia qaldırmasına zərurət mövcud olmazdı. Eyni zamanda hazırki iş üzrə məhkəmə araşdırması zamanı da Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış eviə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. Beləliklə işin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

18. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə və vəkili X15 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X17 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək, təmin edilməməsini xahiş etdi. 20 İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

25. Maddə 269.1. Giörə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

26. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

27. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

28. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

31. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

32. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.

33. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər.

34. Həmin Qanunun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

35. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

36. Həmin Qanunun 34-cü maddəsinə əsasən: 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. Bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

37. Həmin Qanunun 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

38. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

39. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir.

40. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.

41. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

42. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

43. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

44. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir.

45. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası tərəflərin çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər X3, X4, İddiaçı birgə qaydada 57.719,17 ABŞ dolları əsas, 10.466,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulması, X6 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanında yerləşən dəyəri 17.259 manat müəyyən edilmiş tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250.000 manat müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir.

58. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

59. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra ve Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon İcra ve Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında Sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş və ipoteka predmeti ipoteka saxlayanın nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin, ipoteka predmetini qəbul edən ipoteka saxlayanla "xxxx" MMC arasında ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulması ilə bağlı mübahisə yarandığından, ipoteka saxlayan məhkəmədə iddia qaldırmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(113)-2186/2020 saylı qətnaməsilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alğı-satqı müqavilələrinin iddiaçı "xxxx" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanılması vəzifəsi cavabdeh Respublika Xammal və X20 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Bundan sonra hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat vəsiqəsi əldə edilmiş və hazırda mübahisələndirilən əmlak tam mülkiyyət hüququ ilə "xxxx" MMC-nin mülkiyyətindədir.

60. İş materialları ilə o da müəyyən olunmuşdur ki, hazırki mülki iş üzrə iddiaçı bu mülki işdən əvvəl mülkiyyətində olan fərdi yaşayış evinin satışı üçün verilən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli hərracların və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1851/2021 saylı qətnaməsilə həmin iddia təmin olunmamışdır. Həmin işdə məhkəmə müəyyən etmişdir ki, iddiaçının mübahisələndirdiyi tarixlərdə keçirilən hərrac qanunvericiliyin tələblərinə uyğun olmuş, həmin iddiaçı hərracın keçirilməsi barədə məlumatlı olsa da, həmin tarixlərdə keçirilən hərracların etibarsızlığını mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür.

61. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1,76.2 və 88-ci maddələri).

62. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına nail olmaqdır. İddiaçı idda tələbini onunla əsaslandırmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq 30 təqvim günü ərzində, yəni, xx.xx.2020-ci il tərixə kimi olan müddətdə ipoteka predmetini əldə etməmiş, hərrac təşkilatı hərracın nəticəsi barədə protokolu Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən sonra tərtib etməli olduğu halda, saxtakarlıq edərək “Hərracın yekunları barədə protokolu” arxa tərixə - xx.xx.2020-ci il tarixə tərtib etməklə, mülki qanunvericiliyin tələblərini pozduğundan, həmin protokol etibarsız sayılmalı və həmin protokolun əsasında "xxxx" MMC-nin adına verilmiş çıxarış ləğv olunmalıdır.

63. İşə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" MMC-dir. İddiaçı isə Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsi və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi deyil, evin mülkiyyətçisi X7r. Belə olan halda, məhkəmə onu da qeyd edir ki, iddiaçı olaraq İddiaçı hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur.

64. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin onun hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisələndirilən əmlakın mülkiyyətçisi olduğundan, subyektiv hüququnun olduğunu, lakin, rayon məhkəməsinin iş materiallarını düzgün qiymətləndirmədiyini qeyd edərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

65. Eyni zamanda hazırki iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apelyasiya məhkəməsinə iş üzrə icraata xitam verilməsi barədə vəsatət vermiş və apelyasiya məhkəməsinin iclasında vəsatətini müdafiə edərək bildirmişdir ki, eyni tərəflər, eyni əsas və eyni predmet üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1851/2021 saylı iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə heç kim tərəfindən mübahisələndirilməmişdir.

66. Məhkəmə kollegiyası ilk növbədə "xxxx" MMC-nin nümayəndəsinin hazırki işin icraatına xitam verilməsi barədə vəsatəti müzakirə edib qeyd edir ki, vəsatət əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsində olan iddia tələbi xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli hərracların və hərracların nəticələrinin etibarsız hesab edilməsi olduğu halda, hazırki iddia tələbi xx.xx.2020-ci il tarixli Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbindən ibarətdir. Hər iki işdə tərəflər, iddia predmeti eyni olsa da, əsaslar fərqli olduğundan, icraata xitam verilməsi üçün əsaslar mövcud deyil.

67. Məhkəmə kollegiyası iddia tələbinin dəlillərini və bununla bağlı iddia tələbinin təmin olunması barədə apelyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, iddia tələbi əsassızdır.

68. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən əmlak qanunvergiliyin tələblərinə uyğun olaraq hərraca çıxarılmış, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş (hərracın qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsi qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunmuşdur), təkrar hərrac baş tutmadığı üçün hərrac təşkilatı ipoteka predmetini ipoteka saxlayana təklif etmiş və ipoteka saxlayan təklifi qəbul edərək, ipoteka predmetini qəbul etmişdir. Lakin, hərrac təşkilatı ilə mübahisə yarandığından, həmin vaxt “Hərracın yekunlarına dair Protokol” tərtib edilməmişdir. Hərrac təşkilatı və ipoteka saxlayan arasında olan mübahisə Bakı Kommersiya Məhkəməsində həll olunduqdan sonra “Hərracın yekunlarına dair Protokol” xx.xx.2020-ci il tarixdə tərtib edilərək, tələbkara təqdim edilmiş və tələbkar hərracdan əldə etdiyi mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir.

69. İddiaçının “Hərracın yekunlarına dair Protokol”un etibarsızlığı barədə əsas dəlili ondan ibarətdir ki, təkrar hərrac baş tutmadıqdan sonra, ipoteka saxlayan “İpoteka haqqında Qanunun” tələbinə uyğun olaraq ipoteka predmetini əldə etməmiş, “Hərracın yekunlarına dair Protokol” isə saxtakarlıq edilərək, arxa tərixə bağlanmışdır.

70. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmır və qeyd edir ki, ipoteka predmetinin hərraca çıxarılması, təkrar hərracın baş tutmaması, ipoteka predmetinin ipoteka saxlayana təklif olunması və ipoteka saxlayanın ipoteka predmetini qəbul etməsini hərrac təşkilatına bəyan etməsi iddiaçıya məlum idi.

71. Kollegiya qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsilə iddiaçının keçirilmiş hərrac və hərracın nəticəlrinin etibarsız hesab edilməsi barədə iddiası onun tərəfindən həmin aktları mübahisələndirməsi üçün qanunla müəyyən olunmuş iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Belə olan halda iddiaçı hərracla bağlı sənədləri, o cümlədən “Hərracın yekunlarına dair Protokol”u mübahisələndirmək hüququnu itirmiş olur.

72. Bundan başqa kollegiya qeyd edir ki, hərrac təşkilatı tərəfindən “Hərracın yekunlarına dair Protokol”un qanuni qüvvəsini alan Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən sonra tərtib olunmasının qanun pozuntusu olması səbəbindən etibarsız olması barədə iddiaçının dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Hərrac təşkilatı “Hərracın yekunlarına dair Protokol”u məhz ipoteka saxlayanın ipoteka predmetini qəbul etməyi təklif etdiyi və bu təklifin ipoteka saxlayan tərəfindən qəbul edildiyi tarixə tərtib etmişdir. Bu da qanun pozuntusu hesab edilməsi üçün əsas hesab edilə bilməz. Çünki ipoteka saxlayan artıq həmin vaxt ipoteka predmetini qəbul etmişdir.

73. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

74. Bu baxımdan kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalıdır.

66. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2772/2022 saylı, 05 avqust 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar