Məhkəmə qərarları › İş №2(103)-6905/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6905/2022

19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6905/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1746/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı möhürün, açarların, bütün sənədlərin sənədlərin qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nin yeni sədridir Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, məhəllə 2379 bina 81/82 binanın sakinləri öz şəxsi vəsaitləri hesabına "xxxx" (Turan) MTK tərəfindən tikilən evləri təmirli vəziyyətdə təhvil alıblar.Kooperativ əsaslarla inşa edilən 81 və 82 saylı binaların idarə edilməsi məqsədi ilə sözügedən kooperativin üzvləri binanın Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-82, ev 50 saylıda yaşayan və sözügedən mənzilin mülkiyyətçisi olan Cavabdeh sədr seçmişdilər. Buna görə də sözügedən binanın mənzillərinin sənədləşməsi ilə bağlı bütün şənədləri və möhürü sədr Cavabdeh təhvil verilmişdi. Mənzil-tikinti kooperativinin üzvlərinin koopperativin orqanlarını seçmək və onlara seçilmək hüququ vardır. Payçıların yığıncağı prosedura uyğun olaraq seçilən idarə heyətinin qərarı ilə təşkil olunur.Yeni sədrin seçilməsi müddəti və sədrin hesabat verməli olduğu nizamnamədə qeyd olunub.04 mart 2022-ci ildə Ulduz MTK tərəfindən tikilmiş 81 və 82 saylı binaların sakinlərinin iştirakı ilə iclas keçirərək, kooperativə yeni sədr kimi iddiaçını tseçmişlər. Keçmiş sədr Cavabdeh səlahiyyətlərinə xitam verilmişdir."xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş sədri, iş üzrə cavabdeh - Cavabdeh kooperativə aid möhür və sənədlərin təhvil verilməsi tələb edilsə də, adı çəkilən şəxs bundan boyun qaçırır. Hətta ona pretenziya edilsə də heç bir nəticə əldə olunmayıb. Həmin pretenziyanı və qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Bu səbəbdəndir ki, məcbur qalıb onun hərəkətindən ərazi üzrə 24-cü polis bölməsinə müraciət etmişlər.Həmin orqanda sözügedən işin mülki iş olduğunu bildirmişlərr.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 47.4.maddəsinə görə Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə mülkiyyətçinin səsverməyə qoyulan məsələlər üzrə yazılı formada tərtib edilən qərarları vasitəsilə keçirilə bilər.İddiaçı 1 saylı protokol əsasında 04 mart 2022-ci ildən sözügedən kooperativə sədr seçilib. Buna baxmayaraq iş üzrə cavabdeh Aida xanımın günahından öz səlahiyyətlərini həyata keçirə bilmir. Qeyd olunanlara əsasən ‘Ulduz" MTK-nin keçmiş sədri, iş üzrə Cavabdeh Ulduz MTK-ya aid olan möhürün, açarların, bütün sənədlərin (maliyyə sənədləri, iclas protokolları, mədaxil məxaric qəbzləri,payçılara məxsus binaya aid texniki pasportun və s.) alınıb "xxxx" MTKnin yeni sədr kimi ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı qarşı protokolun etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək ondan "xxxx" MTK-ya aid olan möhürün, açarların, bütün sənədlərin (maliyyə sənədləri, iclas protokolları, mədaxil məxaric qəbzləri, payçılara məxsus binaya aid texniki pasportun və s.) alınıb yeni sədr kimi ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. O, uzun müddətdir ki, “Ulduz’ MTK-nın sədridir. Lakin bu yaxınlarda ona məlum olub ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən tikilən 81 və 82 saylı binaların sakinlərinin iştirakı ilə keçirilən ümumi yığıncağın iclasında guya ki, ümumi yığıncağın protokolu ilə yeni sədr seçilib və onun səlahiyyətinə xitam verilib.Lakin, xx.xx.2022-ci tarixli yeni sədrin seçilməsi və sədr kimi onun səlahiyyətlərimə xitam verlməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolu qanunsuzdur.Belə ki, protokolda göstərilən şəxslərin əksəriyyəti iclasda iştirak etməyib. Protokol həmin şəxslərə sonradan onların yaşadıqları mənzillərdə, binanın həyətində və digər yerlərdə imza etdirilib. Həmin şəxslər iştirak etmədikləri iclasın protokoluna imza etməkdən imtina etsələr də, onlar protokolu imzalamağa məcbur ediliblər. Həqiqətə nail olmaq üçün həmin şəxslər şahid qismində məhkəmə tərəfindən dindirilməsi ədalətli olardı.Digər tərəfdən, MTK-nın Nizamnaməsinin 8.1.-ci bəndinə əsasən növbədənkənar ümumi yığıncaq Kooperativin sədrinin təşəbbüsü və müfəttişin, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə çağırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.7,-ci maddəsinə əsasən Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yandan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yandan çoxu iştirak etdikdə səlahiyyətlidir.Həmin məcəllənin 111.8-ci maddəsinə əsasən Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilən müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır.Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Lakin, növbədənkənar ümumi yığıncağın çağırılması üçün sədr kimi onun belə bir təşəbbüsü olmayıb, eyni zamanda müfəttişin, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi olmayıb. Eyni zamanda,iclasda ümumi yığıncaqda üzvlərinin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etməyib. Ona görə də, həmin ümumi yığıncaq səlahiyyətli olmayıb. Göründüyü kmi, xx.xx.2022-ci tarixli yeni sədrin seçilməsi və sədr kimi onun səlahiyyətlərinə xitam verlməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolu qanunsuzdur və həmin protokol etibarsız hesab edilməlidir. Qeyd olunanlar əsasən xx.xx.2022-ci tarixli yeni sədrin seçilməsi və sədr kimi onun səlahiyyətlərinə xitam verlməsi ilə bağlı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının protokolunun etibarsız hesab edilinəsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1746/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "xxxx"MTK-nə məxsus möhürün, açarların, bütün sənədlərin qaytarılmasına dair ilk idda təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması, "xxxx" MTK-nin xx.xx.2022-ci il tarixli iclasının 1 saylı protokolu etibarsız hesab edilməsi, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid olunması qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəmin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyasının iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1746/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı möhürün, açarların, bütün sənədlərin sənədlərin qaytarılmasına dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı protokolun etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiasına dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 5-ci bəndindən görünür ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələrində baxılır. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı Kərimov İsmazan Abdulla oğlu iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, hazırki mülki iş kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərlə bağlı olmuşdur. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini pozaraq, iddia ərizəsini icraata qəbul etmiş hazırki işin aidiyyətinin ümumi məhkəmələrə aid olmadığı halda işə mahiyyəti üzrə baxmaqla nəticə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1746/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı möhürün, açarların, bütün sənədlərin sənədlərin qaytarılmasına dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı protokolun etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiasına dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1746/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı möhürün, açarların, bütün sənədlərin sənədlərin qaytarılmasına dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı protokolun etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiasına dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar