Məhkəmə qərarları › İş №2(103)-6914/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6914/2022

20.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6914/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan CavabdehASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(006)-2903/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh ləğv prosesində olan CavabdehASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(006)-2903/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində istifadədəki 0,1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində 7-ci mərtəbəsində 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzillə bağlı Cavabdeh ASC ilə iddiaçı Süleymanova (Hacıyeva) Aytac Cavidan qızı arasında bağlanmış ***-**** saylı, 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsinə xitam verilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan CavabdehASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ləğv prosesində olan CavabdehASCnin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(006)- 2903/2022 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan CavabdehASC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar