Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6915/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayətçi Ərizəçi vəkili X2 iştirakı ilə, Şikayətçi Ərizəçi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2101/2020 saylı qərardadından iş üzrə şikayətçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi Ərizəçi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək, qeyd olunan qərarın ləğv edilib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsina dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2101/2020 saylı qərardadı ilə ərizənin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətini məhkəmə, əvvəla ərizə adlandırmaqda, ikincisi də həmin şikayətə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş qaydada baxmayıb, şikayətin «iddianın yolverilməzliyi əsası ilə icraata qəbul edilməsindən imtina edilməsmə dair» qərardad çıxarmaqla icraata götünnəməkdə haqlı olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2101/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Ərizəçi vəkili X4şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş məhkəmənin icraatına qəbul edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Kollegiya qeyd edir ki, şikayətçi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi yanlış olaraq həmin şikayəti mülki mühakimə icraatı qaydasında qəbul etmiş, buna görə də, şikayəti məhkəmənin icraatına qəbul etməkdən imtina etmişdir. Bununla da, şikayətçini məhkəmə müdafiəsi hüququndan əsassız olaraq məhrum etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli qərarında X5 Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə şikayəti İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq qəbul edib baxmalı olduğu halda, bunu etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2101/2020 saylı qərardadı ləğv edilməli, Ərizəçi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq məhkəmənin icraatına qəbul edilməsi və mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,264, 269, 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-2101/2020 saylı qərardadı ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun olaraq məhkəmənin icraatına qəbul edilsin və mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6915/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6915/2020
01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver