Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6919/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: podrat müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2(008)- 141/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2 nömrəli podrat müqaviləsinə əsasən podratçı tərəfindən görülməli olan 280 manat dəyərində Premium təmir paketinə daxil olan təmir işinin icrasını və görüləcək işlərə təminat verməsini öz üzərinə götürmüşdür.
2. Kassa mədaxil orderlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ümumilikdə 20900 manat məbləğində pul ödəmişdir.
3. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-2446 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Gəncə Prospekti 310, M20, 8 ünvanında yerləşən, ümumi sahəsi 75,9 kv.metr olan məzili X2 bağışlamışdır.
4. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-1662 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X4 Bakı şəhəri, Gəncə prospekti 310, M20, 8 ünvanında yerləşən, ümumi sahəsi 75,9 m2 olan məzili G.Abdullayevaya 180000 manata satmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən və Cavabdeh2 39000 manat pul və 237 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-nin rəhbəri, Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə 2 nömrəli podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə əsasən Cavabdeh2 onun adına olan ünvan 3 ünvanında yerləşən 81,3 kv.metr sahədə təmir işləri aparmalı idi, lakn müqaviə öhdəliklərinə əsasən təmir işlərini keyfiyyətsiz, tam olaraq aparmamışdır. Tərəfindən 24000 manat məbləğində pul müxtəlif vaxtlarda Cavabdeh2 ödənilərək qəbzləri alınmışdır. Sonuncu ödənilən 5000 manat pulun isə qəbzini Cavabdeh2 təqdim etməmişdir. Cavabdeh tərəfindən aparılan təmir işləri ümumiyyətlə tam yarasız halda olmuş, təmirdən sonra mənzili daha da yarasız hala düşmüş, əlavə problemlər yaranmış, kanalznsiya sistemi və mənzil tamamilə bərbad hala düşmüşdür. Təmir-tikinti işləri xx.xx.2021-ci il tarixdə bitməli və mənzil ona təqdim edilməli idi. Yarımçıq, tamamlayan təmir tikili işlərinin nəticəsində mənzilə əlavə olaraq zərər dəymişdir. Dəfələrlə evdə yarıtmaz aparılan və təmirin nəticəsində dəymiş zərərin aradan qaldıracağını dəfələrlə söz versə də heç bir hərəkət etməmişdir. Cavabdeh2 ilə dəfələrlə əlaqə saxlansa da, mənzilin təmiri üçün ona ödənilmiş pulu geri qaytramaqdan imtina etmişdir. Evdən gələn üfunət iyi, təmirdən sonra təmir edilmiş evin bərbad halda olması fəsadlara məruz qalmasına səbəb olmuşdur. Evin divarı, qapıları, digər kommunal xəttləri, divar kağızları, elektrik naqilləri bərbad hala düşmüşdür. Həmin fəsadların aradan qaldırlması üçün ən azı 15000 manat əlavə xərclər lazım olacaqdır.
7. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında, iddiaçı tərəfindən onlara mənzilin təmiri ilə bağlı 20900 manat pul verildiyini, kassa mədaxil orderlərində də iddiaçının imzası mövcud olduğunu, iddiaçı tərəfindən mənzildə başqa təmir işləri görülmədiyini, mənzilin yeni mülkiyyətçi tərəfindən təmir edildiyini ona görə də iddiaçının belə bir iddia qaldırmağa hüququnun olmadığını və iddiaçı üçün yüksək keyfiyyətli təmir işləri görüldüyünü, iddiaçı pulu, yəni 32000 manatı tam verməkdən yayınaraq 20900 manat pul verdiyini bildirmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-3152/2024 nömrəli qərardadı üzrə, İddiaçı məxsus ünvan 3-də 81.3 kv.m ümumi sahədən ibarət mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul məbləği tələb olunduğunu öyrənmək məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmişdir. Nəticədə, ünvan 3-də 81,3 m2 ümumi sahədən ibarət mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul məbləği tələb olunduğu hesabatının xx.xx.2024-cü il vəziyyətinə uyğun olaraq həmin mənzilin təmir dəyəri təqribən 22156 manat məbləğində müəyyən olunmuşdur. Təmirin ümumi dəyəri 22156 manat, yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan vəsait 5536 manat təşkil edir.
9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3152/2024 nömrəli qərardadı üzrə İddiaçı məxsus Bakı şəhəri, Gəncə prospekti, 310 mənzil 18/8 blok G-də yerləşən mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul vəsaiti tələb oluna bilər məqsədi ilə qiymətləndirilmə işi aparılmış, ünvan 3-də 81,3 m2 ümumi sahədən ibarət mənzilin təmirinin dəyəri nə qədərdir və hal-hazırdakı təmirdən sonra yaranmış nasazlıqları aradan qaldırmaq üçün nə qədər pul məbləği tələb olunduğu hesabatının xx.xx.2024-cü il vəziyyətinə uyğun olaraq həmin mənzilin təmir dəyəri təqribən 22156 manat məbləğində müəyyən olunmuşdur. Yaranmış nasazlıqların aradan qaldırılması üçün isə hal hazırdakı bazar dəyərinə uyğun olaraq hesablanılma aparılmış və belə nəticəyə gəlinmişdir ki, şpaklovka (üzlük) 4 ədəd*7 manat=32 manat, şpavlovka (astar) 8 ədəd*6 manat=48 manat, aftafa seti 1 ədəd*20 manat=20 manat, krant (əl yuyulan yer üçün) 1 ədəd*65 manat=65 manat, duş kabin 1 ədəd*250=250 manat, krant (duş kabin üçün) 1 ədəd*50 manat=50 manat, hamam aksessuarı (duş seti) 1 ədəd*50 manat =50 manat, metlax (hamam otağı üçün) -150 manat, metlax ustası -120 manat, kanalizasiya qapağı- 20 manat, otaq qapıları 4 ədəd*200 manat =800 manat, qapı dəstəyi 5 ədəd*30 manat =80 manat, qapı petləsi 10 ədəd*7 manat =70 manat, hamam qapısı 1 ədəd*200 manat =200 manat, qapıların quraşdırılması (ümumi) 5 ədəd*50 manat =250 manat, divar kağızı (ümumi) 19 ədəd*30 manat =570 manat, oboy kleyi 6 ədəd* 10 manat =60 manat, oboy vurulması üçün usta pulu-400 manat, kombi radiator krantı 4 ədəd*30 manat =120 manat, laminat 40 m2*16 manat = 640 manat, plintus-60 manat, laminat birləşdirən kant 2ədəd* 8 manat =16 manat, laminat ustası-400 manat, plintus aksesuarı 10 ədəd*0,7 manat = 7 manat, havalandırma sistemi 1 ədəd*28 manat =28 manat, aspirator 1 ədəd 150 manat *=150 manat, hamam dəsmal quruducu kranı 1 ədəd*15 manat =15 manat, izolasiya+əlavə xərclər-500 manat, əlavə xərclər (şrup, əlcək, vedrə və s) -535 manat, təmirin ümumi dəyəri -22156 manat, şpavlovka (üzlük) 4 ədəd*8=32 manat, şpavlovka (astar) 8 ədəd*6 =48 manat, aftafa seti 1 ədəd*20 = 20 manat, krant (əl yuyulan yer üçün) 1 ədəd*65 manat =65 manat, duş kabin 1 ədəd*250 manat =250 manat, krant (duş kabin üçün) 1 ədəd*50 manat =50 manat, hamam aksesuarı duş seti 1 ədəd*50 manat =50 manat, metlax hamam otağı üçün-150 manat, metlax ustası -120 manat, kanalizasiya qapağı 1 ədəd*20 manat =20 manat, otaq qapıları 4 ədəd*200 manat =800 manat, qapı dəstəyi 5 ədəd *30 manat =80 manat, qapı petləsi 10 ədəd*7 manat =70 manat, hamam qapısı 1 ədəd*200 manat =200 manat, qapıların quraşdırılması 5ədəd*50 manat =250 manat, divar kağızı (ümumi) 19 rulon*22 manat =400 manat, oboy kleyi 6 ədəd*10 manat =60 manat, oboy vurulması usta pulu -400 manat, kombi radiator krantı 4 ədəd*30 manat =120 manat, laminat 40 m2*16 manat =640 manat, plintus 60 manat, laminat birləşdirən kant 2 ədəd*8 manat =16 manat, laminat ustası 400 manat, plintus aksesuarı 0,7 manat*10 manat =7 manat, havalandırma sistemi 1 ədəd*28 manat =28 manat, aspirator 1 ədəd*150 manat =150 manat, hamam dəsmalı quruducu krantı 1 ədəd *15 manat =15 manat, izolyasiya + əlavə xərclər 500 manat, əlavə xərclər (şrup, əlcək, vedrə və s.) 535 manat =535 manat yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan vəsait 5536 manat təşkil edir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e- 2(008)-141/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, Cavabdeh1ndən 4280 manat pul tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdeh aldığı vəsaitin müqabilində iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 81,3 m2 sahədə olan mənzilinin təmir işlərinin görülməsi üçün öhdəlik götürsə də, müqavilə üzrə öhdəliyini icra etmiş, lakin mənzilin təmirində nasazlıq yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 81,3 m2 sahədə olan mənzilinin təmir işlərinin görülməsi üçün ümumilikdə cavabdehə 20900 manat məbləğində pulu müxtəlif vaxtlarda qəbzlər əsasında ödəməsini, iş materiallarında olan 579001, 579015, 579027 və 579031 57039 nömrəli kassa mədaxil orderləri ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ödənilən məbləğ 20900 manat təşkil etmiş, cavabdehin nümayəndəsi isə iddia tələbində qeyd olunan mənzilin təmiri üçün iddiaçı tərəfindən ümumilikdə 20900 manat ödənilməsini etiraf etmişdir. Məhkəmə podrat müqaviləsi üzrə ödənilmiş pulun təmirə xərclənməsi və təmirdən sonra yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan, çəkilməli olan xərcin miqdarına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə mütəxəssis rəyi əsas götürülməli, belə ki, qeyd edilən rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olmuş mənzilin təmiri üçün çəkilmiş ümumi xərcin məbləği 22156 manatdır. Həmin məbləğdən cavabdehin etiraf etdiyi 20900 manat pul məbləği çıxılmaqla (22156- 20900=1256), mənzildə yaranmış nasazlıqların aradan qaldırılması üçün ekspert rəyində müəyyən olunmuş 5536 manatdan mənzilin ümumi təmiri üçün çəkilmiş xərcin qalıq məbləği çıxılmaqla (5536- 1256=4280) 4280 manat pul iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 385, 442, 448, 752, 759, 762-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdehlər Cavabdeh1 apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə əsasən, təmir işlərinin aparılması, lazım olan tikinti materiallarının alınması üçün İddiaçı tərəfindən Cavabdeh1 MMC-nə ümumilikdə 20900 manat məbləğində pul ödənilmiş və ödənişlərlə əlaqədar ona kassa mədaxil orderinin qəbzləri verilmişdir. Məhkəməyə təqdim etdikləri görülmüş işlərin hesabat arayışına əsasən, mənzilin təmiri üçün 32614 manat pul xərclənmiş, lakin iddiaçı cavabdehlərə ödəniş etməkdən imtina edərək, cavabdehləri evdən qovmuşdur. Təmir işlərinin aparılması, lazım olan tikinti materiallarının alınması üçün İddiaçı tərəfindən Cavabdeh1 MMC-nə xx.xx.2021-ci il tarixdə 7000 manat, xx.xx.2021-ci il tarixdə 7000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1900 manat olmaqla, ümumilikdə 20900 manat məbləğində pul ödənilmiş və ödənişlərlə əlaqədar ona kassa mədaxil orderinin qəbzləri verilmişdir. Mənzildə təmir işləri aparılan zaman podrat müqaviləsi üzrə sifarişçi İddiaçı müvafiq orqanlardan icazə, razılıq almadan mənzildə konstruktiv dəyişiklər edərək, otaqla mətbəxin və o cümlədən kanalizasiya sisteminin yerini dəyişmişdir. Tərəfindən İddiaçı məxsus mənzildə tam təmir işləri aparılmış və tam təmirli mənzil ona təhvil verilmişdir. Lakin iddiaçı görülmüş işlərin pulunu verməmək üçün bəhanələr gətirərək, cavabdehləri evindən qovmuş, sonradan Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı mənzili cavabdehlərdən təhvil aldıqdan sonra uzun müddət bu mənzildə yaşamışdır. Mülki iş üzrə 4 dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmişdir: 1. Məhkəmənin xx.xx.2024cü il tarixli, e-2(008)-3152/2024 saylı qərardadına əsasən, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın aparılması "xxxx" MMC-nə həvalə olunsa da, iş materialları xx.xx.2024-cü il tarixdə səhvən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə mülki iş geri məhkəməyə qaytarılmışdır. "xxxx" MMC-nin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli müşayiət məktubunda göstərilmişdir ki, ünvan 6ünvanında yerləşən, ümumi sahəsi 81,3 m2 olan mənzilin xx.xx.2024-cü il tarixdə təmir dəyəri 22156 manat, yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan vəsait 5536 manat təşkil edir (ekspertiza aparılmamış, mütəxəssis rəyinə əsasən). 2. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3152/2024 saylı qərardadına əsasən, iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın aparılması yənə də "xxxx" MMC-nə həvalə olunmuşdur. Lakin burada da əlavə ekspertiza keçirilməmiş, mütəxəssis xidməti otaqdan çıxmayaraq, verdiyi birinci rəyə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli müşayiət məktubu göndərmişdir. Göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 81,3 m2 olan mənzilin xx.xx.2024-cü il tarixdə təmir dəyəri 22156 manat, yaranmış nasazlıqların aradan qaldırılması üçün nəzərdə tutulan vəsait 5536 manat təşkil edir. Mütəxəssis rəy verərək, iştirakları təmin edilməmiş, görülmüş işlər barəsində məhkəməyə təqdim etdikləri sübutlar nəzərə alınmamış, 2 ilə yaxın davam etmiş məhkəmə “çəkişmələrində”, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mütəxəssis tərəfindən verilmiş əsassız, qanunsuz, qeyri-obyektiv rəy nəzərə alınmışdır. 3. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)- 3152/2024 saylı qərardadına əsasən, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın aparılması "xxxx" MMC-nə həvalə olunmuşdur. Məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin iştirakını təmin etməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. 31 yanvar 2025-c il tarixdə ekspert Elmar Səidov məhkəməyə tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert vəsatəti göndərmişdir. Ekspertizanın keçirilməsi 08 aprel 2025-ci il tarixə, saat 15:30-a təyin olunmuş və bu barədə tərəflərə məlumat verilmişdir. Lakin 08 aprel 2025-ci il tarixdə iddiaçı tərəf ekspert Elmar Səidovun çoxsaylı telefon zənglərinə (050-210- 26-98) cavab verməyərək, ekspertizanın keçirilməsindən imtina etmişdir. 4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e- 2(008)-141/2025 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspertizanın aparılması “X8” MMC-nə həvalə olunmuşdur. “X8” MMC-nin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 132 №-li müşayiət məktubunda qeyd edilmişdir: “Məhkəmənin e- 2(008)-141/2025 saylı, 19 may 2025-ci il tarixli qərardadında qoyulmuş sualların cavablandırılması üçün mütəxəssislər ünvanda olmuş, iddiaçı həmin mənzilin satıldığını, yeni mülkiyyətçisi isə mənzili əsaslı təmir etdiyini bildirərək, baxışın keçirilməsinə şərait yaratmamışdır. Qeyd etmək istəyir ki, “X8” MMC-nin əməkdaşları baxış barədə cavabdehlərə heç bir məlumat verməmişlər. Əgər mütəxəssislər ünvanda olmuşlarsa, İddiaçı və ya onun övladı X4 ilə görüşə bilərdilər. Mənzili alqı-satqı yolu ilə əldə etmiş yeni mülkiyyətçi orada görə bilməzdi. Belə ki, 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-2446 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri,Gəncə prospekti, 310, M20, m.8 ünvanında yerləşən, ümumi sahəsi 75,9 m2 olan mənzili X2 bağışlamışdır. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 4Ə-1662 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X4 Bakı şəhəri, Gəncə prospekti, 310, M20, m.8 ünvanında yerləşən, ümumi sahəsi 75,9 m2 olan mənzili 180000 manat məbləğində Gülşən Abdullayevaya satmışdır. Əsaslı təmir dedikdə, bina və ya mənzilin bütün struktur hissələrinin yenidən qurulmasını və dəyişdirilməsini əhatə edən, əsaslı söküntü və yenidənqurma işlərini ehtiva edən bir təmirdir. Bu yalnız kosmetik dəyişikliklərdən (rəngləmə, divar kağızı çəkmə) fərqli olaraq, elektrik, santexnika, divar, döşəmə, tavan və digər struktur elementlərin dəyişdirilməsini və ya əsaslı şəkildə yenilənməsini nəzərdə tutulur. Deməli, burada belə qənaətə gəlmək olar ki, İddiaçı ekspertizanın keçirilməsinə qəsdən, bilə-bilə maneələr yaratmışdır. Mülki iş üzrə heç bir ekspertiza keçirilmədiyi, iş materiallarında heç bir ekspert rəyi olmadığı halda, məhkəmə tərəfindən əlavə, təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən görülmüş işlərin videogörüntüləri, fotoşəkilləri, hesabat arayışı məhkəməyə təqdim edilsə də, məhkəmə sözügedən arayışı sübut kimi qəbul etməmişdir. Ekspertizanın keçirilməsinə nail ola bilməmişdir. Tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquqi münasibətdə olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunan sübutlarla əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında qəbul etməmişdir. Bu səbəbdən də qətnamə qanunsuz və əsassız olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Birinci instansiya məhkəməsi yekun aktında Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürdüyü arqumentləri qiymətləndirərək, iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır: - tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, Cavabdeh1 aldığı vəsaitin müqabilində İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 81,3 m2 sahədə olan mənzilinin təmir işlərinin görülməsi üçün öhdəlik götürmüş, müqavilə üzrə öhdəliyini icra etmiş, lakin mənzilin təmirində nasazlıq yaranmışdır. - iddiaçı mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 81,3 m2 sahədə olan mənzilinin təmir işlərinin görülməsi üçün ümumilikdə cavabdehə 20900 manat məbləğində pulu müxtəlif vaxtlarda qəbzlər əsasında ödəmiş, iş materiallarında olan 579001, 579015, 579027 və 579031 57039 nömrəli kassa mədaxil orderləri ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ödənilən məbləğ 20900 manat təşkil etmişdir; - cavabdehin nümayəndəsi iddia tələbində qeyd olunan mənzilin təmiri üçün iddiaçı tərəfindən ümumilikdə 20900 manat ödənilməsini etiraf etmişdir. - mütəxəssis rəyindən məlum olur ki, iddiaçının mülkiyyətində olmuş mənzilin təmiri üçün çəkilmiş ümumi xərcin məbləği 22156 manatdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində əsaslandığı hallar birinci instansiya məhkəməsində işə baxılan zamanı etirazın dəlilləri ilə eynilik təşkil edir, məhz bu xüsusatların araşdırılması məqsədilə dəfələrlə ekspertiza təyin olunaraq mütəxəssis rəyləri alınmışdır. Məhkəmə tərəfindən işdə olan sübutlar düzgün qiymətləndirilərək iş üzrə yekun nəticəyə gəlinmişdir.
24. Beləliklə, hazırki mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qiymətləndimə aparmış və məhkəmənin iddianın qismən edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2(008)- 141/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2(008)- 141/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.