Məhkəmə qərarları › İş №2(103)-6922/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6922/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6922/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı” Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BP Exploration (Caspian Sea)” LTD-yə məxsus olan və İddiaçı” Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero" markalı, H 027 147 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 430 (dörd yüz otuz manat, 0 qəpik) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 20,40 (iyirmi manat, 40 qəpik) manat dövlət rüsumu, cəmi 450,40 (dörd yüz əlli manat, 40 qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutuluraq İddiaçı” Sığorta Şirkəti ASC–nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2xx.xx.2013-cü il tarixdə idarə etdiyi “Volkswagen” markalı, ** NK *** dövlət qeydiyyatnişanlı avtomobillə İnşaatçılar prospekti ilə hərəkət zamanı normal ara məsafəsaxlanılması qaydasını pozaraq, "BP Exploration (Caspian Sea)” LTD-ə məxsus vəİddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı, H 027 147 dövlətqeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “BP Exploration (Caspian Sea)” LTD-yəmaddi ziyan vurmuşdur. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasənCavabdeh1 mülkiyyətində olan “Volkswagen" markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçünödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsindəCavabdeh2 təqsirli olması DYPİ-nin BYP 267891 nömrəli İnzibatiXəta Haqqında Protokolunda öz əksini tapmışdır. “xxxxxxxxxx” Firmasının təqdim etdiyixx.xx.2013-cü il tarixli 10/25 Hesaba uyğun olaraq, “Mitsubishi Pajero” markalı, H 027147 dövlət qeydiyyat nişanlı avtomobilə 430 (dörd yüz otuz manat, 0 qəpik) manat zərərtəyin edilmişdir. MİC-130182-U00 saylı sığorta Müqaviləsinin MİC-1 №896/2013 saylısığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 430 (dörd yüz otuz) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “İddiaçı" Sığorta Şirkətinə dəymiş 430,00 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq, iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 2069/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi qismində 430,00 manat sığorta ödənişi məbləği və 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 450,40 (dörd yüz əlli manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “İddiaçı" X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində subroqasiya qaydasında dəymiş maddi ziyanın cavabdehlərdən nə üçün müştərək qaydada tutulmalı olduğunu əsaslandırmamışdır. Həmçinin məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmənin qətnaməsindən və iddia ərizəsindən də göründüyü kimi iddia tələbinin ona aid hissədə əsaslı olması ilə bağlı sübutlar təqdim edilməmiş, həmçinin mübahisənin qanuni əsası ilə bağlı maddi hüquq normalarına istinad edilməmişdir. Cavabdeh2 tərəfindən mülki hüquq pozuntusu törədilməsi, bu pozuntu nəticəsində vurulmuş zərərin "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənə ödənilməsi nəticəsində sığortaçının ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ yaranması öz təsdiqini tapmışdır. Belə ki, həmin avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən Cavabdeh2 idarəetməsi üçün etibarnamə ilə verilmiş, yol nəqliyyat hadisəsi baş verən zaman isə Cavabdeh2 həmin avtomobili idarə etmək üçün müəyyən edilmiş sürücülük vəsiqəsi olmuşdur, bu səbəbdən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinin tələblərinə əsasən iddia tələbində göstərilən məbləğ nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən Cavabdeh2 tutulmalı, digər Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli sığorta aktının surətinə əsasən İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı "BP Exploration (Caspian Sea)” LTD arasında bağlanan MİC-130182-U00 saylı sığorta şəhadətnaməsi əsasında “Mitsubishi Pajero” markalı, H 027 147 dövlət qeydiyyat nişanlı avtomobil 32.700 USD məbləği həddində sığortalanmış, “xxxxxxxxxx” Firmasının qiymətləndirmə aktına əsasən “Mitsubishi Pajero” markalı, H 027 147 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 430 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 430 manat təşkil etmişdir. Cavabdeh2 "BP Exploration (Caspian Sea)” LTD-yə məxsus “Mitsubishi Pajero” markalı, H 027 147 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “BP Exploration (Caspian Sea)” LTD-yə maddi zərər vurulmuşdur. Bu səbəbdən dəymiş zərərə görə 430 manat məbləğində sığorta ödənişi cavabdeh tərəfindən zərərçəkən “İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğ də cavabdehdən tələb edilmişir. Məhkəmə kollegiyası iş materiallarının araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Apelyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutla müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi törədildiyi tarixdə hadisəni törətmiş “Volkswagen" markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, faktiki istifadəsində olmamış, o, avtomobildən istifadə etmək hüquqlarını etibarnamə ilə digər cavabdehə, yəni Cavabdeh2 ötürmüşdür. Başqa sözlə, Cavabdeh2 həmin vaxt avtomobilə qanuni əsaslarla sahiblik etmişdir. İş materiallarından da müəyyən olunur ki, hadisənin baş verməsi zamanı inzibati xəta haqqında protokol tərtib olunmuş və nəqliyyat vasitəsini idarə edən sürücü kimi Cavabdeh2 qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməli və ona münasibətdə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 2069/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin iddiası Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar