Məhkəmə qərarları › İş №2(103)-6922/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6922/2022

21.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6922/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X5, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6922/2022 (Açar sözlər: “pul tələbi”) Bakı şəhəri 21 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı2 və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(006)- 260/2022 nömrəli qətnaməsindən İddiaçı2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı3 xx.xx.2018-ci il tarixdə “QNB Finansbank” vasitəsi ilə 2000 TL (642,80 AZN), xx.xx.2018-ci il tarixdə “Finansbank” vasitəsi ilə 5974 TL (1969,60 AZN), xx.xx.2018-ci il tarixdə “X14” vasitəsi ilə 30.000 TL (9891 AZN) pul verilmiş, Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

2. Bundan başqa İddiaçı1 2018-ci ilin noyabr ayında 3000 AZN, 2018-ci ilin dekabr ayında 3000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir.

3. İddiaçı1 xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 5925 AZN pul verilmiş, Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir.

4. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli çıxarışlardan görünür ki, Əvəz Hesyn adlı şəxs tərəfindən Cavabdeh1 hesabına müvafiq olaraq 30.000 TL; 2.000 TL və 5.974 TL məbləğində pul köçürülmüşdür.

5. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli çıxarışlardan görünür ki, X11 tərəfindən Cavabdeh2 Hacıağa oğlunun hesabına müvafiq olaraq 3.000 manat; 3.000 manat və 5.925 manat məbləğində pul köçürülmüşdür.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olundan müştərək qaydada 33.428,40 manat (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mənzil şəraitlərini yaxşılaşdırmaq üçün qaytarmaq şərti ilə İddiaçı2 borc pul istəmişdir. İddiaçı2 da ona müxtəlif vaxtlarda vahid niyyətlə oğlanları iddiaçlar İddiaçı3, İddiaçı1 vasitəsi ilə müxtəlif üsullarla pul verilmişdir. Belə ki, İddiaçı3 xx.xx.2018-ci il tarixdə “QNB Finansbank” vasitəsi ilə 2000 TL (642,80 AZN), xx.xx.2018-ci il tarixdə “Finansbank” vasitəsi ilə 5974 TL (1969,60 AZN), xx.xx.2018-ci il tarixdə “X14” vasitəsi ilə 30.000 TL (9891 AZN) pul verilmiş, Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bundan başqa İddiaçı1 2018-ci ilin noyabr ayında 3000 AZN, 2018-ci ilin dekabr ayında 3000 AZN, 2019-cu ilin yanvar ayında 300 AZN pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir. Bundan da başqa, İddiaçı1 xx.xx.2019cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 AZN, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 5925 AZN pul verilmiş, Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Ümumilikdə, iddiaçılar tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 33.428,40 AZN pul verilmişdir. Cavabdehlər öhdəliyə əsasən 33.428,40 AZN pul qaytarmağı öhdəsinə götürmüşlər. 33.428,40 AZN məbləğində pul vəsaiti cavabdehə verilməsinə baxmayaraq, cavabdehlər öhdəlik üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bununla da, cavabdeh öhdəlik şərtlərini pozmaqla, habelə iddiaçı qarşısında həmin öhdəliyini icra etməməklə, aldıqları 33.428,40 AZN məbləğində pulun qaytarılması ilə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də cavabdehlər Səfərov X4 Emin Hacıağa olundan müştərək qaydada 33.428,40 AZN (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) AZN pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 ödənilməlidir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi-vəkili Nümayəndə yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdilər.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı2 həmçinin bildirmişdir ki, onun o vaxtdan cavabdeh Zaminlə münasibətləri olmamışdır, Zamin ondan oğlu və qızı vasitəsilə pul alıb. Digər iddiaçılar bunun tapşırığına əsasən Zaminə və digər cavabdeh Eminə, Zaminə çatdırmaq məqsədilə ümumilikdə 33.000 manatdan çox nağd və köçürmə vasitəsilə pul vermişlər. Qızına ev alımışdır, o evi satıb oğlu Turalın adına digər ev aldığı üçün Zamin qızına narazı olduğunu və Turalın adına alınmış evdə yaşamayacağını bildirmişdir. Odur ki, Türkiyədə ev almaq üçün qızı Yaqutun vasitəsilə ondan pul istəmiş, o, bu pulu Zaminə borc vermişdir. Qızı ilə başanmayacağı təqdirdə pulu geri istəməzdi.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İddiaçı2 izahatına uyğun izahat vermiş və eyni zamanda bildirmişdir ki, tərəfindən Zaminin adına verilən pul atasının tapşırığı ilə verilirdi. O, həmçinin, bu pulun Zaminə ev şəraitlərinin yaxşılaşdırılması məqsədilə verildiyini bildirmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçılarla cavabdeh Emin arasında ümumiyyətlə pul münasibətləri olmamışdır. Digər cavabdeh olan Cavabdeh1 ilə pul münasibətləri isə Zaminin məşğul olduğu sahibkarlıq fəaliyyətindən irəli gəlirdi. Bu hallar məhkəməyə təqdim etdiyi şahid ifadəsi və “whatsap”daki yazışmaları ilə sübuta yetirilir.

12. İştirak etdiyi məhkəmə iclasında X7 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçılarla cavabdeh Zamin arasında olan pul məbləğləri haqqında dəqiq məlumatı olmamışdır. Ona verilən pul Zaminə çatası pul idi. 2 il bundan əvvəl yay aylarında Tural onlara gələrək, Zaminə təmir pulunu verəcəklər. 12000 manat onun kart hesabına ödənilib, hər ay isə 3000 manat ödənilirdi, 1 dəfə isə 6000 manat ödənilmişdir. 17.000 manat məbləğində pul Zaminə satılan evin pulundan verilməli idi. Zamin həmin vaxt Türkiyədə yaşayırdı deyə onun pulu bank kartına köçürülürdü. Ev Zaminin adına alınmalı idi, Turalın adına alındığı üçün Tural Zamindən halallığını istəmiş, pulu qaytaracağına dair söz vermişdir.

13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçılar Tural və Əvəz qardaşı Eminə pul verib. Onun özünə Türkiyə Cumhuriyyətində 35000 tl pul verilməsi isə Vahid adlı şəxsin onunla arasında pul söhbətinə görə olub. Onun tapşırığına əsasən Vahid Turala pul vermiş, Tural isə ona göndərmişdir. Bu barədə onun Tural və Əvəzlə yazışmaları var. O, özü iş adamıdır. İddiaçı Turalla işlə bağlı pul münasibətləri olub. O, heç vaxt iddiaçılardan pul almamışdır. Əksinə İddiaçı2in ona borcu vardır, Yaqutla yaşadığı evi təmir etdirdiyinə görə. Həmin borcu Tural ona qaytarmalı idi. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, Xırdalan şəhərində yerləşən ev cavabdeh Zaminlə nikaha qədər onun adına alınmışdı. Xırdalan şəhərində yerləşən evi Zamin təmir etdirmişdir. Zaminin dediyinə görə 17000 ABŞ dolları təmirə xərc çəkmişdir. Ev 67000 manata satıldı, həmin pulun 10.000 manatını Zamin götürdü, qalan 57000 manatını atasına verildi. Evi satmaqda məqsəd atası onlara daha böyük və mərkəz hissələrdə ev almaq idi. Atası ev almadı, çünki onun və uşağın təhsil xərclərini atası ödəyirdi. Onlar Bakıya gələndə Zamin dedi ki, nə olur olsun ev Zaminin adına alınmalıdır. Anası, atası və o birlikdə ev almağa getdik, həmin vaxt Zaminin şəxsiyyət vəsiqəsinin vaxtı bitmişdi. Zamin elə olan halda evin qardaşı Eminin adına alınmasını bildirdi. O, atasına dedi ki, əgər evin pulunu onun atası və anası verirsə o zaman ev onun qardaşının adına alınmalıdır. Bu halı isə o və atasından başqa heç kim bilmirdi. Çünki Zamin Bakıda ev alınmasa Türkiyəyə qayıtmayacağını deyirdi. Onun qardaşı və atası tərəfindən 33000 manat Zaminə özünə ev alsın deyə borc verilmişdir. Eminə verilən pulun məbləğini dəqiq bilmir. Zamin Türkiyədə idi deyə nağd pul formasında Eminə verilib. Qardaşı görüşüb verib, həmin vaxt o, özü də Türkiyədə idi. Onlara atası qardaşının adına Biləcəri qəsəbəsində yerləşən evi almışdır. Zamin evdə mübahisə saldı ki, ev onun adına alınmalıdır. Zamin pulu qardaşı və onun vasitəsilə atasından istəyib. Qardaşı ona demiş, o da atasından pul istəmiş ki, işləyib o, özü qaytaracaq. O, Zaminlə nişanlı olan vaxtdan həmişə aralarında pula görə söz-söhbət olurdu.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, o, Turalı Zaminlə əlaqəsinə görə tanımışdır. 30-35 ildir ki, tanışdırlar. Zamin ona zəng etdi ki, Tural pul istəyir. Təxmini 2 il bundan əvvəl, 2019-cu ilin iyun/iyul aylarında, o, 10000 ABŞ dollar məbləğində pulu Zaminə, Zamin də Turala vermişdir. Ancaq pulu çox gecikdirdi, 4-5 ay sonra qaytardı. Bir dəfə 5000, sonra 3000, qalanı da Eminlə qaytardı. Səs yazılarında da aydın şəkildə görünür. Zaminin kimdənsə borc aldığını görməmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(006)- 260/2022 nömrəli qətnaməsi ilə İddiaçı2 “pul” tələbinə dair iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilərək, 11.925 (on bir min doqquz yüz iyirmi beş) manat, 37.974 (otuz yeddi min doqquz yüz yetmiş dörd) türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 “pul” tələbinə dair iddiasının Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 “pul” tələbinə dair iddiasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir.

18. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, məhkəmə araşdırmasına təqdim edilmiş bank qəbzlərinin isə həmin fəaliyyət çərçivəsində həyata keçirilən əməliyyatların təsdiqi olduğuna istinad etsə də, məhkəmə qarşısında bu halları hər-hansı sübutla təsdiq edə bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsinə əsasən cavabdehin istinad etdiyi və hazırki işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən həmçinin “whatsapp” sosial şəbəkəsindəki yazışmanın fotosurətləri təqdim edilmişdir. Məhkəmə həmin sənədlərin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir və eyni zamanda qeyd edir ki, həmin sms-lərdə göstərilən məbləğin hansı öhdəlik hüquq münasibətlərindən yarandığı və nə üçün təyinat yerinə köçürüldüyü, həmçinin mübahisələndirilən pul məbləğinə aidiyyətinin müəyyən edilməsi mümkün olmamışdır.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 qeyd etdiyi dəlillərin mövcudluğu, tərəfindən sübut qismində təqdim edilmiş və gizli çəkiliş özündə əks etdirən disk əsasında qiymətləndirilə bilməz. Çünki bu video yazının məhkəmə tərəfindən qanuni əsaslarla əldə edilmiş sübut kimi qiymətləndirilməsi mülki prosessual qanunvericiliyə ziddir.

20. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığı və ona olan hörməti təmin etmək məqsədini daşıyır.

21. Cavabdehin iddiaya etiraz kimi istinad etdiyi halları özündə əks etdirən bu diskdən hazırda araşdırılan hüquqi mübahisənin həllində istifadə olunması məhkəmənin gəldiyi qənaətə görə öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilməlidir.

22. Beləliklə 11.925 (3.000+3.000+5.925) manat və 37.974 (30.000+2.000+5.974) TL məbləğində pulun Cavabdeh1 verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı2 borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh1 çatdırılması üçün digər cavabdeh olan Cavabdeh2 ümumilikdə 6.300 manat məbləğində pulun nağd qaydada verildiyinə dair iddiaçının irəli sürdüyü dəlillərin məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir.

23. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Göründüyü kimi, pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir.

24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilməli, 11.925 manat və 37.974 türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməlidir. İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməlidir. İddiaçılar İddiaçı3 və İddiaçı1 iddiası hər iki cavabdehə münasibətdə rədd edilməlidir.

25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra AR MM-nin) 385.1-ci maddəsinə, 425.1-ci maddəsinə, 442-ci maddəsinə, 739.1-ci və 741-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(006)-260/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(006)-260/2022 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

28. İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə maddi və prоsessual hüquq nоrmalarının pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə iddianın tam təmin edilməməsini onunla əsaslandırmışdır ki, “məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilməli, 11.925 manat və 37.974 türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməlidir. İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməlidir. İddiaçılar İddiaçı3 və İddiaçı1 iddiası hər iki cavabdehə münasibətdə rədd edilməlidir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. İddiaçı X6 oğlu İddiaçı1 2018-ci ilin noyabr ayında 3000 AZN, 2018-ci ilin dekabr ayında 3000 AZN, 2019-cu ilin yanvar ayında 3000 AZN pul nağd qaydada Cavabdeh1 оğlunun qardaşı Cavabdeh2 verilmişdir. Bu hal iş materialları ilə tam təsdiq olunmuşdur. Pulun borc olaraq verilməsi digər hissələrdə təsdiq olunması qəbul olunsa da, nağd qaydada ödənilən pulu nəzərə almamışdır. Məhkəmə, qətnamədə qeyd etmişdir, beləliklə 11.925 (3.000+3.000+5.925) manat və 37.974 (30.000+2.000+5.974) TL məbləğində pulun Cavabdeh1 verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı2 borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh1 çatdırılması üçün digər cavabdeh olan Cavabdeh2 ümumilikdə 6.300 manat məbləğində pulun nağd qaydada verildiyinə dair iddiaçının irəli sürdüyü dəlillərin məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir. Əvvəla, Cavabdeh1 çatdırılması üçün qardaşı Cavabdeh2 ümumilikdə 9000 manat məbləğində pul verilmişdir, bundan başqa yuxarıda qeyd olunduğu kimi həmin pulun verilməsini Cavabdeh2 inkar etməmiş və dəfələrlə pul aldığını bildirmişdir. Bu hal isə, ümumiyyətlə məhkəmə tərfindən nəzərə alınmamış, məhkəmə səhv nəticəyə gələrək, iddianı tam təmin etməmişdir.

29. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə öhdəliyin və borc müqaviləsi üzrə münasibətlərin olmasını təsdiq edən heç bir faktiki mühüm əhəmiyyətli hal müəyyən etməmiş, bunu təsdiq edən xüsusatların olub-olmamasını aydınlaşdırmadan formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə öhdəliyin və borc müqaviləsi üzrə münasibətlərin olmasını təsdiq edən heç bir əsaslı sübutlara istinad etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə öhdəliyin və borc müqaviləsi üzrə münasibətlərin olmasını təsdiq edən heç bir əsaslı sübutlara istinad etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin Cavabdeh1 borc alması barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Halbuki, iş materialları ilə Cavabdeh1 İddiaçı2 qarşısında hər hansı bir öhdəlik, o cümlədən borc öhdəliyi götürməsi nəinki müəyyən olunmur, əksinə inkar olunur. İlk növbədə o qeyd edilməlidir ki, İddiaçı2 özü də hazırkı iş üzrə verdiyi izahatında təsdiq etmişdir ki, qızını Cavabdeh1 vermək istəməmiş, əvvəldən ona qarşı münasibəti yaxşı olmamışdır, lakin qızı təkid etdiyi üçün evlənmişlər, Cavabdeh1 ondan pul istəməmiş, qızı onun adından pul istəyib. Qızı işləyəndə borcu qaytaracağını bildirib. Məsələ pulda deyil, məsələ ədalətin bərpa olunmasındadır. Boşanmasalar, pulu geri istəməyəcəkdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Y.Səfərova bildirmişdir ki, atasından ev almaq üçün pul istəmişdir. Göründüyü kimi, məhkəmə işə obyektiv baxmamış, qanunvericiliyin tələblərini pozan formada qətnamə çıxarmışdır. Sadalanan qanunvericilik normalarına əsasən, tərəflər arasında borc münasibətləri olsa idi belə guya verilən borc məbləğinin 3000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanunla müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi. Məhz bu cür əsassız və prinsipial xarakterli, qərəzli münasibətdən doğan iddialardan qorunma imkanı məqsədilə qanunvericilik müqavilənin yazılı formasını müəyyən etmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Digər tərəfdən, tərəflər arasında həqiqətən 33.428,40 manat məbləğində pul vəsaitinin borc kimi İddiaçı2 tərəfindən Cavabdeh1 verilməsini təsdiq edən heç sübut məhkəmə araşdırılması zamanı təqdim edilməmiş və həmin hal məhkəmə araşdırılması zamanı İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. İddiaçının tələbi yalnız iddia ərizəsində göstərilən və məhkəmə iclasında inkar edilmiş əsassız xüsusatlarla əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə yazılı etiraz

30. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və onun vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

33. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. 739.1-ci və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şətləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

37. 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.1-ci apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya şikayətlərində İddiaçı2 qətnaməni iddianın təmin olunmamış hissəsində, Cavabdeh1 isə iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır.

48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

50. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir.

51. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, birinci instansiya məhkəməsinin araşdırmasına təqdim edilmiş bank qəbzlərinin isə həmin fəaliyyət çərçivəsində həyata keçirilən əməliyyatların təsdiqi olduğuna istinad etsə də, məhkəmə qarşısında bu halları hər-hansı sübutla təsdiq edə bilməmişdir. Birinci instansiya məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsinə əsasən cavabdehin istinad etdiyi və hazırki işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən həmçinin “whatsapp” sosial şəbəkəsindəki yazışmanın fotosurətləri təqdim edilmişdir. Məhkəmə kollegiyası həmin sənədlərin sübut kimi qəbul edilməsi Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərinə zidd olduğunu hesab edir və eyni zamanda qeyd edir ki, həmin sms-lərdə göstərilən məbləğin hansı öhdəlik hüquq münasibətlərindən yarandığı və nə üçün təyinat yerinə köçürüldüyü, həmçinin mübahisələndirilən pul məbləğinə aidiyyətinin müəyyən edilməsi mümkün olmamışdır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 qeyd etdiyi dəlillərin mövcudluğu, tərəfindən sübut qismində təqdim edilmiş və gizli çəkiliş özündə əks etdirən disk əsasında qiymətləndirilə bilməz. Çünki bu video yazının məhkəmə tərəfindən qanuni əsaslarla əldə edilmiş sübut kimi qiymətləndirilməsi mülki prosessual qanunvericiliyə ziddir.

53. Belə ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığı və ona olan hörməti təmin etmək məqsədini daşıyır.

54. Cavabdehin iddiaya etiraz kimi istinad etdiyi halları özündə əks etdirən bu diskdən hazırda araşdırılan hüquqi mübahisənin həllində istifadə olunması məhkəmənin gəldiyi qənaətə görə öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilməlidir.

55. Beləliklə 11.925 (3.000+3.000+5.925) manat və 37.974 (30.000+2.000+5.974) TL məbləğində pulun Cavabdeh1 verilməsi halı kollegiya tərəfindən müəyyən edilmişdir. İddiaçı2 borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh1 çatdırılması üçün digər cavabdeh olan Cavabdeh2 ümumilikdə 6.300 manat məbləğində pulun nağd qaydada verildiyinə dair iddiaçının irəli sürdüyü dəlillərin məhkəmə kollegiyası heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakter daşıdığı qənaətinə gəlir.

56. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Göründüyü kimi, pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

57. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(006)- 260/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar