Məhkəmə qərarları › İş №2(103)-6930/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6930/2020

11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6930/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (iddia tələbini dəqiqləşdirməklə), ona dəymiş 50.000 manat maddi ziyanın, həmin məbləğin qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun 24.000 manat faiz borcunun və 100.000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh1 50.000 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 Cavabdeh1 ilə birgə cavabdeh kimi məsuliyyətə cəlb edilməlidir. Çünki iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı və digər məhkəmə aktlarından da görünür ki, bütün proseslərdə Cavabdeh1 Cavabdeh2 nümayəndəsi kimi çıxış etmiş, bütün əvvəlki sözügedən mülki və cinayət işi üzrə məhkəmə proseslərində Cavabdeh2 tərəf kimi çıxış etmiş, mübahisəli mənzil "xxxxxx" MTK tərəfindən guya ona satılmış, müqavilə, maliyyə arayışı və s sənədlərin qeyri-mötəbər olsa da, surətləri məhz onun adına tərtib edilmiş və İddiaçı adına da müqavilə üzrə tərəf Cavabdeh2 olmuşdur. Yəni bütün rəsmi prosedurların hamısı Sənubərin adından həyata keçirilmiş, Qorxmaz isə onun nümayəndəsi kimi çıxış etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbini "50.000 manatın qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun 24.000 manat faiz borcunun və 100.000 manat mənəvi ziyanın ödənilməsi" hissəsində rədd etməkdə haqlı olmamışdır. Belə ki, faktiki olaraq, istənilən şəxs 50.000 manat ödəyərək ev alarsa, hətta həmin evin təmiri üçün 25.000 manat əlavə xərc çəkərsə və sonda üçüncü bir şəxsə məxsus olduğuna görə 3 övladı ilə birlikdə həmin mənzildən çıxarılarsa, bundan əlavə həmin mənzilə görə 4 ilə yaxın bir müddətdə məhkəmə mübahisələrinə cəlb edilərsə, onun mənəvi, psixiloji sarsıntı keçirməsi, iztirab çəkməsi tam normal və qəbulediləndir, hətta qaçımlmazdır. O cümlədən İddiaçı təbii olaraq 2015-ci ildən bu günədək gedən məhkəmə prosesləri, övladları ilə birgə 75.000 manat ödədikləri mənzildən çıxarılmaları həm iddiaçıda, həm də onun ailə üzvlərində mənəvi-psixoloji sarsıntı, iztirabın keçirilməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində davamlı mənəvi sarsıntı və iztirab keçirdiyi barədə birmənalı qənaətə gəlmək mümkün olmadığı nəticəsinə gəlməkdə heç cür haqlı ola bilməz. Digər tərəfdən, məhkəmə iddia ərizəsinin tələb olunan məbləğin qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun faiz borcunun tutulması hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, həmin məbləğin təyinatı, hesablanma qaydası və əsasları müəyyən edilməmişdir. Müvafiq tələb qeyri- müəyyən olduğundan onun təmin edilməsi üçün hüquqi əsas yoxdur. Halbuki, özgənin pul vəsaitini qanunsuz saxlanılmasına görə MM-in 449-cu maddəsi bank uçot dərəcəsinə uyğun olaraq faizlər ödənilməsi müəyyən edir. Həmin maddəyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mərkəzi Bankın internet səhifəsindən də göründüyü kimi, bu günə olan uçot faiz dərəcəsi 8% təşkil edir. Ona görə də, MTK tərəfindən iddiaçıya məxsus pulu qanunsuz olaraq saxlanıldığına görə faiz ödənilməlidir, faizlərin hesablanması isə sadə riyazi məsələdir. Hazırkı iddia üzrə faiz borcu belə hesablanmalıdır: (50000/100=500*8%=4000*6=24000). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da, apelyasiya şikaəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, işdə olan “xxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə və maliyyə arayışı Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 7ci mərtəbəsində, ümumi sahəsi 75,6 kv.metr olan 2 otaqlı mənzilin Cavabdeh2 tərəfindən qanunauyğun olaraq alındığını təsdiq edir. Eyni zamanda, işin hallarından məlum olur ki, İddiaçı həmin mənzilə görə Cavabdeh1 50.000 manat ödəmiş və mənzili təmir etdirərək, oraya köçmüş və uzun müddət ailəsi ilə birlikdə yaşamışdır. Xətai Rayon Məhkəməsininxx.xx.2015-i il tarixli qətnaməsinə əsasən isə, iddiaçı Mirsadıx Abbasovun cavabdeh Vaqif Rəhimov, İddiaçı və qeyrilərinə qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlərin sözügedən mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq Mirsadıx Abbasovun həmin mənzilə köçürülməsi qət edilmişdir. Mirsadıx Abbasov, mənzillə bağlı müqaviləni 2014-cü ilin iyun ayında, həmin mənzil Cavabdeh2 tərəfindən satdıqdan xeyli sonra bağlanmış və mənzilin dəyəri də həmin zaman ödənilmişdir. Göründüyü kimi, S. Məmmədovanın mənzili xx.xx.2013-cü il tarixdə alması və dəyərini də ödəməsi, sonra da hüququndan istifadə edərək satması tam sübuta yetirildiyi halda işə baxan məhkəmə tam qanunsuz və əsassız olaraq Cavabdeh1 50.000 manat iddiaçıya ödənilməsi qərarına gəlmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-i il tarixli hökmü ilə “xxxxxxx“ MMC-nin direktoru Əkbər Cəfərov CM-in 178-i maddəsi ilə (dələduzluq) təqsirli bilinərək cəzalandırılmışdır. Belə olduğu halda tam sübuta yetirilir ki, məhkəmənin cavabehlər tərəfindən İddiaçı zərər vurulması barədə qərarı qanunsuz və əsassızdır. Bundan başqa, məhkəmə bir sıra sübutlara hüquqi qiymət verməmişir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində bildirmişdir ki, onun Cavabdeh1 ilə tanışlığı var. 2013-cü ildə mübahisəli evin təmiri üçün evə baxmış və materiallarını 5000 manat qiymətləndirmişdir. Ev 7-ci mərtəbədə 2 otaqlı idi. Təmiri tam başa çatdıra bilməmişdir. Qorxmaz ona evi satmaq istədiyini demişdir. Evi təmir etdikən sonra Qorxmazın ona 2100 manat borcu qalmışdır. Onun yanında Vaqif müəllimlə maşın söhbəti olmuşdur. Belə ki, Qorxmaz maşını Vaqifə 20.000 manata satmaq istədiyini bildirsə də, 17.000 manata razılaşmışlar. Vaqif müəllim ona təmir ilə bağlı 200 manat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabehin nümayəndəsi Cavabdeh1 və cavabdehlərin vəkili, özlərinin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onu təmin, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “xxxxxx” MMC-nin direktoru Əkbər Cəfərov ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 99 nömrəli müqavilənin surətindən görünür ki, MMC, Bakı şəhəri, Gəncə prospekti 29/35 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 7-ci mərtəbəsində ümumi sahəsi 75,46 kv.metr olan iki otaqlı mənzili Cavabdeh2 verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği (39.480,19 manat) tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh2 tərəfindən imzalanmamışdır. “xxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 368 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzilin müqavilə dəyəri tam ödənilmişdir. Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 99 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2, Bakı şəhəri, Gəncə prospekti 29/35 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin protokol üzrə 1-ci blok, 5-ci mərtəbəsində ümumi sahəsi 79,11 kv.metr olan mənzili İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği (50.000 manat) tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə, onun tərəfləri, eyni zamanda “xxxxxx” MMC-nin direktoru Əkbər Cəfərov tərəfindən imzalanmışdır. “xxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 368 nömrəli maliyyə arayışının surətindən görünür ki, həmin mənzilə görə qalıq borc 18.480 manat təşkil edir və bu məbləğ evi satan Cavabdeh2 MMC-yə qalıq borcudur. Mənzilin hazırkı sahibi İddiaçı həmin borcu şirkətə ödəməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, iddiaçı Mirsadıx Abbasovun cavabdehlər Vaqif Rəhimov, İddiaçı və qeyrilərinə qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlərin sözügedən mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq Mirsadıx Abbasovun həmin mənzilə köçürülməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə qeyd olunmuşdur ki, ...işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxxxx” MMC ilə Mirsadıx Abbasov arasında mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış və sonuncu mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini tam şəkildə ödəmişdir. Cavabdehlər isə, hər hansı bir hüquqi və müqavilə əsası olmadan göstərilən mənzildə yaşayırlar. Belə ki, cavabdeh tərəf mənzili Cavabdeh2 almalarına istinad etmiş olsa da, məhkəmə iclasında Cavabdeh2 ilə “xxxxxx” MMC arasında mübahisəli mənzillə bağlı hər hansı bir müqavilənin bağlanmasını (müqavilənin, maliyyə arayışının əsllərini və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərini) təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədilər. Məhkəmə araşdırması zamanı, həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə mübahisəli mənzillə bağlı deyil, tamamilə başqa mənzillərlə bağlı müqavilələr bağlanmışdır (müqavilələrin bəzisi Cavabdeh2 tərəfindən imzalanmamış, bəzisinin isə əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir). Göründüyü kimi, mübahisə predmeti olan mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin hüquqi müstəvidə qüvvəsinin olmaması və həmin mənzilin İddiaçı alınaraq başqa şəxsə (Mirsadix Abbasova) verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqlənir. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Kollegiya onu da qeyd edir ki, alqı-satqı ilə bağlı İddiaçı tərəfindən Cavabdeh2 nümayəndəsi Cavabdeh1 50.000 manat verilməsi işin mübahisəsiz halıdır. Belə ki, bu fakt cavabdehlər tərəfindən etiraf olunmaqla (apelyasiya şikayətinin məzmununda da ifadə edilmişdir) bərabər, həm də birinci instansiya məhkəməsində dinlənilmiş çoxsaylı şahid ifadələri ilə təsdiqlənir. Belə olan halda, Kollegiya, hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən ödənilmiş 50.000 manatın Cavabdeh1 alınaraq ona verilməsi barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Hazırkı işdə Cavabdeh2 ilə İddiaçı arasında hüquqi müstəvidə keçərli olan bir müqavilə münasibəti olmadığından, İddiaçı tərəfindən onun nümayəndəsi digər Cavabdeh1 mübahisəli mənzilə görə 50.000 manat verilməsinin də heç bir hüquqi əsası olmamış, ona görə də, Cavabdeh1 bu məbləğ hesabına əsassız varlanmışdır. Bu hal isə ona dəlalət edir ki, sözügedən məbləğdə pul onun birbaşa verildiyi Cavabdeh1 əmlakına qarışdığından, məhz ondan alınaraq, məhrum olana (hazırkı iş üzrə İddiaçı) qaytarılmalıdır. Cavabdehlər, qətnaməni bu hissədə mübahisələndirərək, apelyasiya şikayətlərində tərəflərindən iddiaçı ilə alqı-satqın müqaviləsinin qanunauyğun şəkildə bağlandığını, mənzilin iddiaçıdan alınaraq başqasına verdilməsinin isə, onların deyil, mənzilin yerləşdiyi MMC-nin direktorunun (hansı ki, bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir) qanunsuz hərəkətləri nəticəsində baş verdiyini bildirlər. Kollegiya, cavabdehlərin bu mövqeyi ilə razılaşmır, ona görə ki, işdə olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək, həmin hökm və ittihamdan Mirsadıx Abbasovun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən 75,46 kv.metr sahədən ibarət 2 otaqlı mənzili 05.06.014-cü il tarixli, 147 nömrəli müqavilə ilə 51.000 manata alması epizodu üzrə məhkum X3 Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham həmin faktda cinayət hadisəsi olmaması əsası ilə xaric olunması və həmin epizod üzrə Mirsadıx Abbasovun zərərçəkmiş kimi tanınmasına xitam verilməsi; bundan əlavə həmin hökmlə Əkbər Cəfərovun həmin mənzili xx.xx.2013-cü il tarixli, 99 nömrəli müqavilə ilə Cavabdeh2 39.480 manata satması və əlavə 7500 manat pul alaraq mənzilin üzərində mülkiyyət hüququnu təsdiq edən 368 nömrəli saxta arayış verməsi barədə epizodun ittihamdan xaric edilməsi və həmin epizod üzrə mənzilə münasibətdə Cavabdeh2 zərərçəkmiş şəxs kimi, Cavabdeh1 isə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmalarına xitam verilməsi; hökmün nəticə hissəsindəki “Cavabdeh2 nümayəndəsi Cavabdeh1 ilə “xxxxxx” MMC-nin direktoru Əkbər Cəfərov arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilədə nəzərdə tutulan mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının əslini ona təqdim etmək vəzifəsi “xxxxxx” MMC-nin üzərinə qoyulsun” müddəasının hökmdən xaric edilməsi; ...qərara alınmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisə predmeti olan məznilin alqı-satqısı ilə bağlı “xxxxxx” MMC-nin direktoru Əkbər Cəfərova qarşı irəli sürülmüş bütün epizodlar hökm və ittihamdan çıxarılmış və Cavabdeh2 zərərçəkmiş şəxs və Cavabdeh1 isə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmalarına xitam verilmişdir. Bu da onu deməyə əsas verir ki, MMC-nin direktoru Əkbər Cəfərovun iddiaçının hüquqlarının pozulmasında heç bir təqsirinin olmadığı cinayət mühakimə icraatı qaydasında müəyyən olunmuşdır. Kollegiya, iddiaçının da apelyasiya şikayətinin dəlillərini əsaslı saymır və hesab edir ki, rayon məhkəməsi iddianı “faiz məbləğinin və mənəvi zərərin ödənilməsi” hissələrində rədd edərkən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Belə ki, tələb olunan məbləğin (50.000 manat) qanunsuz olaraq saxlanılmasına görə bank uçot dərəcəsi əsas götürülməklə artıq ödəməyə uyğun 24.000 manat məbləğində faiz borcunun tutulması tələbinə münasibətdə rayon məhkəməsi düzgün olaraq qeyd etmişdir ki,həmin məbləğin təyinatı, hesablanma qaydası və əsasları müəyyən edilməmişdir. Bu tələb qeyri-müəyyən olduğundan onun təmin edilməsi üçün hüquqi əsas yoxdur, ona görə də rədd edilməlidir. Eyni zamanda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqelərə istina edərək, hazırkı işin halları baxımından iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində davamlı mənəvi sarsıntı və iztirab keçirdiyi barədə qənaətə gəlmək mümkün olmadığından, iddianı bu hissədə də rədd etməsi əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-775/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar