Məhkəmə qərarları › İş №2(103)-6933/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6933/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6933/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı mülki iş üzrə qəbul etdiyi 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhlənkarlığı nəticəsində faktiki istifadəsində olan 01 ədəd "Termet" markalı kombi qızdırıcısının, 01 ədəd "HB” markalı nuotbuk kompüterin, 01 ədəd "Samsung” markalı kondisionerin və 01 ədəd "TP-Link” markalı modemin sıradan çıxaraq yararsız vəziyyətə düşməsi nəticəsində ona dəymiş 720 manat maddi zərərin və ya kombi üçün xərclədiyi 220 manatı ona qaytarmaqla qalan cihazların cavabdeh tərəfindən təmir etdirilərək işlək vəziyyətdə ona təhvil verilməsi, 1000 manat mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, maddi zərərə görə 720 manat, mənəvi zərərə görə 50 manat, cəmi 770 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, "xxxx" ASC-dən 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilərək məhkəmə iclası 06 sentyabr 2021-ci il tarixə, saat 15:40-a təyin edilmişdir. Məhkəməyə 17 iyul 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Cavabdeh "xxxx" ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-757/2021 saylı 22 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar