Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6934/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2004-cü il tarixli maliyyə arayışının, 07 aprel 2004-cü il tarixli müqavilənin, 20 aprel 2004-cü il tarixli orderin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin cavabdeh və ailə üzvləri tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun, eləcə də keçirilmiş ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı MTK-nın (nümayəndəsi və vəkili X1) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinə 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müdddətin bərpası barədə ərizə ilə əlaqədar mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müdddətin bərpası barədə ərizə ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6934/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-64/2023 saylı, 08 sentyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müdddətin bərpası barədə ərizə ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6934/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6934/2023
11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver