Məhkəmə qərarları › İş №2(103)-6942/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6942/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6942/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdeh "Cavabdeh2” MMC-yə məxsus "Khazar LX” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Azərbaycan Respublikası DİN Baş Dövlət X6 həvalə edilməsi qərara alınmışdır. Cavabdeh2 MMC apellyasiya şikayəti vermiş və apellyasiya icratı zamanı məhkəmə kollegiyasının iclasında nümayəndəsi X4 ərizə təqdim edərək təmsil etdiyi Cavabdeh2 MMC-nin direktoru A.R.İsmayılovun ərizəsini təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini və bu səbəblə də apellyasiya icraatına xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 MMC-nin direktoru A.R.İsmayılovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və Cavabdeh2 MMC münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 372, 377-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 MMC-nin direktoru A.R.İsmayılovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh2 MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar