Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6943/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və X1 cavabdehlər Cavabdeh1-ya və Cavabdeh3-yə qarşı “qanunsuz qurğunun sökülməsi,qeyri-yaşayış sahəsinin layihə-teniki sənədlərinə uyğun istismar edilməsi və sair” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 26 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1-ya və Cavabdeh3-yə qarşı “qanunsuz qurğunun sökülməsi, qeyri-yaşayış sahəsinin layihətexniki sənədlərinə uyğun istismar edilməsi və sair” tələbləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 nömrəli işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir (ıı cild.səh.40). İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişlər (ll cild.səh71). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 Abbasqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri Qaytarılmışdır (ll cild.81). İddiaçıların nümayəndəsi Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ıı cild.səh.85). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və qeyrilərinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iddiaçılar tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (ll cild.səh.96). Bundan sonra iş üzrə cavabdeh "Geo Catering” MMC-si Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) 554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadından verilmiş kağız daşıyıcıda şikayətin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ll cild.səh.104). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 04 fevral 2022-ci il tarixli qərardadına əsasən cavabdeh "Geo Catering” MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi qərara alınmış, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (ll cild.səh.112). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2404/2022 saylı işi üzrə 01 mart 2022-ci il tarixli qərardadına əsasən cavabdeh "Geo Catering” MMC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 07 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası MPM-nin 361 -ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir (ll cild.səh.123). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 07 aprel 2022-ci il tarixli qərardadına əsasən iddiaçıların Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(011)-554/2021 saylı qətnaməsindən verdikləri apellyasiya şikayəti geri qaytarılmışdır (ll cild.səh.130). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı, 01 iyun 2022-ci il tarixli qərardadına əsasən təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır.Həmin qərardaddan İddiaçı1 tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5379/2022 saylı işi üzrə 28 iyul 2022ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 01 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəyə tərəflərin iştirakları ilə yenidən baxılması üçün işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır (ll cild.səh.136, 159). İddiaçı1 nümayəndəsi Nümayəndə2 qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsini xahiş etmişdir (ll cild.səh.163). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 01 iyun 2022-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmişdir (ll cild.səh.183) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2404/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən, şikayət qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 saylı qərardadı ləğv edilmiş və İddiaçı1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır (ll cild.səh.194) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 26 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı1 nümayəndəsi Nümayəndə2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin və apellyasiya şikayəti 2(011)-554/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (ll cild.səh.210). Qərardadda Konstitusiyanın 60; Mülki Prosessual Məcəllənin 133.1, 133.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfin vəsatətdə qeyd etdiyi səbəblər üzürlü hesab edilməli və iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərtib edildiyindən onun apellyasiya şikayətinin verilməsi üçün buraxdığı müddət bərpa edilməlidir. Cavabdeh3 şikayət verərək, 2(011)-554/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, qərardad qanunvericilik normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz və əsassızdır.Belə ki, müddətin bərpası üçün əsaslar yoxdur, iddiaçıların qüsuru onların üstünlüyünə çevrilə bilməz və verilmiş apelyasiya şikayəti 2021ci il oktyabrın 1-dən qüvvəyə minmiş prosessual qaydaları kobud şəkildə pozmaqla verilmişdir. Qüvvəyə minmiş yeni prosessual qaydalara riayət edilməyəcəksə onların niyə qəbul edilməsi suallar yaradır?! Həmçinin həyata keçirilən məhkəmə-hüquq islahatlarına kölgə salır. Müddəti bərpa edərkən və apelyasiya şikayətini baxılması üçün göndərərkən məhkəmə hüququn tətbiqində səhvə yol vermişdir. Normanın tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa şikayət geri qaytarılır. Bilavasitə şikayətə rüsum ödəməsi barədə sənədlər əlavə edilməmişdir. Elektron şikayətin “Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər” adlı 13-cü hissəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” adlı alt hissəsində heç bir məlumat yoxdur. İşdə olan xx.xx.2021 tarixli qəbzlə ödənilmiş rüsum isə hazırkı şikayətdə qeyd edildiyi kimi “Dövlət rüsumu haqqında” Qanun 8-ci maddə və “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli N 364-VİQD saylı Qanun 2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, normanın tələbinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri xx.xx.2021-ci il tarixindən dəyişdirilmişdir. Bu tarixdən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına yeni dərəcələr şamil edilir. Lakin, qəbz ilə cəmi 15 manat dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayəti xx.xx.2021 tarixindən sonra verildiyindən müvafiq olaraq rüsumlar da yeni dərəcələr ilə ödənilməlidir. Normaların tələbinə əsasən prosessual hərəkətlər MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddətin ötürülməsinə, bunun heç bir üzürlü səbəbinin olmamasına baxmayaraq müddətin bərpası barədə qərar qəbul etməklə məhkəmə MPM-nin 128.1-ci və 130.1 -ci maddələrinin tələblərini pozmuşdur. Normanın tələbinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü olmalıdır maddəsi ki, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa etsin. Üzrlü səbəblərə müraciət edənin özü ilə bağlı olan və ərizəçinin müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə mane olan obyektiv hallar (məsələn, fövqəladə hallar və hadisələr: daşqınlar, yanğınlar, zəlzələlər, epidemiyalar və s.) aid edilə bilər. 2(011)-554/2021 nömrəli iş üzrə xx.xx.2021 tarixli qətnamə xx.xx.2021-ci il tarixində elektron kabinetdə yerləşdirilmişdir. İddiaçı1 qətnaməni xx.xx.2021-ci il tarixində poçtla alımış, onun etibarnamə üzrə nümayəndəsi isə xx.xx.2021-ci il tarixində iş materialları ilə tanış olmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində apelyasiya şikayəti vermək üçün dövlət rüsumu ödənilmiş, xx.xx.2021-ci il tarixində elektron qaydada apelyasiya şikayəti verilmiş, həmin şikayətdə qeyd edilmişdir ki, qətnamə xx.xx.2021-ci il tarixində əldə edilmişdir. Daha sonra iddiaçıların hamısının imzası ilə kağız daşıyıcıda apelyasiya şikayəti xx.xx.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 554/2021 saylı 09 dekabr 2021-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qanuni və əsaslı şəkildə geri qaytarılmışdır. Məhz iddiaçıların bu qanuni və əsaslı qərardadı hüquqi perspektiv olmadan mübahisələndirməsi nəticəsində məsələ uzanmış və yekun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 07 aprel 2022-ci il tarixli qərardadla apellyasiya şikayəti geri qaytarılmış, qətnamənin tərəflərə verilməsindən hal-hazırda xeyli müddət keçmişdir. Qeyd edilməlidir ki, müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün prosesdə nümayəndə vəkil ilə təmsil olunan iddiaçı fiziki şəxslər həm özlərinin, həm də vəkillərinin apelyasiya şikayətinin verilməsinin müddətlərini ötürməsinin onların iradəsindən asılı olmayan müstəsna obyektiv hallardan irəli gəlməsini, bu halları, onların mövcud olma zaman kəsiyini, bu halların apelyasiya şikayəti verməyə necə mane olmasını sənədli şəkildə sübut etməlidir. Məhkəmə mübahisələndirilən qərardadında müddətin buraxılması üçün səbəbin nə olmasını aşkar şəkildə göstərməsə də, qərardadın əsaslandırıcı hissəsindən belə başa düşmək olar ki, müddətin buraxılmasının üzürlü olması iddiaçnın vəkil və nümayəndəsinin buraxdığı prosessual SƏHVLƏRDİR!? Müddətin bərpası üçün heç bir üzürlü səbəb olmamışdır, iddiaçılara hüquqi yardım edən və onları təmsil edən nümayəndələrin prosessual səhvləri müddətin bərpası üçün deyil, həmin nümayəndələrə qarşı vurulmuş maddi zərərin tələbi barədə iddia üçün əsas ola bilər. Heç bir halda vəkil və ya nümayəndənin SƏHVLƏRİ və SƏRİŞTƏSİZLİYİ müddətin bərpası üçün əsas, üstünlük, imtiyaz və əlverişli vəziyyət ola bilməzdi. Bir tərəfin səhv etməsi və ya səriştəsizliyi ədalət mühakiməsinin prinsiplərinin, o cümlədən qanun və məhkəmə qarşısında bərabərlik, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə zidd olaraq mülki prosesin cəfəng şəkildə təhrif olunmasına səbəb olmuş, prosessual nizam pozulmaqla, intizamsız davranış təşfiq olunmuşdur. Normanın mənasına görə müddətin bərpası haqqındakı ərizə müvafiq prosessual hərəkəti icra maddəsi etməyə mane olan obyektiv hal aradan qalxdıqdan dərhal sonra verilməli və müvafiq prosessual hərəkət də dərhal icra edilməlidir. İşdə vəkil və nümayəndə ilə təmsil olunan qarşı tərəfə vermiş olduğu apelyasiya şikayətinin prosessual qaydalara uyğun olmadığı aşkar surətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2404/2022 saylı qərardadı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı 07 aprel 2022-ci il tarixli qərardadı ilə məlum olmasına baxmayaraq o müddətin bərpası ərizəsini xx.xx.2022-ci il tarixində vermiş, ərizə ilə birlikdə verilməli olan apelyasiya şikayətini isə xx.xx.2022-ci il tarixində imzalamaqla kabinetə yerləşdirmişdir. Halbuki, qanunun tələbinə əsasən prosessual hərəkət buraxılmış müddətin bərpası haqqında ərizə ilə birlikdə verilməli idi. Göründüyü kimi qarşı tərəf, yanlış mövqeyini uzun müddət dəyişməmiş, məhkəmə aktları ilə bu mövqe təkzib edilməsinə baxmayaraq lazımi qaydada dərhal deyil, uzun müddət sonra müddətin bərpası barədə ərizə vermiş, hər bir halda apelyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Məhkəmə buraxılmış müddətin bərpa edilməsi barədə ərizənin elektron deyil, kağız daşıyıcıda verilməsi, ödənilmiş rüsum məbləğinin qüvvədə qanunvericiliklə müəyyən edilmiş rüsum məbləğlərinə uyğun olmaması, müddətin bərpası barədə ərizənin ümumiyyətlə əsaslandırılmaması və iddia edən tərəfin öz istinad etdiyi halları sübut etmək üçün heç bir sübutu təqdim etməməsi kimi mühüm əhəmiyyəti olan bütün taktiki halları aydınlaşdırmamışdır. Müddətin bərpası barədə ərizədə ümumiyyətlə səbəblər və bu səbəblərin üzürlü olması barədə bir kəlmə belə yoxdur. xx.xx.2022 tarixli etirazda məhkəmənin diqqəti bu hallara cəlb edilsə də bu faktlar aydınlaşdırılmamışdır.İş üçün əhəmiyyəti olan xx.xx.2022 tarixində elektron qaydada apellyasiya şikayəti verilməsi halı sübut edilmir və “apellyasiya şikayəti texniki səhv nəticəsində məhkəmənin icraatında olan 2(011)-212/2022 saylı mülki iş materiallarına elektron qaydada əlavə edilmişdir” halı iş üçün yararsız və əhəmiyyətsizdir. Əksinə qarşı tərəfin iş üzrə səhvlərini və müddəti özlərindən asılı olan hallardan irəli gələrək ötürmələrini təsdiq etməklə, müddətin bərpası üçün deyil, ərizənin rədd edilməsi üçün əhəmiyyətlidir. Həmçinin şikayətçinin göndərdiyi elektron şikayət MPM ilə müəyyən edilmiş (Əlavə 2 - Apellyasiya şikayətinin forması) formada verilməmiş, şikayət MPM-nin 361-ci maddəsinin tələblərinə cavab verməmişdir. MPM-nin 363.1.1-1-1 maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılır. Beləliklə şikayətçi prosessual qanunvericilik baxımından tələb edilən formada apelyasiya şikayətini vermədiyindən prosessual qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Məhkəmə qeyd edir ki, “iddiaçı tərəfin vəsatətdə qeyd etdiyi səbəblər üzürlü hesab edilməkdədir. Məhkəmənin bu nəticəsi işin hallarına uyğun gəlmir. Ərizədə heç bir əsas və üzürlülüyü şərtləndirən hal şərh edilməmiş və sübut edilməmişdir. Həmçinin məhkəmənin “iddiaçı tərəfindən tərtib edilmiş apelyasiya şikayəti mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərtib edildiyindən” nəticəsi də həqiqətə uyğun deyil. Yuxarıdakı qeyd edildiyi kimi, hesab edirik ki, şikayətçi prosessual qanunvericilik baxımından tələb edilən formada apelyasiya şikayətini verməmişdir Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 82, 128-133, 357, 360-366, 387.1, 395-ci maddələrinə əsasən birinci instansiya Məhkəməsinin gəldiyi nəticə üçün prosessual qanunvericiliyin tələblərinə müvafiq qətnamədən verilmiş apellyasiya şikayətinin qeyrimümkünlüyü müəyyən edildikdən sonrakı prossessual hərəkətlərə və bununla bağlı müddətlərin axımına dair obyektiv qiymət verilməmişdir. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinin tələblərinə əsasən: “Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)”. İddiaçı nümayəndəsi (vəkili) isə elektron qaydada imzalanmalı olan formaya riayət etmədən müddətin bərpasına dair ərizə və şikayət verərək prosessual qanunvericilik tələblərinin pozulmasına, məhkəmə isə bu pozuntulara rəvac verən prosessual hərəkətlərə (hərəkətsizliyə) şərait yaratmışlar. Prosessual müddətin bərpası barədə qərardaddan verilən şikayətin əsaslarını təkzib edən hallar müəyyən edilməsə də, qərardadın ümumiyyətlə əsaslandırılmaması, səlahiyyətlər çərçivəsində ona birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməsi zərurətini müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd edilən prosessual əsaslarla, ilk növbədə mübahisə edilən qətnamədən şikayətə və müddətin bərpası barədə ərizənin mümkünlüyünə, habelə müddətlərin axımına, kəsilməsinə və nəhayət buraxılmış müddətin üzrlü hesab edilməsinə prosessual-hüquqi əhəmiyyəti baxımından qiymət verilməli, vəsatətin təmin edilməsinin prosessual hüquqi imkanları nəzərdən keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-554/2021 saylı işi üzrə 26 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-554/2021 saylı qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsi barədə İddiaçı1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş ərizəyə (mümkünlüyünə) yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-6943/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6943/2022
10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver