Məhkəmə qərarları › İş №2(103)-6944/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6944/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6944/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD – 6944 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbinə dair” ilk və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(003)-49/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(003)-49/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbinə dair” ilkin iddiasının qismən təmin edilməsi, “QAZ 2705” yük markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı (ban nömrəsi **********1902) avtomobilin Cavabdeh2 alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(003)-49/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, ilkin iddianın təmin edilməmiş hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi 27.07.2021-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 28.04.2021-ci il tarixli, 2(003)-49/2021 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyi üçün mülki işin Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə1 işin apellyasiya icraatından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul tələbinə dair” ilk və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar