Məhkəmə qərarları › İş №2(103)-6949/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6949/2023

06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6949/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2971/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12.550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1.000 (bir min) manat və keçirdiyi iztirablara görə 2.000 (iki min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı pul tələbinə dair iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin məhkəmə baxışından çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 vəsatəti təmin edilməmişdir. Daha sonra, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2971/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1nın verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 2(010)-2971/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Bu Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki Prosessual Məcəllənin sadalanan maddələrinin mənasından göründüyü kimi qanunvericilikdə məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. İddia ərizəsinin məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasına dair vəsatətin təmin edilməməsi barədə (həmçinin həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması barədə) qərardaddan şikayət verilməsinin mümkünlüyü mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığı və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığı üçün ondan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi isə qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq iddianın geri qaytarılmaması barədə qərardaddan şikayət vermə müddəti və qaydasının izahını həmin qərardadın nəticə hissəsində göstərmiş, həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması qərardadından şikayəti təmin etməyərək apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 402.2-ci maddəsində iddia ərizəsinin məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasına dair vəsatətin təmin edilməməsi (həmçinin həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması) üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2971/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, hazırki qərardaddan da kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2971/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar