Məhkəmə qərarları › İş №2(103)-695/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-695/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-695/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabadəh "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər:( “əmlakların təhvil verilməsi, onlara dair sahiblik və istifadə hüququnun tanınması, əmlakların iddiaçının sərəncam və istifadəsinə verilməsi, o cümlədən mülkiyyət hüququnun tanınması və bununla bağlı digər öhdəliklərin icra edilməsinin cavabdehin üzərinə qoyulması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahvərdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi vəkil Nümayəndə3, Nümayəndə2 və Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmlakların təhvil verilməsi, onlara dair sahiblik və istifadə hüququnun tanınması, əmlakların iddiaçının sərəncam və istifadəsinə vərilməsi, o cümlədən mülkiyyət hüququnun tanınması və bununla bağlı digər öhdəliklərin icra ədilməsinin cavabdəhin üzərinə qoyulması və s.” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3232/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdeh "Məhsul kəndli-fermer təsərrüfati” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə və Bakı şəhəri, İcra Hakimiyyəti Başcısının xx.xx.2007ci il tarixli 505 saylı Sərəncamına əsasən "Məhsul kəndli-fermer təsərrüfati” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayon, Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi ilə birlikdə, müqavilələrə müvafiq olaraq 534 kv.m sahədən və 600 kv.m sahədən ibarət 2 ədəd kotecin ona təhvil verilməsi, koteclər üzərində onun sahiblik və istifadə hüququnun tanınması, koteclərin onun sahibliyinə və istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; həmin koteclərdə: Otaqların suvanması və arakəsmələrin qoyulması; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətlərinin qoyulması; PVS sistemli 2-li paketli pəncərələrin qoyulması; Obyektin fasadının üzlük materiallar ilə üzlənilməsi (layihəyə uyğun); Obyektin damının örtuklə örtülməsi; Obyektin torpaq sahəsinin tam abadlaşdırılması; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılması; Obyektin həyətinin ümumi plana uyğun olaraq müvafiq əhatəyə alınması; Obyektin daxili təmir üçün hazır olması; Telefon xətlərinin çəkilməsi ucun PXV-dən borular qoyulması işlərinin gorulməsinin cavabdehə həvalə edilməsi; Koteclərə onun mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə ona yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışın, tikilinin özəlləşdirilməsi və çıxarışın verilməsinə dair dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin ona verilməsinin, koteclərə dair onun mülkiyyət hüquqlarının tanınması üçün digər zəruri hərəkətlərin aparılması və sənədlərin təqdim edilməsinin cavabdehə tapşırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, investor qismində çıxış etdiyi onunla "X7 Təsərrufatı” MMC arasında 01 may 2008-ci il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş “Mənzil Tikintisinə Kapital Qoyulma haqqında Borc müqaviləsi”nin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanda tikintisi nəzərdə tutulan kotec - ofisin tikintisinə 534 min ABŞ dolları məbləğində kapitalın tərəfindən qoyulması, şirkət qismində çıxış edən “X7 Təsərrufatı” MMC isə investorun kapital qoyduğu məbləğə uyğun olaraq koteci investora təhvil verməyi öhdəsinə götürmüşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən obyekt (kotec-ofis) torpaq sahəsindən (Bakı şəhəri, İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncama əsasən) və bu müqavilə ilə nəzərdə tutulan tikintidən ibarət olmalı, obyekt minimum 500 kv.m ərazidə 534 kv.m olmaqla (hər kvadrat metri 1000 ABŞ dolları götürülüb) iki mərtəbə və mansar əlavə edilməklə, kürsülülük mərtəbəsi yeraltı qaraj və texniki otaqlardan ibarət olmaqla baş planda əvvəlcədən yeri müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən şirkət obyektin tikintisini eskiz lahiyəsinə uyğun olaraq 30 dekabr 2008-ci il tarixinə qədər başa çatdırmalı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən təsdiq edilmiş 29 yanvar 2008-ci il tarixli 18/04-32 nömrəli Eskiz lahiyə və Obyektin mövqeyi Baş planda gostərilməklə investora təhvil verməli idi. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş obyektin tikintisi üçün müəyyən edilmiş 534 min ABŞ dolları məbləğində vəsait öncədən ödəniş əsasında ünvan 2 ünvanda minimum 500 kv.m ərazidə iki mərtəbə mansarda kürsülülük mərtəbəsi: yeraltı qaraj və texniki otaqlardan ibarət olan obyektin tikintisinin aparılması üçün müqavilənin 2.2-ci bəndində qeyd edildiyi kimi tam həcmdə 100% müqavilə bağlanan vaxt şirkətin kassasına nağd şəklində kapital qoyuluşu tərəfindən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının 05 dekabr 2006-cı il tarixinə məzənnəsi ilə manatla aparılmış, həmin məzənnə 05 dekabr 2006-cı il tarixində 0,8722 AZN təşkil etmiş, kapital məbləği 465.754,8 AZN təşkil etmişdir. Müqavilənin 3-cü bəndinə əsasən tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmiş, 3.4-cü bəndinə əsasən: mənzillər suvanmış halda və arakəsmə qoyulmaqla; su, elektrik və qaz xətlərinin stoyak xətləri qoyulmaqla; PVS sistemli 2-li paketli pəncərə qoyulmaqla; lahiyəyə uyğun olaraq obyektin fasadı üzlük materiallarla üzlənilmiş tam hazır vəziyyətdə olmalı; obyektin damı örtüklə örtülməli; torpaq sahəsi 500 kv.m-dən az olmamaqla tam abadlaşdırılmış şəkildə olmalı; həyətdə eni 2 metr, uzunluğu 4 metr, dərinliyi 1,6 metr olan hovuz olmaqla hovuz investordan lazım olan təmizləyici aksesuarlar verildikdən sonra betonlanmalı və suvanmalı; həyət ümumi plana uyğun müvafiq əhatəyə alınmalı (ümumi planlaşmaya uyğun); ev daxili təmir üçün hazır olmalı; telefon xətlərinin PXV-dən boruları qoyulmalıdır. Müqaviləyə əsasən 30 dekabr 2008-ci il tarixinə qədər obyektin tikintisi başa çatdırılmalı və təhvil verilməli idi. Müqavilənin 5.2-ci bəndinə əsasən şirkət obyektin tikintisini Müqavilənin 1.3-cü bəndində göstərilən müddətdə təhvil verməzsə, gecikdirərsə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında investora cərimə odəməyi öhdəsinə götürmüşdür. Obyektin tikintisi və təhvil verilməsi müqavilədə göstərilən müddətdə başa çatdırılmamış və ona təhvil verilməmişdir. Eyni zamanda Müqavilənin 5.3-cu bəndinə əsasən şirkət investora obyektin qeydiyyat vəsiqəsinin (mulkiyyəti təsdiq edən sənədin) alması üçün kömək etmək öhdəliyini də götürmüşdür. Aralarında bağlanmış 01 may 2008-ci il tarixli Müqavilənin icrasından irəli gələn ohdəliklərin cavabdeh tərəfindən icra edilməməsi səbəbi ilə, cavabdehin təklifinə uyğun olaraq aralarında yeni razılaşma əsasında 12 saylı Dovlət Notariat kontorunda təsdiq edilmiş 07 avqust 2009-cu il tarixli “Kotec Tikintisinə Kapital Qoyulma haqqında” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 505 saylı sərəncamı və 12168 saylı inşaat pasportu) və tikintisi nəzərdə tutulan minimum 500 kv.m ərazidə 600 kv.m-dən az olmamaq şərti ilə (hər kvadrat metri 1000 ABŞ dolları hesabı) iki mərtəbə + mansarda, kürsülülük mərtəbəsi, yeraltı qaraj, texniki otaqlardan və “obyekt”in həyətində olan hovuzdan ibarət satışa verilən istənilən 3-cü kotecdir. Müqaviləyə əsasən ödənilən məbləğ müqavilə bağlandığı vaxt investor tərəfindən şirkətin kassasına odənilmiş hesab edilən məbləğ 150 000 ABŞ dolları və tətbiq edilmiş cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128 160 ABŞ dolları başa düşülür. Müqaviləyə əsasən cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixə yəni gecikdirilmiş 8 aya görə şirkət tərəfindən hazırki müqavilə üzrə nəzərə alınan cərimə məbləği başa düşülür və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş kimi hesab edilir. Müqaviləyə əsasən sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixindən sonra cərimə sanksiyası şirkət tərəfindən hazırki müqavilədə nəzərə alınan məbləğ başa düşülür və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş hesab ediləcəkdir. Müqaviləyə əsasən kapital qoyulan hissə ödənilən məbləğ və sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğə uyğun hər kvadrat metri 1000 ABŞ dolları olmaqla obyektdən investora düşəcək sahə başa düşülür. Müqaviləyə əsasən dəqiqləşdirilmiş məbləğ şirkətin 3-cü koteci satışa təhvil verildikdə həmin kotecin ümumi sahəsi müəyyən edilib qalan məbləğ və sonrakı cərimə sanksiyası üzrə məbləğ arasındakı fərq başa düşülür. Müqaviləyə əsasən sonrakı cərimə sanksiyaların tətbiq edildiyi müddət 1 sentyabr 2009-cu il tarixdə başlayır və tərəflər arasında bağlanmış 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu bitir. Müqaviləyə əsasən 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu şirkət tərəfindən investora bildiriş gondərildiyi gün başa düşülür. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq investor obyektin tikintisinə kapital qoyur, şirkət isə obyektin kapital qoyulan hissəsinə müvafiq sahəni investora təhvil verir, obyektin artıq hissəsi şirkətə məxsusdur. Müqavilənin 1.2-ci bəndinə əsasən investor şirkətə məxsus obyektin artıq hissəsini satışa cıxarır və satışından əldə olunan sahənin hər kvadrat metri 1000 ABŞ dolları hesabı ilə olan məbləği şirkət, qalan məbləği isə investor əldə edir. Müqavilənin 1.5-ci bəndinə əsasən şirkət obyektin tikintisini eskiz layahəsinə uyğun olaraq müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində başa catdırmalı və investora təhvil verməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə öz üzərinə götürdükləri vəzifələrin vaxtlıvaxtında və lazıminca icra olunmasını bir-birindən tələb edə bilərlər. Müqavilənin 2.8-ci bəndinə əsasən obyektin təhvili zamanı tikinti quraşdırma işləri görülüb qutarmalıdır: Otaqlar suvanmalı və arakəsmələr qoyulmalı; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətləri qoyulmalı; PVS sistemli 2-li paketli pəncərələr qoyulmalı; Obyektin fasadı üzluk materiallar ilə üzlənilmiş tam olmalı (layihəyə uyğun); Obyektin damı örtuklə örtülməli; Obyektin torpaq sahəsi tam abadlaşdırılmış olmalı; Obyektin həyətində eni 2 metr, uzunluğu 4 metr, dərinliyi 1,6 metr olan hovuz quraşdırılmalı; Obyektin həyəti ümumi plana uyğun olaraq muvafiq əhatəyə alınmalı; Obyekt daxili təmir üçün hazır olmalı; Telefon xətlərinin çəkilməsi üçün PXV-dən borular qoyulmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən kotecin ilkin umumi qiyməti 600 000 (altı yüz min ABŞ dolları hər kvadrat metri 1000 ABŞ dolları hesabı) ABŞ dolları az olmamaq şərti ilə (şirkətin istənilən 3-cu koteci satışa təhvil verildikdə həmin kotecin faktiki sahəsi muəyyən edilib məbləğ dəqiqləşdiriləcək) müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən investor tərəfindən obyektin tikintisinə qoyduğu məbləğ: Ödənilən məbləğ - 278.160 ABŞ dollarıdır (150.000 ABŞ dolları investorun kassasına odənilmiş hesab edilən məbləğ və cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128160 ABŞ dolları təşkil edir. İlkin qalan məbləğ 321840 ABŞ dolları təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən obyektin tikintisi üçün nəzərdə tutulan ilkin umumi məbləğ 600000 ABŞ dolları Azərbaycan Respublikası Milli Bankının 29 may 2009-cu il tarixinə olan manat məzənnəsi ilə aparılır. Həmin məzənnə 29 may 2009-cu il tarixinə 0,8036 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə əsasən ilkin ümumi məbləğ 482160 AZN təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən ilkin qalan məbləğ 258.630,60 AZN təşkil edir. Müqavilənin 3.6-cı bəndinə əsasən investor tərəfindən ödənilən məbləğ hazırki müqavilə imzalandığı vaxtdan şirkətin kassasına ödənilmiş hesab edilir. Müqavilənin 3.7-ci bəndinə əsasən şirkətin istənilən 3-cü koteci satışa verildikdə tərəflər həmin kotecin ümumi sahəsini müəyyən edib müqavilə üzrə ümumi və şirkətə ödəniləcək dəqiqləşdirilmiş məbləğ müəyyən edəcək. Müqavilənin 5.1-ci bəndində də qeyd edildiyi kimi tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.5-ci bəndinə əsasən şirkət Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən edilən təqsirli hərəkətləri nəticəsində investora vurulmuş ziyana görə məsuliyyət daşıyır. Müqavilənin 7.3cü bəndinə əsasən hazırki müqavilə üzrə, habelə 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə obyektlərin tamamlanması haqqında şirkət investora bildiriş göndərir. Müqavilənin 7.6-cı bəndinə əsasən investor obyektin tikintisi başa catanadək bütün məbləğini ödəməklə həmin tikiliyə bütün hüquqları əldə edir. Müqaviləyə əsasən aydın olur ki, şirkət müqavilədə nəzərdə tutulmuş əlavə öhdəliklərlə birlikdə obyekti ən geci 6 ay muddətində ona təhvil verməli idi. Bu müqavilə üzrə ohdəliyin icra muddəti 26 fevral 2010-cu il tarixdə başa çatmışdır. Tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələr üzrə öhdəliklərin icra edilməsi tələbi üzrə cavabdehlə dəfələrlə danışıq və göruşlər kecirilmiş, 21 may 2010-cu il tarixdə və 23 dekabr 2010-cu il tarixlərdə öhdəliklərin icra edilməsi üzrə rəsmi pretenziya göndərilməklə xəbərdarlıq vermiş, lakin bütün bunlara baxmayaraq müqavilə üzrə öhdəliklərin icra edilməsi üzrə cavabdeh tərəfindən hal-hazıra qədər hər hansı ciddi addımlar atılmamışdır. Cavabdehə gondərdiyi 23 dekabr 2010-cu il tarixli pretenziyada Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım küçəsi 106 ünvanda minimum 500 kv.m ərazidə kvadrat metri 1000 ABŞ dolları olmaqla 534 min ABŞ dolları dəyərində olan kotecin, Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım kucəsi 106 ünvanda minimum 500 kv.m ərazidə kvadrat metri 1000 ABŞ dolları olmaqla 422.340 (150000 ABŞ dolları şirkətə odənilən məbləğ+tətbiq edilmiş cərimə sanksiyası üzrə 128.160 ABŞ dolları+144.180 ABŞ dolları 2009-cu ilin sentyabr ayından pretenziya verilən 21 may 2010-cu il tarixədək 9 ay üçün hesablanmaqla sonrakı cərimə sanksiyası üzrə məbləğ) ABŞ dolları dəyərində olan kotecin və ya yuxarıda qeyd edilən koteclərin dəyəri 956.340 ABŞ dolları məbləğində pul və dəymiş zərər (koteclərin realizasiyası zamanı əldə olunacaq (1100 ABŞ dolları/kv.m) hər kvadrat metrə görə 100 ABŞ dolları əlavə) 956.340 kv.m üçün 95634 ABŞ dolları olmaqla ümumilikdə 1.051.974 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələr üzrə müqavilənin predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım kucəsi 106 unvanında aparılan tikinti üzrə təhvil verilməli olan 2 ədəd kotecin dəyərinin tərəfindən ödənilməsi barədə "Məhsul Kəndli-Fermer Təsərrufatı” MMC tərəfindən ona təqdim edilmiş 23 iyul 2014-cü il tarixli 37 saylı maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən müqavilələrə əsasən 4 və 6 nömrəli koteclərin dəyərləri tərəfindən şirkətə tam ödənilib və heç bir maliyyə borcu yoxdur. Halbuki, müqavilədə ona təhvil verilməli olan koteclərin 4 və 6 nömrəli koteclər olması qeyd edilməmiş, qeyd edilən koteclərin tərəfindən təhvil alınması üçün onunla cavabdeh arasında hər hansı rəsmi razılaşma bağlanmamış, cavabdeh yenə də öz fərziyyələrinə əsaslanan maliyyə arayışı tərtib edərək onun tərəfindən 4 və 6 saylı koteclərin pulunu ödəməsi barədə qeydlər aparmışdır. Onun tərəfindən maliyyə arayışında qeyd edilən 4 və 6 saylı kotecləri qəbul etməyə və ona ayrılmasına rəsmi razılıq verməmişdir. "Məhsul Kəndli-Fermer Təsərrufatı” MMC tərəfindən ona təqdim edilmiş 23 iyul 2014-cu il tarixli koteclərin planına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şuvəlan qəsəbəsi, A.İldırım küçəsi 106 unvanında tikintisi aparılan koteclərin sayı və coğrafi yerləşməsi muəyyən edilmişdir. Qeyd olunan pretenziya bildiriş cavabdehə rəsmi təqdim edildikdən sonra aralarında aparılmış müzakirə nəticəsində qısa müddətdə maksimum 3 ay ərzində onun tələblərinin təmin ediləcəyi bildirilmiş, lakin həmin bildirişin verilməsindən 6 aydan çox vaxt keçməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Nəticədə 23 dekabr 2010-cu il tarixli Təkrar Bildirişlə müqavilələrin şərtlərinə müvafiq olaraq öhdəliklərinin məbləği həmin tarixə umumilikdə 1.068.480 ABŞ dolları məbləğindən ibarət olması barədə və öhdəlik tələbinin məhkəmə qaydasında həll edilməsi məcburiyyəti yaranarsa bu məbləğə öhdəliyin icrasının gecikdirildiyi günə qədər ona vurulan zərərə görə hesablanacaq məbləği əlavə etməklə tələbin məbləğinin artmış olacağı cavabdehə bildirilmiş və təkrar bildirişlə müqavilələr üzrə öhdəliklərin icrasını təmin etmədiyi bildirməklə 10 gun müddətində ümumilikdə 1.068.480 ABŞ dolları məbləğində öhdəliyin icrasını təmin etməyi tələb etmiş, əks halda müqavilələr və Qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi, müqavilənin ləğvi və dəymiş ziyanın ödənilməsi və pul tələbi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində olacağını qeyd etmişdir. Xeyli müddət aralarında aparılan danışıqların nəticə vermədiyini, muxtəlif bəhanələrlə tikintinin tamamlana bilməsi məqsədi ilə muvafiq sənədlərin və icazələrin alınması üçün cavabdeh tərəfindən verilmiş boş vədlər və danışıqlar müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin qərəzli şəkildə icra edilməməsi kimi başa düşülür. xx.xx.2024-cu il tarixdə, cavabdehə pretenziya göndərmiş, qeyd edilənlərin 10 gün müddətində aradan qaldırılmasını tələb etmişdir. İstər Beynəlxalq qanunvericilik və Beynəlxalq məhkəmə təcrübəsində, istərsə də Milli qanunvericilik və Milli məhkəmə təcrübəsində hər kəsin mülkiyyət hüququ ilə yanaşı əmlaka sahib olmaq, əmlakdan istifadə etmək hüquqları tanınır və qanunla bu hüquqlar müdafiə olunur. Bundan başqa cavabdeh onun israrlı təkidlərinə baxmayaraq, kotecləri müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verməməklə bərabər, əmlaklara dair mülkiyyəti təsdiq edən sənədlərin hazırlanmasında da müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Cavabdeh əmlaklara dair mülkiyyəti təsdiq edən sənədlərin hazırlana bilməməsini və onun mülkiyyətinə verilə bilməməsini çoxsaylı bəhanələr və həqiqətə uyğun olmayan məlumatlarla onu aldadaraq mübahisənin illərlə davam etməsinə səbəb vermiş, onun Qanuni mənafelərini pozmuşdur.

2. Cavabdeh "Məhsul kəndli-fermer təsərrüfati” MMC-nin nümayəndəsi vəkil Nümayəndə2 iddia tələbinə etiraz təqdim etmiş və iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı investor kimi çıxış etdiyi "xxxx" MMC ilə 01 may 2008-ci il tarixli “Mənzil Tikintisinə Kapital Qoyulma haqqında Borc müqavilə” üzrə icra müddəti xx.xx.2008-ci il tarixində, 07 avqust 2009-cu il tarixli “Kotec Tikintisinə Kapital Qoyulma haqqında Borc Müqaviləsi” üzrə isə xx.xx.2010-cu il tarixində bitmişdir. Öhdəliklərin icra olunmaması müvafiq olaraq 2009-cu və 2010-cu ildən iddiaçıya məlumdur. Cavabdeh təqdim edilmiş sübutları təhlil edib hər iki müqavilə üzrə iddia müddətlərin keçməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini mümkün hesab edir və mülki iş üzrə iddia müddəti tətbiq edilməsini xahiş edir.

3. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin tətbiq edilməməsini xahiş etməklə qeyd etmişdir ki, ilk mülkiyyət hüquqlarının pozulması barədə işlər üzrə iddia müddəti tətbiq edilmir,onun mülkiyyət hüquqları pozulub. İkincisi isə hətta iddia müddətinin şamil edildiyi tələb olsa belə, müddət ötməyib. Çünki cavabdeh iddiaçı etiraf edən hərəkətlər edib, təmir tikinti işləri aparıb, materiallar daşıyıb, böyük kompleks tikib. Həmin kompleks icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihənin tərkib hissəsidir, bu işlərin görülməsi onda inam yaradıb ki, cavabdeh əmlakı təhvil verəcək. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstətən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

4. Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli epikrizlərə(F13) əsasən müəyyən edilir ki, X3 böyrək çatışmazlığı ilə müşayiət olunan, başlıca olaraq böyrəklərin zədələnməsi ilə gedən hipertenziv xəstəlik diaqnozu qoyulmuşdur.

5. İşin icraatı zamanı müəyyən edilmişdir: - İddiaçı ilə (bundan sonra mətndə "investor” adlanacaq) "X7 Təsərrufatı” MMC (bundan sonra mətndə "şirkət” adlanacaq) arasında 01 may 2008-ci il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş "Mənzil Tikintisinə Kapital Qoyulma haqqında Borc muqaviləsi”nin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanda tikintisi nəzərdə tutulan kotec - ofisin tikintisinə 534 min ABŞ dolları məbləğində kapitalın tərəfindən qoyulması, şirkət qismində çıxış edən "X7 Təsərrufatı” MMC isə investorun kapital qoyduğu məbləğə uyğun olaraq koteci investora təhvil verməyi öhdəsinə götürmüşdur. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən obyekt (kotec-ofis) torpaq sahəsindən (Bakı şəhəri, İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncama əsasən) və bu müqavilə ilə nəzərdə tutulan tikintidən ibarət olmalı, obyekt minimum 500 kv.m ərazidə 534 kv.m olmaqla (hər kvadrat metri 1000 ABŞ dolları götürülüb) iki mərtəbə və mansar əlavə edilməklə, kürsülülük mərtəbəsi yeraltı qaraj və texniki otaqlardan ibarət olmaqla baş planda əvvəlcədən yeri müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən şirkət obyektin tikintisini eskiz lahiyəsinə uyğun olaraq 30 dekabr 2008-ci il tarixinə qədər başa çatdırmalı və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən təsdiq edilmiş 29 yanvar 2008-ci il tarixli 18/04-32 nömrəli Eskiz lahiyə və Obyektin mövqeyi Baş planda gostərilməklə investora təhvil verməli idi. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş obyektin tikintisi üçün müəyyən edilmiş 534 (beş yuz otuz dord) min ABŞ dolları məbləğində vəsait öncədən ödəniş əsasında ünvan 2 ünvanda minimum 500 kv.m ərazidə iki mərtəbə mansarda kürsülülük mərtəbəsi: yeraltı qaraj və texniki otaqlardan ibarət olan obyektin tikintisinin aparılması üçün müqavilənin 2.2-ci bəndində qeyd edildiyi kimi tam həcmdə 100% müqavilə bağlanan vaxt şirkətin kassasına nağd şəklində kapital qoyuluşu tərəfindən edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının 05 dekabr 2006-cı il tarixinə məzənnəsi ilə manatla aparılmış, həmin məzənnə 05 dekabr 2006-cı il tarixində 0,8722 AZN təşkil etmiş, kapital məbləği 465.754,8 (dörd yüz altmış beş min yeddi yüz əlli dörd min manat 80 qəpik) AZN təşkil etmişdir. Müqavilənin 3-cü bəndinə əsasən tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmiş, 3.4-cü bəndinə əsasən: mənzillər suvanmış halda və arakəsmə qoyulmaqla; su, elektrik və qaz xətlərinin stoyak xətləri qoyulmaqla; PVS sistemli 2-li paketli pəncərə qoyulmaqla; lahiyəyə uyğun olaraq obyektin fasadı üzlük materiallarla üzlənilmiş tam hazır vəziyyətdə olmalı; obyektin damı örtüklə örtülməli; torpaq sahəsi 500 kv.m-dən az olmamaqla tam abadlaşdırılmış şəkildə olmalı; həyətdə eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir tam onda altı) metr olan hovuz olmaqla hovuz investordan lazım olan təmizləyici aksesuarlar verildikdən sonra betonlanmalı və suvanmalı; həyət ümumi plana uyğun müvafiq əhatəyə alınmalı (ümumi planlaşmaya uyğun); ev daxili təmir üçün hazır olmalı; telefon xətlərinin PXV-dən boruları qoyulmalıdır. Muqaviləyə əsasən 30 dekabr 2008-ci il tarixinə qədər obyektin tikintisi başa çatdırılmalı və təhvil verilməli idi. Müqavilənin 5.2-ci bəndinə əsasən şirkət obyektin tikintisini Müqavilənin 1.3-cü bəndində göstərilən müddətdə təhvil verməzsə, gecikdirərsə, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% miqdarında investora cərimə odəməyi öhdəsinə götürmüşdür. Obyektin tikintisi və təhvil verilməsi müqavilədə göstərilən müddətdə başa çatdırılmamış və ona təhvil verilməmişdir. Eyni zamanda Müqavilənin 5.3-cu bəndinə əsasən şirkət investora obyektin qeydiyyat vəsiqəsinin (mulkiyyəti təsdiq edən sənədin) alması üçün kömək etmək öhdəliyini də götürmüşdür; - İddiaçı ilə (bundan sonra mətndə “investor” adlanacaq) "X7 Təsərrufatı” MMC (bundan sonra mətndə “şirkət” adlanacaq) arasında 07 avqust 2009-cu il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş “Kotec Tikintisinə Kapital Qoyulma haqqında” Borc Muqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 505 saylı sərəncamı və 12168 saylı inşaat pasportu) və tikintisi nəzərdə tutulan minimum 500 kv.m ərazidə 600 kv.m-dən az olmamaq şərti ilə (hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) iki mərtəbə + mansarda, kürsülülük mərtəbəsi, yeraltı qaraj, texniki otaqlardan və “obyekt”in həyətində olan hovuzdan ibarət satışa verilən istənilən 3-cü kotecdir. Muqaviləyə əsasən ödənilən məbləğ müqavilə bağlandığı vaxt investor tərəfindən şirkətin kassasına odənilmiş hesab edilən məbləğ 150000 ABŞ dolları və tətbiq edilmiş cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128 160 (bir yuz iyirmi səkkiz min bir yuz altmış) ABŞ dolları başa düşülür. Muqaviləyə əsasən cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M- 03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixə yəni gecikdirilmiş 8 aya görə şirkət tərəfindən hazırki müqavilə üzrə nəzərə alınan cərimə məbləği başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş kimi hesab edilir. Müqaviləyə əsasən sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M- 03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixindən sonra cərimə sanksiyası şirkət tərəfindən hazırki muqavilədə nəzərə alınan məbləğ başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş hesab ediləcəkdir. Müqaviləyə əsasən kapital qoyulan hissə ödənilən məbləğ və sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğə uyğun hər kvadrat metri 1000 ABŞ dolları olmaqla obyektdən investora düşəcək sahə başa duşulur. Muqaviləyə əsasən dəqiqləşdirilmiş məbləğ şirkətin 3-cü koteci satışa təhvil verildikdə həmin kotecin ümumi sahəsi müəyyən edilib qalan məbləğ və sonrakı cərimə sanksiyası üzrə məbləğ arasındakı fərq başa düşülür. Muqaviləyə əsasən sonrakı cərimə sanksiyaların tətbiq edildiyi müddət 1 sentyabr 2009-cu il tarixdə başlayır və tərəflər arasında bağlanmış 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu bitir. Muqaviləyə əsasən 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu şirkət tərəfindən investora bildiriş gondərildiyi gun başa duşulur. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq investor obyektin tikintisinə kapital qoyur, şirkət isə obykektin kapital qoyulan hissəsinə müvafiq sahəni investora təhvil verir, obyektin artıq hissəsi şirkətə məxsusdur. Müqavilənin1.2-ci bəndinə əsasən investor şirkətə məxsus obyektin artıq hissəsini satışa cıxarır və satışından əldə olunan sahənin hər kvadrat metri 1000 ABŞ dolları hesabı ilə olan məbləği şirkət, qalan məbləği isə investor əldə edir. Müqavilənin 1.5-ci bəndinə əsasən şirkət obyektin tikintisini eskiz layahəsinə uyğun olaraq müqavilə quvvəyə mindiyi gundən 6 (altı) ay muddətində başa çatdırmalı və investora təhvil verməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə öz üzərinə götürdükləri vəzifələrin vaxtlı-vaxtında və lazıminca icra olunmasını bir birindən tələb edə bilərlər. Müqavilənin 2.8-ci bəndinə əsasən obyektin təhvili zamanı tikinti quraşdırma işləri görülüb qutarmalıdır: Otaqlar suvanmalı və arakəsmələr qoyulmalı; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətləri qoyulmalı; PVS sistemli 2-li paketli pəncərələr qoyulmalı; Obyektin fasadı üzluk materiallar ilə üzlənilmiş tam olmalı (layihəyə uyğun); Obyektin damı örtuklə örtülməli; Obyektin torpaq sahəsi tam abadlaşdırılmış olmalı; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılmalı; Obyektin həyəti ümumi plana uyğun olaraq muvafiq əhatəyə alınmalı; Obyekt daxili təmir üçün hazır olmalı; Telefon xətlərinin çəkilməsi üçün PXV-dən borular qoyulmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən kotecin ilkin umumi qiyməti 600 000 (altı yuz min ABŞ dolları hər kvadrat metri 1000 ABŞ dolları hesabı) ABŞ dolları az olmamaq şərti ilə (şirkətin istənilən 3-cu koteci satışa təhvil verildikdə həmin kotecin faktiki sahəsi muəyyən edilib məbləğ dəqiqləşdiriləcək) muəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən investor tərəfindən obyektin tikintisinə qoyduğu məbləğ: Ödənilən məbləğ - 278.160 (iki yuz yetmiş səkkiz min bir yuz altmış) ABŞ dollarıdır (150000 ABŞ dolları investorun kassasına odənilmiş hesab edilən məbləğ və cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128160 ABŞ dolları təşkil edir. İlkin qalan məbləğ 321.840 (üç yüz iyirmi bir min səkkiz yüz qırx) ABŞ dolları təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən obyektin tikintisi üçün nəzərdə tutulan ilkin umumi məbləğ 600000 (altı yuz min) ABŞ dolları Azərbaycan Respublikası Milli Bankının 29 may 2009-cu il tarixinə olan manat məzənnəsi ilə aparılır. Həmin məzənnə 29 may 2009-cu il tarixinə 0,8036 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə əsasən ilkin ümumi məbləğ 482160 AZN təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən ilkin qalan məbləğ 258630,60 AZN təşkil edir. Müqavilənin 3.6-cı bəndinə əsasən investor tərəfindən ödənilən məbləğ hazırki müqavilə imzalandığı vaxtdan şirkətin kassasına ödənilmiş hesab edilir. Müqavilənin 3.7-ci bəndinə əsasən şirkətin istənilən 3-cü koteci satışa verildikdə tərəflər həmin kotecin ümumi sahəsini müəyyən edib müqavilə üzrə ümumi və şirkətə ödəniləcək dəqiqləşdirilmiş məbləğ müəyyən edəcək. Müqavilənin 5.1-ci bəndində də qeyd edildiyi kimi tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.5-ci bəndinə əsasən şirkət Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən edilən təqsirli hərəkətləri nəticəsində investora vurulmuş ziyana görə məsuliyyət daşıyır. Müqavilənin 7.3-cü bəndinə əsasən hazırki müqavilə üzrə, habelə 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə obyektlərin tamamlanması haqqında şirkət investora bildiriş göndərir. Müqavilənin 7.6-cı bəndinə əsasən investor obyektin tikintisi başa catanadək bütün məbləğini ödəməklə həmin tikiliyə bütün hüquqları əldə edir; - "Məhsul Kəndli-Fermer Təsərrufatı” MMC-nin 23 iyul 2014cü il tarixli 37 saylı maliyyə arayışına əsasən, 4 və 6 nömrəli koteclərin dəyərləri İddiaçı tərəfindən şirkətə tam ödənilib və heç bir maliyyə borcu yoxdur; - Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, koteclərin inşaat işlərinin başa çatdırılması barədə fotoşəkillər təqdim edilmişdir.

6. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3232/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 178.8, 152,139-1.1.9.2, 139-1.1.10.1, 384.0.4; Mülki Prosessual Məcəlləsinin 13.4, 119.1, 217.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrin predmeti olan koteclərin dəyərini tam ödədiyi andan, onların üzərində mülkiyyət hüququ əmələ gəlmişdir və o, bu hüququnun qeydə alınması üçün zəruri hərəkətləri etməsini, kotecləri sahibliyinə və istifadəsinə verməsini və tamamlama işlərini bitirməsini cavabdehdən tələb etməkdə haqlıdır və onun mülkiyyətçi hüququnun pozuntularının aradan qaldırılması haqqında hazırkı tələblərinə iddia müddəti şamil edilmir. İddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında yerləşən cavabadeh inşa etdiyi və 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə əsasən verilməli olan koteclərə iddiaçının mülkiyyət hüququ əmələ gəldiyindən, tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarixli və 07 avqust 2009-cu il tarixli müqavilələrə və Bakı şəhəri, İcra Hakimiyyəti Başcısının xx.xx.2007-ci il tarixli 505 saylı Sərəncamına əsasən "Məhsul kəndli-fermer təsərrüfati” MMC tərəfindən Bakı şəhəri Xəzər rayon Şuvəlan ŞTQ, Almaz İldırım (Şuvəlan qəs.) 106 ünvanında inşa edilmiş baş yola çıxışı olan, hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi ilə birlikdə, müqavilələrə müvafiq olaraq 534 kv.m sahədən və 600 kv.m sahədən ibarət 2 ədəd kotec iddiaçıya təhvil verilməli, koteclər üzərində onun sahiblik və istifadə hüququ tanınmalı, koteclərin onun sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi cavabdehə həvalə edilməli, həmin koteclərdə: Otaqların suvanması və arakəsmələrin qoyulması; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətlərinin qoyulması; PVS sistemli 2-li paketli pəncərələrin qoyulması; Obyektin fasadının üzlük materiallar ilə üzlənilməsi (layihəyə uyğun); Obyektin damının örtuklə örtülməsi; Obyektin torpaq sahəsinin tam abadlaşdırılması; Obyektin həyətində eni 2 metr, uzunluğu 4 metr, dərinliyi 1,6 metr olan hovuz quraşdırılması; Obyektin həyətinin ümumi plana uyğun olaraq müvafiq əhatəyə alınması; Obyektin daxili təmir üçün hazır edilməsi; Telefon xətlərinin cəkilməsi ucun PXV-dən borular qoyulması işlərinin gorulməsi cavabdehə həvalə edilməli, Koteclərə iddiaçının mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə ona yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışın, tikilinin özəlləşdirilməsi və çıxarışın verilməsinə dair dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin ona verilməsi, koteclərə dair onun mülkiyyət hüquqlarının tanınması üçün digər zəruri hərəkətlərin aparılması və sənədlərin təqdim edilməsi cavabdehə tapşırılmalı, iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3232/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, 130; Mülki Məcəllənin 324.1, 385.1, 386.1, 389.1, 425.1, 425.2; Mülki Prosessual Məcəllənin 26-cı maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işin bütün halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmamış, verilmiş vəsatət əsassız yerə təmin edilməmiş, məhkəmə qərardadında bunu əsaslandırmamış, mülki mübahisə üzrə iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə İddiaçı tərəfindən iddianın qanunla bunun üçün müəyyən edilmiş iddia müddətinin ötürülməsi ilə verilməsinə sonuncunun tələbinin "mülkiyyət hüququnun müdafiəsindən irəli gələn" tələb kimi hüquqi don geyindirmək və bununla da iddia müddətinin tətbiqindən Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbinə əsasən "yayınmaq" üçün, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarda formalaşdırmış hüquqi mövqeyi təhrif etmişdir. Halbuki, sözügedən qərarda qeyd edilir ki, Azərbaycan Respüblikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respüblikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan diğər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğü üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüqüqünü, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Qərarın məzmunundan görünür ki, mülkiyyət hüququ yalnız əmlakın dövlət reyestrində qeydiyyatından sonra yarana bilər. İşin hallarından isə görünür ki, əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat mövcud deyildir, belə olan halda mülkiyyət hüququnun yaranmasından söhbət gedə bilməz. Sahiblik hüququna münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh olaraq, iddiaçının hər hansı məbləğdə MMC-nin kassasına ödəniş etməsi mübahisələndirilmişdir. Bundan irəli gələrək, iddiaçı ödəniş qəbzləri (kassa çekləri) təqdim etməli olduğu halda, bunu etməmişdir. Halbuki, müqavilənin məzmunundan da göründüyü kimi ödənişlər nağd şəkildə kassaya edilməlidir. Şəxsin hər hansı kassa qəbzi təqdim edə bilməməsi, üstəlik maliyyə arayışının əslini təqdim edə bilməməsi, bununla yanaşı maliyyə arayışında Şirkət direktorunun imzasının tərəflərindən mübahisələndirilməsi onun iddiaçının sahiblik hüququnun yaranmasını şübhə altına alır. Sadalanan normaların məzmunundan görünür ki, öhdəliyin yaranması üçün zərər vurma, əsassız varlanma kimi hallar istisna olmaqla, tərəflər arasında müqavilənin bağlanması şərtdir. Hazırki halda da iddiaçının tələb hüququ xx.xx.2008-ci il və xx.xx.2009-cu il tarixli müqavilələrdən irəli gəlir. Bununla belə ilkin qeyd edilməli məsələ ondan ibarətdir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsini mötəbər sübutlarla əsaslandıra bilmir. Yuxarıda da qeyd edildiyi kimi maliyyə arayışı cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilmiş, lakin birinci instansiya bu hala qiymət verməmişdir. Ödənişin edildiyini şübhədən azad hər hansı digər mötəbər sübut təsdiq etmir. Üstəlik xx.xx.2009-cu il tarixli müqavilənin "Əsas anlayışlar" hissəsində "Ödənilən məbləğ"in açıqlaması "Müqavilə bağlanan vaxt "İnvestor"xxxx"Şirkətin" kassasına ödənilmiş hesab edilən məbləğ (150.000 ABŞ dolları) və tətbiq edilmiş cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ (128.160 ABŞ dolları)" kimi verilmişdir. Göründüyü kimi tərəflər məbləğin ödənildiyini deyil, ödənilmiş hesab edildiyini qeyd etmişlər, yəni faktiki olaraq, sözügedən məbləğ kassaya mədaxil edilməmişdir. Bundan əlavə, xx.xx.2009-cu il tarixli müqavilənin və xx.xx.2024-cü il tarixli Pretenziya məktubunun məzmunundan görünür ki, həmin müqavilə üzrə ödənilməli olan 600000 ABŞ dolları məbləğində pulun 150000 ABŞ dolları pul şəklində, naturada ödənilmədən ödənilmiş hesab edilmiş, yerdə qalan məbləğ isə bütövlükdə cərimə məbləğindən ibarət olmuşdur. İstər Konstitusiya Məhkəməsi Plenumunun,istərsə də Ali instansiyanın qərarlarında formalaşdırmış hüquqi mövqedən aydın olur ki, müqavilə üzrə nəzərdə tutulmuş cərimə və ya dəbbə gəlir mənbəyi ola bilməz, bu sanksiya müqavilə tərəfini öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməsinə yönəltməli, özlüyündə isə öhdəliyin mahiyyətinə bərabər və ya ondan artıq ola bilməz. Bu hal müqavilənin hüquqi təbiətinə və mülki hüququn mahiyyətinə ziddir. Nəzərə alınmalı məqam eyni zamanda ondan ibarət ki, MM-nin 385, 425-ci maddələrindən irəli gələn müqavilə üzrə öhdəliklərin icrası zamanı vicdanlı olmaq, öhdəliyi zamanında icra etmək kimi tələblər iddiaçı tərəfindən pozulmasına baxmayaraq, məhkəmə yekun qərarını əsaslandırarkən, bu hala hüquqi qiymət verməmişdir. Belə ki, yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etmədiyi halda, müqavilədən irəli hüquqlarını tələb etməkdədir. Bu isə MM-nin 560-cı maddəsində nəzərdə tutulmuş hüquqdan sui-istifadə deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respubliksı Mülki Məcələsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddəti ilə bağlı qeyd edilənlərdən görünür ki, hazırki tələb müqavilədən irəli gəldiyi üçün, məhkəmə əgər iddiaçının iddia tələbini əsaslı və qanuni hesab etdiyi halda, iddia müddətinin ötürülməsi ilə əlaqədar olaraq, iddianı rədd etməliydi. Hər iki müqavilədə onun icrası üçün müddət müəyyən edilmişdir - xx.xx.2008-ci il tarixli müqavilə üzrə tikinti işinin başa çatdırılması və təhvili xx.xx.2008-ci il tarixə (Müqavilənin 1.3-cü bəndi), xx.xx.2009-cu il tarixli müqavilə üzrə isə 6ay, yəni xx.xx.2010-cu il tarixə (Müqaviləninn 1.5-ci bəndi) nəzərdə tutulmuşdur. Beləliklə, əgər iddiaçı müqavilə öhdəliklərini yerinə yetirdiyini məhkəmədə mötəbər dəlillərlə sübuta yetirdiyi halda, onun üçün iddia müddətinin axımı 1-ci müqavilə üzrə xx.xx.2008-ci ildən, 2-ci müqavilə üzrə xx.xx.2010-cu il tarixindən başlamışdır. İşin hallarından göründüyü kimi iddia müddəti hazırki halda ötürülmüş hesab edilməklə, yekunda iddia qanuni və əsaslı hesab edilməsinə baxmayaraq, məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu halda, edilməmişdir. Üstəlik məhkəmə müqavilə münasibətlərindən irəli gələn tələbi yanlış olaraq, MM- nin 384.0.4-cü maddəsi ilə əlaqələndirərək, iddia müddətinin tətbiqindən yayınmasını hüquqi baxımdan əsaslandırmağa çalışmışdır ki, bu da maddi hüquq normasının tələbinin pozulmasına və yekunda qanunsuz və əsassız qətnamənin qəbuluna səbəb olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar

8. Apellyasiya icraatı zamanı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə xətşünaslıq ekspertizası barədə rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 01 may 2008-ci il tarixli Mənzil Tikintisinə Kapital Qoyulma haqqında Borc müqaviləsinin 3-cü vərəqində “X6 Davidoviç” qrafasındakı imza; 07 avqust 2009-cu il tarixli Kotec tikintisinə Kapital Qoyulma haqqında Borc müqaviləsinin 1-4-cü vərəqlərində soldan tərəfdəki imzalar və 5-ci vərəqində “Şirkət” qrafasındakı imza; xx.xx.2014-cü il tarixli 16 nömrəli maliyyə arayışında “X7 Təsərrüfatı” MMC-nin direktoriÄqrafasında “X5” qrafasındakı imza - EYNİ ŞƏXS - ÇARUXÇEV ABİK DAVİDOVİÇ tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 138 manat məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli sənədlərin texniki ekspertizası barədə ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş İddiaçı adına olan xx.xx.2014-cü il tarixli 16 nömrəli maliyyə arayışında “X5” adının qarşısındakı imzanın hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 ekspert rəyini mötəbər sübut kimi qəbul etmədiklərini, rəyin az sayda imza nümunəsi əsasında verildiyini, maliyyə arayışındakı imzanın ekspert rəyində qeyd edilən təsvirlə uyğun gəlmədiyini, maliyyə arayışındakı imzanın mərhum Abik Çaxurçevə aid olmasına dair şübhələrinin olduğunu qeyd etmiş, bundan əlavə apellyasiya şikayətini müdafiə etməklə, iddiaçının müqavilə üzrə MMC-yə ödəniş etməsinin sübut olunmadığını, birinci instansiya məhkəməsi tərəfindən isə baş yola çıxışı olan iki ədəd kotecin verilməsinin qeyd edildiyi halda, həmin koteclərin faktiki olaraq başqa şəxsə məxsus olduğunu bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə etmiş, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını qəbz hesab etmədiyini, müqavilə üzrə iddiaçı tərəfin öz öhdəliklərini yerinə yetirmədiyini, müqavilə bağlansa da, iddiaçının müqavilə üzrə hər hansı ödəniş etmədiyini bildirməklə, müqavilədə konkret olaraq hansı nömrəli koteclərin iddiaçıya verilməli olduğunun qeyd edilmədiyini, maliyyə arayışında 4 və 6 nömrəli koteclərə dair iddiaçının hər hansı borcunun olmadığının qeyd edildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən isə baş yola çıxışı olan iki ədəd kotecin verilməsinin müəyyən edildiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən əmlaklarla bağlı Daşınmaz Əmlakın Reyestr Xidmətində qeydiyyat aparılmayıb, 12 ədəd kotec inşa edilib, onlardan 3 ədəd kotec əvəzsiz olaraq bağışlanıb, yerdə qalan koteclərlə bağlı hər hansı mülkiyyət, istifadə, icarə ilə bağlı müqavilə bağlanmayıb. Yəni, koteclər MMC-nin özünün balansındadır. İddia tələbini əsassız hesab etdiyini və bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə3 kifayət qədər material əsasında tədqiqat aparılmadan təqdim edilmiş ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən digər sübutlarla yanaşı qiymətləndirilməklə rəylərin mötəbərliyini şübhə altına alınmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 ekspertizanın qarşı tərəfin vəsatəti əsasında keçirildiyini və tədqiqatın həm iddiaçı tərəfin, həm cavabdeh tərəfin təqdim etdiyi sənədlər əsasında aparıldığını, həmin sənədlərdə mərhum X3 aid bir neçə sayda imza nümunələrinin olduğunu, ekspertin yekdil rəy verməsi üçün hər hansı çatışmazlığın olmadığını qeyd etməklə, iddiaçı tərəfindən müqavilələrdən də göründüyü kimi ödənişin həyata keçirildiyini, əksinə cavabdeh tərəfin öz öhdəliyini icra etmədiyindən ona cərimə sanksiyasının tətbiq edildiyinin müqavilədə öz əksini tapdığını və iddia tələblərinin əsasını iki ədəd kotecin verilməsinin təşkil etdiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 139-1. 1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 178.8. (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 384.0.4. iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 450.1. Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. 450.2. Öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir. 450.3. Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir. 451. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1 -ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

18. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar vardır, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, obyektin tikintisi və təhvil verilməsi müqavilədə göstərilən müddətdə başa çatdırılmamış və təhvil verilməmişdir. Eyni zamanda Müqavilənin 5.3-cu bəndinə əsasən şirkət investora obyektin qeydiyyat vəsiqəsinin (mulkiyyəti təsdiq edən sənədin) alması üçün kömək etmək öhdəliyini də götürmüşdür. İddiaçı ilə ( “investor”) "X7 Təsərrufatı” MMC (bundan sonra mətndə “şirkət”) arasında 07 avqust 2009-cu il tarixdə bağlanmış və 12 saylı Dovlət notariat kontorunda təsdiq edilmiş “Kotec Tikintisinə Kapital Qoyulma haqqında” Borc Muqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 505 saylı sərəncamı və 12168 saylı inşaat pasportu) və tikintisi nəzərdə tutulan minimum 500 kv.m ərazidə 600 kv.m-dən az olmamaq şərti ilə (hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) iki mərtəbə + mansarda, kürsülülük mərtəbəsi, yeraltı qaraj, texniki otaqlardan və “obyekt”in həyətində olan hovuzdan ibarət satışa verilən istənilən 3-cü kotecdir. Muqaviləyə əsasən ödənilən məbləğ müqavilə bağlandığı vaxt investor tərəfindən şirkətin kassasına odənilmiş hesab edilən məbləğ 15000 ABŞ dolları və tətbiq edilmiş cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128 160 ABŞ dolları başa düşülür. Muqaviləyə əsasən cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixə yəni gecikdirilmiş 8 aya görə şirkət tərəfindən hazırki müqavilə üzrə nəzərə alınan cərimə məbləği başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş kimi hesab edilir. Müqaviləyə əsasən sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ tərəflər arasında bağlanmış 01 may 2008-ci il tarili 3M-03-664 saylı müqavilə üzrə 31 avqust 2009-cu il tarixindən sonra cərimə sanksiyası şirkət tərəfindən hazırki muqavilədə nəzərə alınan məbləğ başa duşulur və qeyd edilən məbləğ şirkətin kassasına ödənilmiş hesab ediləcəkdir. Müqaviləyə əsasən kapital qoyulan hissə ödənilən məbləğ və sonrakı cərimə sanksiyası üzrə nəzərə alınan məbləğə uyğun hər kvadrat metri 1000 ABŞ dolları olmaqla obyektdən investora düşəcək sahə başa duşulur. Muqaviləyə əsasən dəqiqləşdirilmiş məbləğ şirkətin 3-cü koteci satışa təhvil verildikdə həmin kotecin ümumi sahəsi müəyyən edilib qalan məbləğ və sonrakı cərimə sanksiyası üzrə məbləğ arasındakı fərq başa düşülür. Muqaviləyə əsasən sonrakı cərimə sanksiyaların tətbiq edildiyi müddət 1 sentyabr 2009-cu il tarixdə başlayır və tərəflər arasında bağlanmış 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günü bitir. Muqaviləyə əsasən 1 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə tikilinin tamamlama günu şirkət tərəfindən investora bildiriş gondərildiyi gün başa düşülür. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə uyğun olaraq investor obyektin tikintisinə kapital qoyur, şirkət isə obykektin kapital qoyulan hissəsinə müvafiq sahəni investora təhvil verir, obyektin artıq hissəsi şirkətə məxsusdur. Müqavilənin 1.2-ci bəndinə əsasən investor şirkətə məxsus obyektin artıq hissəsini satışa cıxarır və satışından əldə olunan sahənin hər kvadrat metri 1000 ABŞ dolları hesabı ilə olan məbləği şirkət, qalan məbləği isə investor əldə edir. Müqavilənin 1.5-ci bəndinə əsasən şirkət obyektin tikintisini eskiz layahəsinə uyğun olaraq müqavilə quvvəyə mindiyi gundən 6 ay muddətində başa çatdırmalı və investora təhvil verməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə öz üzərinə götürdükləri vəzifələrin vaxtlı-vaxtında və lazıminca icra olunmasını bir birindən tələb edə bilərlər. Müqavilənin 2.8-ci bəndinə əsasən obyektin təhvili zamanı tikinti quraşdırma işləri görülüb qutarmalıdır: Otaqlar suvanmalı və arakəsmələr qoyulmalı; Su, elektrik və qaz xətlərinin mərkəzi (stoyak) xətləri qoyulmalı; PVS sistemli 2-li paketli pəncərələr qoyulmalı; Obyektin fasadı üzluk materiallar ilə üzlənilmiş tam olmalı (layihəyə uyğun); Obyektin damı örtuklə örtülməli; Obyektin torpaq sahəsi tam abadlaşdırılmış olmalı; Obyektin həyətində eni 2 (iki) metr, uzunluğu 4 (dörd) metr, dərinliyi 1,6 (bir metr altmış santimetr) metr olan hovuz quraşdırılmalı; Obyektin həyəti ümumi plana uyğun olaraq muvafiq əhatəyə alınmalı; Obyekt daxili təmir üçün hazır olmalı; Telefon xətlərinin çəkilməsi üçün PXV-dən borular qoyulmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən kotecin ilkin umumi qiyməti 600 000 (altı yuz min ABŞ dolları hər kvadrat metri 1000 (bir min) ABŞ dolları hesabı) ABŞ dolları az olmamaq şərti ilə (şirkətin istənilən 3-cu koteci satışa təhvil verildikdə həmin kotecin faktiki sahəsi muəyyən edilib məbləğ dəqiqləşdiriləcək) muəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən investor tərəfindən obyektin tikintisinə qoyduğu məbləğ: Ödənilən məbləğ - 278.160 (iki yuz yetmiş səkkiz min bir yuz altmış) ABŞ dollarıdır (150.000 (bir yuz əlli min) ABŞ dolları investorun kassasına odənilmiş hesab edilən məbləğ və cərimə sanksiyası üzrə nəzərə alınan məbləğ 128.160 (bir yuz iyirmi səkkiz min bir yuz altmış) ABŞ dolları təşkil edir. İlkin qalan məbləğ 321.840 (üç yüz iyirmi bir min səkkiz yüz qırx) ABŞ dolları təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən obyektin tikintisi üçün nəzərdə tutulan ilkin umumi məbləğ 600000 (altı yuz min) ABŞ dolları Azərbaycan Respublikası Milli Bankının 29 may 2009-cu il tarixinə olan manat məzənnəsi ilə aparılır. Həmin məzənnə 29 may 2009-cu il tarixinə 0,8036 manat təşkil edir. Müqavilənin 3.4-cü bəndinə əsasən ilkin ümumi məbləğ 482.160 (dörd yüz səksən iki min bir yüz altmış) AZN təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən ilkin qalan məbləğ 258.630,60 (iki yuz əlli səkkiz min altı yüz otuz manat altmış qəpik) AZN təşkil edir. Müqavilənin 3.6-cı bəndinə əsasən investor tərəfindən ödənilən məbləğ hazırki müqavilə imzalandığı vaxtdan şirkətin kassasına ödənilmiş hesab edilir. Müqavilənin 3.7-ci bəndinə əsasən şirkətin istənilən 3-cü koteci satışa verildikdə tərəflər həmin kotecin ümumi sahəsini müəyyən edib müqavilə üzrə ümumi və şirkətə ödəniləcək dəqiqləşdirilmiş məbləğ müəyyən edəcək. Müqavilənin 5.1-ci bəndində də qeyd edildiyi kimi tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 5.5-ci bəndinə əsasən şirkət Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən edilən təqsirli hərəkətləri nəticəsində investora vurulmuş ziyana görə məsuliyyət daşıyır. Müqavilənin 7.3- cü bəndinə əsasən hazırki müqavilə üzrə, habelə 01 may 2008-ci il tarixli 3M-03-664 saylı müqavilə üzrə obyektlərin tamamlanması haqqında şirkət investora bildiriş göndərir. Müqavilənin 7.6-cı bəndinə əsasən investor obyektin tikintisi başa catanadək bütün məbləğini ödəməklə həmin tikiliyə bütün hüquqları əldə edir. "Məhsul Kəndli-Fermer Təsərrufatı” MMC-nin 23 iyul 2014-cü il tarixli 37 saylı maliyyə arayışından görünür ki, 4 və 6 nömrəli koteclərin dəyərləri İddiaçı tərəfindən şirkətə tam ödənilib və heç bir maliyyə borcu yoxdur.

21. Cavabdeh tərəf ziddiyyətli mövqe sərgiləyərək müqavilə öhdəlikləri üzrə iddiaçı tərəfindən öz vəzifələrinin yerinə yetirmədiyini və pul vəsaitlərinin ödənilməsinin sübuta yetirilmədiyini, digər tərəfdən isə iddia müddətinin ötürülməsinin tətbiqini qeyd etmişdir. Qeyd edilməlidir ki, bu mövqelər biri digərini istisna edir. Belə ki, iddia müddətinin tətbiqi barədə dəlillərin irəli sürülməsi iddia tələbinin tanınmasını müəyyən edən hal kimi qiymətləndirilə bilər. Lakin cavabdeh hər iki dəlilini, sanki məhkəmənin hansısa birini qəbul etməsi kimi irəli sürmüş və bu da cavabdehin özünün öz dəlillərindən şübhələndiyini müəyyən edir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə xəyali düşüncələrə və ya ziddiyyətli hallara qiymət vermək məcburiyyətində deyil. Məhkəmə yalnız iş üzrə əhəmiyyət kəsb edən, aidiyyəti olan dayanıqlı (mötəbər və təkzibedilməz) sübutedici dəlillərə qiymət verməlidir.

22. Baxmayaraq ki, cavabdeh tərəf maliyyə arayışındakı imzanı mübahisələndirmiş, lakin ekspert rəyi ilə qeyd edilən sənəddəki imzanın şirkətin qanuni təmsilçisi olmuş X4 aid olduğu müəyyən edilmişdir. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir, lakin iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı iş materialları əsasında keçirilmişdir və alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir (təkzibedici sübut təqdim edilməmişdir).

23. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin digər - əmlakın dövlət reyesterində qeydiyyatdan keçməsinə dair məlumatın mövcud olmaması, mülkiyyət hüququnun yaranmaması ilə bağlı dəlilinə dair qeyd edir ki, yuxarıda qeyd edilən müqavilənin 7.6-cı bəndində qeyd edilmişdir ki, investor obyektin tikintisi başa catanadək bütün məbləğini ödəməklə həmin tikiliyə bütün hüquqları əldə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

24. İddia müddətinin tətbiqinə gəldikdə isə birinci instansiya məhkəməsi əmlak hüquqlarının mövcudluğuna istinadən müddətin şamil edilməmə əsaslarına müvafiq düzgün mövqe nümayiş etdirmişdir. Bununla belə qeyd edilməlidir ki, hətta iddia müddətinin tətbiqi mümkün olduğu təqdirdə belə cavabdeh tərəf öz mövqeyini hüququn pozulmasının bilməli olduğu ana aid hissədə belə, düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh tərəf öz öhdəliyinin yerinə yetirilməsi zamanı barədə sübutlar məhkəməyə təqdim etməmiş və işin araşdırılması zamanı əmlakların nə vax tam hazır olması və hazırda da tam hazır olması halı sübut edilməmişdir.

25. Beləliklə, bütövlükdə müqavilə öhdəliklərindən irəli gələn münasibətlər üzrə müvafiq vəzifələrin şirkət tərəfindən təmin edilməməsi sonuncunun mülki məsuliyyətini müəyyən edir və ikitərəfli müqavilələr üzrə iddiaçının mülki məsuliyyətini müəyyən edən hallar mövcud deyildir, şirkət bunlara dair mötəbər sübutlar təqdim etməmişdir. Bununıla belə, diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsinin qət etdiyi – “hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi”; “baş yola çıxışı olan”; “Koteclər üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın”; “Koteclərin İddiaçı sahibliyinə və istifadəsinə verməsi öhdəliyi cavabdeh "Məhsul kəndli-fermer təsərrüfati” MMC-yə həvalə edilsin”; “ koteclərə İddiaçı mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə İddiaçı yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışı” kimi müddəalar qeyd edilən müvafiq müqavilələrdə öz əksini tapmayıb və ya tələbdə (qətnamədə) qeyd edilən vəzifələr üzrə fikirlər təkrarlanıb. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamədə qeyd edilən ayrı-ayrı müddəalar (ibarə və cümlələr) çıxarılmalı və bəziləri dəyişməlidir. Belə ki, tələbdə (qətnamədə) qeyd edilən “hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi” hissə sübut edilmir və müqavilədə təqdim edilməli torpaq sahəsinin ölçüləri vəzifə kimi 500 m2 göstərilmişdir.. Ona görə bu hissədə qətnamə dəyişdirilərək “hər bir kotec üzrə torpaq sahəsi 0,05 ha olmaqla, cəmi 0,10 ha torpaq sahəsi” kimi müəyyən edilməlidir. Bundan əlavə, “baş yola çıxışı olan”; “Koteclər üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Koteclərin İddiaçı sahibliyinə və istifadəsinə verməsi öhdəliyi cavabdeh "Məhsul kəndli-fermer təsərrüfati” MMC-yə həvalə edilsin”; “Koteclərə İddiaçı mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə İddiaçı yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışı” hissələr (ibarə və cümlələr) müqavidə öhdəlik kimi qeyd edilməyən əsaslarla, habelə müqavilədə ümumi müəyyən edilmiş vəzifələrin icrasından irəli gələn təkrar fikirlər kimi izhar edilmişdir. Belə ki, müqavilələrdə “baş yola çıxışı olan” müddəa olmamış, digər təsbit edilənlər isə koteclərin özgəninkiləşdirilməsindən irəli gələn sənədləşmənin təqdim etmək öhdəliklərdən irəli gələn vəzifələri əhatə edərək təkrarlanmışdır.

26. İddiaçı tərəfindən maliyyə arayışında qeyd edilən “4” və “6” № li koteclərin ona verilməsi tələb edilmədiyindən kollegiya hesab edir ki, mülki prosessual hüququn tələbləri baxımından iddia tələbindən kənar halların müzakirəsi yolverilməzdir. Tələb həddində maliyə arayışlarına qiymət verilməsi isə yalnız iki kotecə münasibətdə mümkün ola bilər ki, burada da iki kotecə dair iddiaçının borcu olmadığı müəyyən edilir.

27. Qeyd edilməlidir ki, tələb edilən koteclərin başqa şəxsə verilməsini, habelə heç bir kotecin dövət qeydiyyatından keçmədiyini bəyan edən cavabdeh tərəf (ona aidiyyəti olan hissədə) bunları sübut edə bilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi sübutların tələb edilməsi barədə vəsatətin təmin edilməsi iddia tələbi həddi və cavabdehin sübutetmə yükünə aidiyyəti, apellyasiya icraatı mərhələsində vəsatətin məqsədinin müəyyən edilməməsi baxımından əsaslı olmasa da, kollegiya hesab edor ki, bu hallar məhkəmə qərarının icrası zamanı problem olduğu halda icra məmuru tərəfindən həyata keçirilə bilən prosedurlara aiddir. Hazırki mərhələdə iddiaçı öz hüquqları müqabilində qarşı tərəfin müqavilə öhdəlikləri və mülki qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin icrasını tələb edir və məhkəmə baxışının bu hədlərdən kənar həyata keçirilməsi (diskression) səlahiyyətlərin aşması müstəvisində (aidiyyəti olmayan şəxslər barədə məlumatların əldə edilməsinə yönəlik dispozitiv imkandan sui-istifadə kimi) yolverilməzdir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, hazırki müqavilə öhdəliklərin (lazımınca) icra etməyən cavabdehdən pul , zərər və sair tələblər irəli sürmək hüququ vardır.

28. Qeyd edilməlidir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri ilə bağlı məhkəmə xərci tərəflərə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə onu ödəyən şəxsin özünə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabadəh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3232/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. 1 - “Hər bir kotec üzrə torpaq sahəsi 0,10 ha olmaqla cəmi 0,20 ha torpaq sahəsi” hissə dəyişdirilərək “hər bir kotec üzrə torpaq sahəsi 0,05 ha olmaqla cəmi 0,10 ha torpaq sahəsi” kimi müəyyən edilsin; 2 - “baş yola çıxışı olan”; “Koteclər üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Koteclərin İddiaçı sahibliyinə və istifadəsinə verməsi öhdəliyi cavabdeh "Məhsul kəndlifermer təsərrüfati” MMC-yə həvalə edilsin”; “Koteclərə İddiaçı mülkiyyət hüququnun tanınması, yəni həmin koteclərə aid borcunun olmaması barədə İddiaçı yeni maliyyə arayışlarının, o cümlədən həmin koteclərin ona məxsusluğu barədə layihədən təsdiq edilmiş çıxarışı” hissələrdə qətnaməmə (qismən) ləğv edilsin, həmin hissələrdə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 +138, cəmi 238 ( iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı və cavabdeh "Məhsul kəndli-fermer təsərrüfati” MMC – dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar