Məhkəmə qərarları › İş №2(103)-6952/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6952/2021

06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6952/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh4, onun və digər cavabdehlərin nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə “mənzillərin və qeyri yaşayış sahəsinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(007)-1334/2021 saylı qətnaməsindən cavabdehlərin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 cəlb edilməklə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzilinə və 36 kv.m. sahəsi olan zirzəmidə qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehlərin mənzillərindən çıxarılması, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyriyaşayış sahəsinin (zirzəmidə) verilməsi və cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(007)-1334/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzilinə və onun zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillər və qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən boşaldılmaqla, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 13 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 11 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 42 saylı evin 8 saylı mənzili, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 11 saylı mənzili və ona məxsus qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən sökülməsi, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər və qeyri-yaşayış sahəsinin (zirzəmidə) 02 (iki) il müddətinə verilməsi öhdəliyinin İddiaçı MMC-yə həvalə edilməsi, cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi-vəkili ərizə təqdim edərək, apelyatorların iddiaçı MMC ilə mübahisəni öz aralarında barışıq yolu ilə həll etdiklərini bildirərək, apelyasiya şikayətindən imtinanın qəbul edilməsini və apelyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 apelyasiya şikayətindən imtinanın qəbul edilməsini və apelyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apelyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin nümayəndəsivəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və cavabdehlərə münasibətdə apelyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdehlərin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilməli və cavabdehlərə münasibətdə apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 2(006)-836/2021 saylı qətnaməsindən verdikləri apelyasiya şikayətindən imtina qəbul edilsin və onlara münasibətdə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar