Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6954/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2243/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 30 dekabr 2019-cu il tarixli 19009-S125288/791723 nömrəli əsas kredit limit razılaşmasına 30 dekabr 2019-cu il tarixli 1 nömrəli razılaşma üzrə 14893.07 manat pulun tutulması və tutmanın ipoteka predemetinə yönəldilməsinə dair “İpoteka predmetinə tutma yönəldilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli 4264 nömrəli bildirişin və “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” 07 sentyabr 2024-cü il tarixli bildirişin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(009)-2243/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1, 24.2, 24.3, 26, 31.1-cı maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12, 20-ci bəndələrinə istinadən İddiaçı Cavabdeh ASC-yə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(009)-2243/2024 nömrəli qərardadının ləğv edilməsini və ya iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2243/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 10-1.3, 269,130.3, 408.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Belə ki, Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin kassasiya şikayətinin formasına dair 3 saylı Əlavəsinə uyğun olaraq; order əlavə edilməklə vəkil tərəfindən tərtib edilmiş şikayətlə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilməsi izah edilsə də, tərəf şikayəti müvafiq qaydada, yəni kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün MPM-yə 3 saylı əlavəsinə uyğun olaraq tərtib etməmişdir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(009)-2243/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2243/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və ya iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 32.1, 32.7, 408.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə tərəflərindən verilmiş şikayətə düzgün qiymət verməmişdir. Çünki, Məhkəmə verilmiş şikayəti aidiyyətlə bağlı verilmiş şikayət kimi qiymət vermişdir. Halbuki, verilmiş şikayət aidiyyətlə bağlı deyil, Məhkəmənin iddia ərizəsini düzgün qaytarılmaması ilə bağlı verilmişdir. Şikayətdə aidiyyət məsələsi ümumiyyətlə mübahisələndirilməmişdir. Bəlkə də verdikləri iddia ərizəsinin aidiyyəti həqiqətən də kommersiya məhkəməsinin aidiyyətinə aiddir. Lakin, Məhkəmə bunu tək sistemdən aldığı çıxarışla müəyyən edə bilməzdi və yalnız İddiaçı ilə Cavabdeh arasında olan mülki münasibətləri araşdırdıqdan sonra aidiyyət məsələsinə qiymət verə bilərdi. Bütün bunları nəzərə alaraq tərəflərindən şikayət verilmişdir ki, Məhkəmə iddia ərizəsini düzgün geri qaytarmamışdır. Geri qaytarmadan şikayətin verilməsi isə məhkəmə aidiyyətindən şikayətin verilməsini ehtiva etmir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6954/2024 saylı işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayət üzrə apellyasiya icraatını mümkün hesab etmiş və yazılı icraat qaydasında işə baxan zaman müəyyən etmişdir ki, şikayətə apellyasiya instansiya məhkəməsində deyil, kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olduğundan şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 №-li, xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndində (bu bənd Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada verilmişdir) məhkəmələrin nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün olduğundan Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi "işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Səbail Rayon Məhkəməsinin MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi üçün hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilibsə, apellyasiya instansiyası məhkəməsi "icraata qəbul barədə” qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 402.3-cü maddəsinə görə Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 364, 402-ci maddələri rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6954/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2243/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi üçün hazırkı mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6954/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6954/2024
16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver