Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6962/2025 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı ilk iddiası; İddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi, ayrıca girişçıxış qapısının açılması, evdən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, onun və digər iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2, Cavabdeh1, onların nümayəndəsi və vəkili Vəkil2; İlk iddia üzrə Cavabdeh5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-588/2025 saylı, 04 sentyabr 2025ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 birgə, Cavabdeh2 apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda göstərilib ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı ev (36,1 kv.metr) 1960-cı ildə X15 məxsus olub, xx.xx.1962-ci il tarixdə ev və həyətyanı sahənin sxemi tərtib edilib, ümumi sahə 339,4 kv.m kimi qeyd olunub.
2. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı ev xx.xx.1991-ci il tarixdə X5 adına qeydiyyatdan keçib.
3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 511 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə H.Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı fərdi yaşayış evinin yaşayış üçün darıqsal olduğunu nəzərə alaraq həmin evin təqdim edilən layihə əsasında İİ mərtəbəsinin inşa edilməsinə icazə verilib.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca giriş-çıxış qapısının açılması tələbinə dair ilkin iddia ərizəsi ilə, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evə istifadə qaydasınını müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi 34 (köhnə nömrəsi 22) nömrəli evin girişdən solda küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin l-ci mərtəbədə olan 20.20 kv.m və 15.20 kv.m və 2-ci mərtəbədə 18.9 kv.m və 10.5 kv.m. olan otaqların yardımçı sahələri ilə birlikdə onun, yəni İddiaçı1 istifadəsinə verilməsi və həmin evə ayrıca giriş-çıxış qapısının açılması, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 ( köhnə nömrəsi 22) nömrəli evin girişdən solda küçəyə ayrıca girişçıxışı olan sahəsinin l-ci mərtəbədə olan 16.10 kv.m və 12.10 kv.m və 2-ci mərtəbədə 26.55 kv.m və 15.75 kv.m. olan otaqların yardımçı sahələri ilə birlikdə onun (X3) istifadəsinə verilməsi və həmin evə ayrıca giriş-çıxış qapısının açılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İlk iddiada göstərilib ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə 22) saylı ev 1989-cu il tarixdə o və bacısı X6 tərəfindən X11 alınmasına görə ödənilən pulun verilməsi barədə ona X12 qohumu tərəfindən qəbz verilmişdir. Məqsəd 3 ailənin o, bacısı və qardaşının həmin evdə yaşaması olmuşdur. xx.xx.1991-ci il tarixdə mübahisəli evi qardaşı X5 adına rəsmiləşdirərək mülkiyyəti təsdiqləyən qeydiyyat şəhadətnaməsi alınmışdır. 1991-ci ilin sentyabr ayından o və qardaşı ailə həyatı qıraraq mübahisəli evdə yaşamağa başlamışlar. Həmçinin onlarla birlikdə bacısı İddiaçı2 anası ilə birlikdə yaşamışdır. Mübahisəli ev bir mərtəbəli köhnə tikili olmaqla hər biri 2 otaq bir mərtəbədən ibarət olmaqla üç ayrı-ayrı evlərdən ibarət olmuşdur. Evin A tikilisində o ailəsi ilə, B tikilisində bacısı anası ilə və özbaşına olan tikili hissəsində isə qardaşı ailəsi ilə birlikdə yaşamışlar. Ailə qurduqdan sonra onun mübahisəli evdə 3 uşağı, qardaşının isə 4 uşağı doğulmuşdur. Qardaşının bir uşağı Cavabdeh5 doğulduğu tarixdən bacısı İddiaçı2 himayəsinə vermişdir, bacısı da onu böyütmüş və hal-hazırda bacısı ilə mübahisəli mənzildə yaşayır. Onun və qardaşının uşaqları uşaq vaxtından Binəqədi rayonu üzrə uşaq poliklinkasında qeydiyyatda olublar. 1991-ci il tarixdən o və ailəsi mübahisəli evdə yaşamışlar. Bacısı həmin tarixdən halhazıradək həmin evdə yaşayır. xx.xx.2004-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin 511 saylı sərancamı ilə yaşayış evinin darısqallığını nəzərə alınmaqla evin 2-ci mərtəbənin inşa edilməsinə icazə verilmişdir. O və bacısı X3 şəxsi vəsaiti hesabına mübahisəli mənzildə tikinti işlərinə başlamış və evlərin ikinci mərtəbəsini tikmişlər. Həmin vaxtlar onlar dövlət orqanlarında işləyirdilər. O, Bakı şəhəri Nizami Rayonu Məhkəməsində, bacısı isə Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyirdi. Qardaşı və ailəsi isə heç yerdə işləmədiyindən onların maddi köməyi ilə yaşayırdı. Onlar həm tikinti işlərinin xərclərini çəkir, həm də qardaşının ailəsinə baxırdılar. Tikinti zamanı qardaşının yaşadığı ev uçdu və onlar məcbur olub onun evini özüldən tikmək məcburiyyətində qaldılar. Tikinti işləri davam etdiyindən qardaşının qalmağa başqa yeri olmadığından bacısı yaşadığı evi qardaşına müvəqqəti yaşamağa verdi, o və bacının qızlığa götürdüyü övladı ilə birlikdə yaşadılar. Arada yaşanan mübahisələr üstündən qardaşı və ailəsinin qonşularla mübahisəsi və bu mübahisələrin getdikcə ailə daxilinə sıçramasından belə qənaətə gəldilər ki, mübahisəli ev satılsın və pulu bərabər şəkildə bölünərək hərə özünə ev alsın. Aradan uzun müddət keçsə də, qardaşı və onun ailəsi hər dəfə onu və bacısını müxtəlif yollarla aldadaraq evin satılmasına əngəl olmuşdur. Hər dəfə evin satılmasını və yaxud payların ayrılmasını dilə gətirəndə onları inandırmağa çalışdırmışdır ki, ev satılacaq sizin pul da veriləcək. 2023-cü ilin avqust ayında qardaşının başında şiş əmələ gəldi, onun müalicəsi üçün çalışdılar və 2024-cü ilin mart ayının 22-də qardaşı dünyasını dəyişdi. Onların vəsaiti hesabına onun yas mərasimini təşkil etdilər. Rəhmətə getdiyindən 4 ay vaxt keçdikdən sonra mübahisəli evin bacısı qızının adına keçirilməsini istədilər. Buna onun ailəsi qəti şəkildə imtina etdi ki, ev ona çatasıdır. Onlar bundan sonra başa düşdülər ki, cavabdeh tərəf onları uzun zaman aldatmış və hazırda da onlara heç bir pay verməyəcəyini bildirmişdir. Qardaşı rəhmətə getdikdən sonra başa düşdülər ki, cavabdehlər onların payını vermək istəmirlər. İddia ərizəsinə əlavə olunmuş şəkillərdə görünür ki, mübahisəli evin tikintisinə xeyli miqdarda pul xərclənib. Yeni tikili üzrə sxemdə A tikilisi olan sahə 2 otaq alt və üst ona, B tikilisi bacısı və övladlığa götürdüyü qıza, evin arxa hissəsində isə qardaşı və ailəsi yaşayırlar. Evin indiyə qədər bütün torpaq və kommunal xərcləri bacısı tərəfindən aldığı pensiya təqaüdündən qardaşının adından ödəniilib. Evin tikintisinə dair materialların alınması və usta pullarının verilməsi onlar tərəfindən olmuşdur. Cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə 22) nömrəli evi satıb onlara düşən payı vermədiklərinə görə onlar məcburiyyət qarşısında qalaraq evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldular. Cavabdeh X9 məhkəməyə 04 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Çingiz İldırım küçəsi, 22 saylı evə dair (Yeni qaydalarla AZ 1113, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, giriş 34) qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il tarixli çıxarış təqdim etmişdir. Həmin çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı evin (Yeni qaydalarla AZ 1113, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi. Çingiz İldırım küçəsi, giriş 34) 4/5 hissəsi X7 və 1/5 hissəsi isə Cavabdeh5 payı müəyyən edilmişdir. Ona görə də Cavabdeh5 cavabdeh kimi işə cəlb olunması zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(001)-6038/2024 il tarixli qərardadının birinci sualı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evin 1-ci mərtəbədə olan 20.20 kv.m və 15.90 kv.m ilə X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evin 1-ci mərtəbədə olan 16.10 kv.m və 12.10 kv.m olan yardımçı sahələrinin ayrıca giriş çıxış qapılarının açılması ilə naturada bölgüsü mümkündür. Belə ki, faktiki vəziyyətdə qeyd olunan otaqlar bir-birindən təcrid şəkildə ayrılmışdır və hər bir sahənin ayrıca giriş çıxış qapısı mövcuddur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(001)-6038/2024-cü il tarixli qərardadının ikinci sualı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2025-ci il tarixli rəyindən görünür ki Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (köhnə nömrəsi 22) nömrəli evin İddiaçı1 və X3 yaşadığı ev ilə ayrıca giriş-çıxış qapısı olmaqla naturada bölgüsü mümkündür. Belə ki, faktiki vəziyyətdə qeyd olunan fərdi yaşayış evləri birbirindən təcrid şəkildə ayrılmaqla, hər birinin ayrıca giriş çıxış qapıları mövcuddur. Cavabdehlərlə aralarında mübahisəli hüquq münasibətləri 1989-cu ildə yarandığından işə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq edilməlidir.
6. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 və İddiaçı2 qarşı əşyalarla bilrikdə evən çıxarılma və hərəkətlərin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan X3 əşyaları ilə birgə ünvan 2 ünvandan çıxarılması, İddiaçı1 və X3 ünvan 2 ünvanda hərəkətlərin edilməsinin qadağan edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı1 və X2 tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. Qarşılıqlı iddia göstərilib ki, X1 Solmaz Kamil qızı ilə nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahdan dörd övladları dünyaya gəlmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi X5 adınadır, bu barədə qeydiyyat vəsiqəsi var, həmin ünvanda H.Ağayevin ərizəsi əsasında Binəqədi RİH-in 511 saylı, xx.xx.2004- cü il tarixli sərəncamına əsasən evin 2-ci mərtəbənin inşa edilməsinə icazə verilmişdir. H.Ağayev öz vəsaiti hesabına İİ mərtəbəni və əlavə tikinti işlərini aparmışdır. Onun ölümü ilə əlaqədar Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və vərəsəlik dairəsi müəyyən edilmişdir. Münahisəli ünvanda yerləşən fərdi yaşayış evi hazırda Heybətəlinin həyat yoldaşı və övladlarınındır, iş üzrə İddiaçı2 qarşılıqlı razılıq əsasında uzun müddətdir ki, yaşayırlar. Heybətəli öldükdən sonra iş üzrə iddiaçılar belə formada iddia qaldırmışlar ki, iddia tamamilə əsassızdır, ev iş üzrə iddiaçılara qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlərə məxsus deyildir, ev Heybətəli Ağayevin mülkiyyətindədir, onun vəsaiti hesabına alınmışdır. İddiaçı1 uzun illərdir ki, mübahisəli evdə yaşamır və qeydiyyatda deyil, qeydiyyatı başqa ünvandadır. Mübahisəli evdə hazırda Ağayeva Firuzəxanım yaşayır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-588/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) ilk iddia və qarşılıqı iddia tələblərinin təmin edilməməsi və hər iki iddia üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisə təşkil edən A və B tikililərin həqiqətən iddiaçılara məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçılar tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Hazırki mübahisədə iddiaçıların naturada ayrılmasını tələb etdikləri əmlakda hər hansı pay və ya mülkiyyət hüquqları mövcud deyil. Bu səbəbdən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi 34 (köhnə nömrəsi 22) nömrəli ev üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları olmadığından, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və ayrıca giriş-çıxış qapısının açılması” tələbinə dair ilkin iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı idda tələbi üzrə qeyd olunub ki, mübahisəli fərdi yaşayış evi 1991-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X23 tərəfindən alınmış, mülkiyyətçinin vəfatından sonra 4/5 hissəfə Cavabdeh2 mülkiyyət hüququ tanınmaqla 1/5 hissədə pay Cavabdeh5 münasibətdə açıq qalmışdır. Hazırda qarşılıqlı iddiaçılar Firuzə Ağayevanın B tikilisindən çıxarılması tələbi irəli sürməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, bir mərtəbədən ibarət olmaqla alındığı, xx.xx.2004-cü il tarixli sərəncamla fərdi yaşayış evi yaşayış üçün darısqal olduğundan 2-ci mərtəbəsinin tikilməsinə Heybətəli Ağayevə icazə verilmişdir. Sonuncunun vəfatından sonra fərdi yaşayış evinin ümumi sahəsi 88.10 kv.m olmaqla vərəsənin mülkiyyət hüququ tanınmışdır. Buna baxmayaraq qarşılıqlı iddiaçılar tərəfindən Firuzə Ağayevanın yaşadığı və çıxarılma tələbi irəli sürülmüş B tikilisinin Cavabdeh2 mülkiyyət hüququ tanınması ilə bağlı hər hansı mötəbər sənədləri məhkəməyə təqdim edilməmiş, digər qarşılıqlı iddiaçıların isə ümumiyyətlə bu cür tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
10. Qətnamədən ilk iddiaçılar İddiaçı1, İddiaçı2 birgə (iddiaçıların nümayəndəsi və vəkili Vəkil1) və cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətləri vermişdir.
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq qətnamənin ləğv edilib ilk iddianın təmin edilməsini xahiş edib göstəriblər ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (əvvəlki adı Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (əvvəlki nömrəsi 22) saylı ev 1989-cu il tarixdə o və bacısı X6 tərəfindən X11 alınmışdır. Həmin evin pulunu o, vermişdir. Həmin evin alınmasına görə ödənilən pulun verilməsi barədə ona X12 qohumu tərəfindən qəbz verilmişdir. Məqsədləri 3 ailənin: o, bacısı və qardaşının həmin evdə yaşaması olmuşdur. xx.xx.1991-ci il tarixdə mübahisəli evi qardaşı X5 adına rəsmiləşdirərək mülkiyyəti təsdiqləyən qeydiyyat şəhadətnaməsi alınmışdır. 1991-ci ilin sentyabr ayından o və qardaşı ailə həyatı quraraq mübahisəli evdə yaşamağa başlamışlar. Həmçinin onlarla birlikdə bacısı Ağayeva Firuzəxanım anası ilə birlikdə yaşamışdır. Mübahisəli ev bir mərtəbəli köhnə tikili olmaqla, hər biri 2 otaq, bir mərtəbədən ibarət olmaqla üç ayrı-ayrı evlərdən ibarət olmuşdur. Evin A tikilisində o, ailəsi ilə, B tikilisində bacısı anası ilə və özbaşına olan tikili hissəsində isə qardaşı ailəsi ilə birlikdə yaşamışlar. Ailə qurduqdan sonra onun mübahisəli evdə 3 uşağı, qardaşının isə 4 uşağı doğulmuşdur. Qardaşının bir uşağını- Cavabdeh5 doğulduğu tarixdən bacısı X3 himayəsinə vermişdir, bacısı da onu böyütmüş və hal-hazırda bacısı ilə mübahisəli mənzildə yaşayır. Onun və qardaşının uşaqları uşaq vaxtından Binəqədi rayonu üzrə uşaq poliklinkasında qeydiyyatda olublar və həmin ərazidə yerləşən məktəbə getmişlər, 1991-ci il tarixdən o və ailəsi mübahisəli evdə yaşamışlar. Bacısı həmin tarixdən hal-hazıradək həmin evdə yaşayır. xx.xx.2004-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin 511 saylı sərancamı ilə yaşayış evinin darısqallığını nəzərə alınmaqla evin 2-ci mərtəbənin inşa edilməsinə icazə verilmişdir. O və bacısı X3 şəxsi vəsaiti hesabına mübahisəli mənzildə tikinti işlərinə başlamışlar və evlərin ikinci mərtəbəsini tikmişlər... ...Qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd edilib ki, şahid X17 ifadəsində göstərmişdir ki, Heybətəli evi bacısı ilə 1989-cu ildə almışdır. Halbuki, xx.xx.2025-ci il tarixdə məhkəmənin video-audio yazısı ilə tanış olarkən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş X18 ifadəsində qeyd etmişdir ki, 1973-cü ildən Heybətəlini tanıyır və onunla bir yerdə oxumuş və yaxın dost olmuşdur. Evi 30000 manata Əbülfəz almışdır. Evi Heybətəlinin yeznəsi Ənvər tapmışdır. Ev alınarkən o, öz maşını ilə Əbülfəzi, anasını və bacısını aparmışdır. Pulu Əbülfəz öz evindən götürüb gətirmişdir. Evlənəndən Əbülfəz həmin evdə yaşayıb. Heybətəli ona dedi ki, evi bacısı və qardaşı Əbülfəz alıb. Qətnamənin 7-ci səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, şahid X19 ifadəsində göstərmişdir ki, o evi Heybətəli özü tikdirmişdir. Halbuki, xx.xx.2025-ci il tarixdə Məhkəmənin audio-video yazısı ilə tanış olarkən müəyyən edildi ki , xx.xx.2025-ci il tarixdə şahid qismində dindirilmiş X19 ifadəsində qeyd etmişdir ki, 1990-cı ildən orada yaşayır, tərəfləri tanıyır. Onlarla yaxın olmuşdur. Qardaşların toyu bir gündə olmuşdur. 1990-cı ildən bu tərəflər çox mehriban olmuşlar. Onun evinin arxasında Əbülfəz ev tikirdi. Əbülfəz ev tikdiyi zaman gəlib ondan icazə aldı ki, onların həyəti tərəfə iki pəncərə açmaq istəyir, o, da razılıq verdi. Ondan əvvəl Əbülfəzgil orada yaşayırdılar. Qardaşların toyları 1991-1992-ci illərdə olmuşdur. Qardaşı, Əbülfəz və bacısı orada yaşayırdı. Heybətəlinin tikilisi ayrı idi. Əbülfəz, bacısı və uşaqları həmin evdə ayrı yaşayırlar. Afət də orada yaşayırdı. Son 3-4 ildir ki, orada yaşamır. O, tərəfləri qonşu kimi tanımışdır. Bundan başqa, məhkəmə ilk iddianı rədd edərkən Azərbaycan Respublikası MM-nin 157-ci maddəsinə istinad etmişdir. Halbuki, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı (Yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, giriş 34) evə dair çıxarış təqdim etsə də, həmin çıxarışda evin ümumi sahəsi 88.10 kv metr olması qeyd edilmişdir. Həmin çıxarışdan da göründüyü kimi, onların (yəni İddiaçı1 və X3) istifadəsində olan yaşayış sahələri cavabdehin yaşayış sahəsindən ayrıdır. Onun (İddiaçı1) yaşadığı sahə yardımçı sahələrlə birlikdə 64.8 kv.m təşkil edir. Onun (X3) yaşadığı sahə yardımçı sahələrlə birlikdə 70.5 kv.m təşkil edir. Cavabdehlərlə aralarında mübahisəli hüquq münasibətləri 1989-cu ildə yarandığından, işə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qanunvericiliyin tələbindən və işin hallarından göründüyü kimi, onlar da 1989-cu ildən yəni ev alındığı vaxtdan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (əvvəlki nömrəsi 22) saylı evdə yaşadıqlarına görə həmin evdən istifadə hüququ əldə etmişlər. Beləliklə, evin küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin 1-ci mərtəbədə olan 20.20 kv.m,15.20 kv.m, 2-ci mərtəbədə 18.9 kv.m və 10.5 kv.m. olan otaqların yardımçı sahələri uşaqları ilə birlikdə onun (yəni İddiaçı1) və evin küçəyə ayrıca giriş-çıxışı olan sahəsi sahəsinin 1-ci mərtəbədə olan 16.10 kv.m, 12.10 kv.m, 2-ci mərtəbədə 26.55 kv.m və 15.75 kv.m. olan otaqların yardımçı sahələri onun (yəni X3) istifadəsinə verilməsi cavabdehlərin mənzil hüququnu pozmur və onların mənafelərinə uyğundur. Məhkəmə isə işə baxarkən qanunvericiliyin tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul edərək iddialarını rədd etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin ikinci hissəsində göstərilir ki, yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll olunur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə(köhnə Varovski) qəsəbəsi, Çingiz İldırım küçəsi, 34 (əvvəlki nömrəsi 22) saylı ev 1989-cu ildən evin küçəyə ayrıca giriş-çıxışı olan sahəsinin 1-ci mərtəbədə olan 20.20 kv.m, 15.20 kv.m, 2-ci mərtəbədə 18.9 kv.m və 10.5 kv.m. olan otaqların yardımçı sahələri ailə üzvləri ilə birlikdə onun (yəni İddiaçı1) və evin küçəyə ayrıca giriş-çıxışı olan sahəsi sahəsinin 1-ci mərtəbədə olan 16.10 kv.m,12.10 kv.m,2-ci mərtəbədə 26.55 kv.m və 15.75 kv.m. olan otaqların yardımçı sahələri onun (onların) istifadələrində olmuşdur. Məhkəmə isə maddi hüquq normasının tələblərini düzgün tətbiq etməyərək iddianı əsassız olaraq rədd etmişdir.
12. Cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh2 isə apellyasiya şikayətində qətnamənin ləğv edilib qarşılıqlı iddianın təmin edilməsini xahiş edib göstərir ki, ilkin iddia ilə bağlı iddiaçıların tələblərinin rədd edilməsinə dair hissədə qətnamə qüvvədə qalmalı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və X4 qarşı “əşyalarla bilrikdə evən çıxarılma və hərəkətlərin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iddiaçılar öz məqsədlərinə çatmaq üçün bütün şər və böhtandan istifadə etməklə qanuni və qeyri-qanuni vasitələrdən istifadə etmişdir. Binəqədi rayon məhkəməsinə müraciət edən zaman iddiaçılar iddia ərizələrinin ünvan bölümündə özlərinə heç bir aidiyyəti olmayan cavabdehlərin ünvanlarını qeyd etmişdir. Sanki hakimdə elə bir təəssurat yaratmaq istəmişlər ki, cavabdehlərin şəxsi mülkünə onların da aidiyyəti var. Əslində iddiaçıların cavabdehlərin şəxsi mülkünə heç bir aidiyyəti yoxdur. İddiaçı1 rəhmətlik atası Ağayev Heybətəlinin cüzi də olsa maddi dəstəyi ilə ev alaraq onlara məxsus mülkdən çıxmışdır. Belə ki, atası ömrü boyu zərgər işlədiyindən onun həmişə maddi gəliri çox yaxşı olmuşdur və atası son illərədək İddiaçı1 və Ağayeva Firuzəxanıma maddi köməklik etmişdir. Məhkəmədə İddiaçı1 şər ataraq atasının heç bir yerdə işləməməsini qeyd etmişdir (bu barədə apellyasiya şikayətində də qeyd edib). O, atasının əmək kitabçasını məhkəməyə təqdim etdi və orada bu barədə qeydiyyat var. Atası ömrü boyu rəsmi və qeyri-rəsmi zərgərlik fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı1 və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər rəhmətlik Heybətəlinin heç bir yerdə işləməməsini qeyd etdikləri zaman və evin İddiaçı1 tərəfindən alınmasını desələr də, iddiaçılar tərəfindən məhkəməyə X20 ərizəsi təqdim edilmişdir və həmin ərizədə mübahisəli evin məhz Ağayeva Firuzəxanım tərəfindən alınması qeyd edilmiş daha sonra isə qeyd etmişdir: “Ağayev Heybətəli zərgər olsa da, heç yerdə işləməyib, hardasa gözətçi işləyib” İddiaçıların şahidləri də bir-birinə zidd ifadələr verir. İddiaçı1 və Ağayeva Firuzəxanım isə məhkəmədə sıravi dəftərxana işçiləri olmuşlar və təbii onlarda kifayət qədər pul yox idi və ola da bilməzdi ki, hər hansı bir evi alsın. xx.xx.1991-ci il tarixdə mübahisəli evi X5 adına rəsmiləşdirərək mülkiyyəti təsdiqləyən qeydiyyat şəhadətnaməsi alınmışdır. 34 il ərzində ömrü boyu məhkəmədə işləmiş iddiaçılar xüsusi mülkiyyəti ilə bağlı heç bir iddia qaldırmamışlar – atası rəhmətə gedəndən sonra bu fürsəti əldən qaçırmaq istəməyiblər - bəlkə onlara da bir pay düşər düşüncəsi ilə. İddiaçılar məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edərək hətta onlarla bir cəbhədə olan Ağayeva Briliantı da onların dəstəsinə qoşaraq xx.xx.2025ci il tarixli iddia ərizələri ilə iddia tələbinin həcmini artıraraq onu cavabdeh etmişlər. Ağayeva Firuzəxanım yaşlı qadındır, o, Ağayeva Briliantın payına düşən hissədə sonuncu ilə birlikdə yaşayır. Hər iki şəxs həyəti natəmiz saxlayırlar, çirkablar tökürlər və yayda isə üfunətdən həyətə düşmək olmur. Pəncərəni və qapıları bağlı saxlayırlar. Hesab edir ki, Ağayeva Firuzəxanım ordan çıxarılaraq qeydiyyat yeri üzrə yaşasa Ağayeva Briliant da cavan qız olaraq səliqə-səhman yaradar. Bütün bunlarla əlaqədar münaqişələri dəfələrlə polis tərəfindən araşdırılıb. Bu səbəbdən hesab edir, Ağayeva Firuzəxanım həyətdən çıxarılmalıdır, İddiaçı1 həmin həyətə giriş-çıxış qadağan edilməlidir. Belə ki, mübahisələr və münaqişələr bu iki faktorla əlaqəlidir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz.
13. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazda qətnamənin qismən ləğv edərək qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında İddiaçı1, onun və digər iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda özlərinin apellyasiya şikayətini müdafiə edib qətnamənin ləğv edib ilk iddianın təmin, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşılıqlı iddianın təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh5 ilk iddianı etiraf etdi, ilk iddiaçıların apellyasiya şikayətinin təmin olunmasını, qarşılıqlı iddianın və qarşılıqlı iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
17. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
19. xx.xx.1982-ci il 8 iyul tarixli (yəni xx.xx.2009-ci il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsi:
Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
20. Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:
20.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. 20.2. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 20.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. 20.4. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qərarda həmçinin göstərilib ki, Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. 20.5. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və hər iki iddianın təmin edilməsi üçün əsas ola bilməz.
23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
25. Hər iki apellyasiya şikayətinin məzmunundan görünür ki, ilk və qarşılıqlı iddialar təmin edilmədiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddiaçının apellyasiya şikayətində ilk iddianın təmin edilməyən hissəsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətində isə qarşılıqlı iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin hər iki apellyasiya şikayəti üzrə mübahisələndirdikləri hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
27. Hər iki iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadıqlarından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadıqlarından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk və qarşılıqlı iddiaların faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadıqlarından, üstəlik iddialar üzrə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından ilk və qarşılıqlı iddialar haqlı sayılmır.
29. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
30. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
31. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, hər iki iddianın və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
32. Əvvəla, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi).Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. 33.Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də qətnamənin birmənalı ləğv edilməsi üçün istənilən prosessual pozuntular əsas ola bilməz. Yalnız kobud prosessual pozuntular şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün şərtsiz əsas ola bilər ki, bunlar da MPM 387.2ci maddəsində göstərilib. Məhkəmə tərkibi də qəbul edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki şikayətdə göstərilən prosessual hüquq normalarının tələbləri pozula bilər. Ancaq bu pozuntular şərtli pozuntu hesab edildiyindən qətnamənin ləğvi üçün o zaman əsas olardı ki, bunun nəticəsində düzgün olmayan qətnamə qəbul edilsin. Lakin mübahisələndirilən qətnaməni mahiyyəti üzrə düzgün olmayan hesab etmək olmaz. Çünki qeyd olunan prosessual pozuntu məhkəmənin yekun nəticəsinə təsir göstərməyib və ya göstərə bilməyib. Başqa sözlə, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair 23 may 2025-ci il tarixli Qərardadında göstərildi ki... Qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğu nəzərə alınaraq məhkəmələr tərəfindən şəxsin marağının nədə ifadə olunduğu, qanunla qorunub-qorunmadığı hər bir işin hallarından asılı olaraq müəyyən edilməlidir. Qeyd olunan qərardadda formalaşdırılan hüquqi mövqeyə görə… Beləliklə, hər bir qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir. Lakin nəzərə alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, maraqlar o halda qanuni müdafiəyə malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını pozmasın. Göründüyü kimi qanunla qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Odur ki, normativ aktlarda hüquqi müdafiənin obyekti kimi qanunla qorunan maraq (mənafe) və hüquq anlayışlarından bir qayda olaraq birlikdə istifadə olunur. ...Beləliklə, maraqların qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi hüququnun obyektini təşkil edir. ...Müraciətə səbəb olan mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur.
35. Birinci instansiya məhkəməsi ilk iddiaçıların mübahisə təşkil edən A və B tikililərin həqiqətən iddiaçılara məxsus olmasını müəyyən etməyin mümkün olmadığını, digər tərəfdən belə halların mövcudluğu ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyini, hazırki mübahisədə iddiaçıların naturada ayrılmasını tələb etdikləri əmlakda hər hansı pay və ya mülkiyyət hüquqlarının mövcud olmadığını əsas gətirərək ilk iddianı rədd etməklə, nəticəsi düzgün olsa da qənaətini əsaslandırması işin hallarına uyğun olmamışdır. Əvvəla, iddiaçıların 35 ildən artıq bir müddətdə qeyd olunan ünvanda yaşamaları, həmin ünvanda 3 ayrı tikilinin olması, hər birinin öz tikilisinə qanuni əsaslarla sahiblik etməni təsdiq edir. Bunu qarşı tərəf də xüsusi olaraq mübahisələndirmir. Ən azından Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 22 saylı (Yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, giriş 34) evə dair çıxarışda evin ümumi sahəsi 88.10 kv. metr, torpaq sahəsinin isə dövlət mülkiyyətində olmaqla 0.0106 ha. olması, ev üzərində Cavabdeh2 payının 4/5 hissədə, 1/5 hissədə isə Cavabdeh5 mülkiyyət hüququnun olduğu qeyd olunub. Demək ki, çıxarışdan da göründüyü kimi, İddiaçı1 və X3 istifadəsində olan yaşayış sahələri cavabdehin yaşayış sahəsindən ayrıdır. İddiaçı1 sahibi olduğu sahənin yardımçı sahələrlə birlikdə 64.8 kv.m, X6 isə yaşadığı sahənin yardımçı sahələrlə birlikdə 70.5 kv.m təşkil etdiyini bəyan edir. Qarşı tərəf buna, yəni iddiaçıların istifadə və sahibliyində bu ölçüdə tikililərin olmasını təkzib etmir. Əksinə apellyasiya baxışı zamanı vəsatət də verərək hazırkı işin icraatının dayandırılmasını xahiş edib, çünki inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəmə müraciət edərək qeyd olunan ünvanda yerləşən 318 kv. metr torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tikililər üzərində Cavabdeh2 və digər paylı mülkiyyətçi Cavabdeh5 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Demək ki, inzibati icraat qaydasında verdiyi bu iddia ilə də Cavabdeh2 sözügedən ünvanda ona 4/5 hissədə paylı mülkiyyət hüququ ilə məxsus 88.10 kv. metr olan evdən və istifadə hüququ olan 0.0106 ha. torpaq sahəsindən əlavə ilk iddiaçıların istifadəsində və qanuni sahibliyində olan evlərin(qeydə alınmayan tikililərin) və artıq torpaq sahəsinin olmasını etiraf və qəbul edib. 36.Ancaq birinci instansiya məhkəməsi qanuni sahib olmanın təsdiq edilməsi üçün iddiaçıların təqdim edilməsi mümkün ola biləcək daha hansı sübutların məhkəməyə təqdim etməli olduğunu, lakin təqdim etmədiyini yaxud edə bilmədiyini qətnamədə açıqlamalı idi. Göründüyü kimi, iddiaçıların qeyd olunan tikililər üzərində subyektiv hüququ mövcuddur. Ən azından onlar Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərardadındakı hüquqi mövqeyə görə qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə hazırkı iddiaları əsassız olsa da, başqa iddialarla məhkəməyə müraciət etməkdə haqlı ola bilərlər. İddiaçıların mübahisə predmeti olan tikilinin üzərində hansısa hüququnun hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8). Birinci instansiya məhkəməsi isə iddiaçıların qeyd olunan tikililərdə 35 ildən artıq bir müddətdə fasiləsiz və mübahisəsiz yaşamasını, qanuni əsaslarla sahiblik etdiyini görsə də, bunu təsdiq etmir yaxud etmək istəmir, təqdim edilmiş sübutlar üzrə isə heç bir ətraflı hüquqi dəyərləndirmə aparmır.
37. Buna baxmayaraq, ilk iddiaçıların cavabdehlərə qarşı hazırkı iddiası 3 hissədən ibarət olub. Birinci hissədə evə istifadə qaydasının müəyyən edilməsini tələb etsə də, istifadə qaydası dedikdə nəyi nəzərdə tutduqları bəlli deyil. Bir də ki, bir tərəfdən bəyan edirlər ki, onlara və cavabdehə məxsus 3 tikilinin hər biri bir-birindən təcrid olub, ayrıca giriş-çıxış qapısı mövcudur. Bu cür vəziyyətə qarşı tərəfdən istifadə qaydalarının müəyyən edilməsinin tələb edilməsi əsassız olub.
38. İlkin iddia tələbinin ikinci və üçüncü hissələri isə istifadəsində olan tikililərin onların istifadəsinə verilməsini və ayrıca giriş-çıxış qapısının açılması ilə bağlı olub. Bununla əlaqədar, birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertiza da keçirilib. Ekspert rəyində iddiaçıların özlərinə aid tikililərin ayrıca giriş-çıxış qapısı açılmaqla naturada bölünməsinin mümkün olduğu, çünki faktiki vəziyyətdə qeyd olunan otaqların bir-birindən təcrid şəkildə ayrıldığı və hər bir sahənin ayrıca giriş qapısının mövcud olduğu, eyni zamanda cavabdehlərin yaşadığı evlə iddiaçıların yaşadığı evlərin də ayrıca giriş-çıxış qapısı olmaqla naturada bölgüsünün mümkün olduğu, çünki faktiki vəziyyətdə qeyd olunan fərdi yaşayış evləri də bir-birindən təcrid şəkildə ayrıldığı və hər birinin ayrıca giriş qapısının mövcud olduğu göstərilib. Ancaq qeyd olunduğu kimi iddiaçıların istifadəsində və sahibliyində olan tikililər hələlik daşınmaz əmlakın dövlət reyestrində onların adına hər hansı bir hüquqla qeydə alınmayıb, üstəlik tərəflər arasında tikililər üzərindəki hüquqla bağlı mübahisə mövcuddur, davam edir, eyni zamanda cavabdeh tərəf inzibati məhkəmə icraatı qaydasında da yeni iddia irəli sürüb. Demək ki, hazırkı vəziyyətdə ilk iddianın təmin edilməsi mümkünsüz vəziyyətdədir. Əlbətdə ki, hazırkı mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan və iddiaçıların qeyd olunan tikililər üzərində hüquqları dövlət qeydiyyatına alındıqdan sonra onların hazırkı tələblə yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ yarana biləcək.
39. Yuxarıda qeyd olunduğu kimi iş üzrə dindirilmiş şahidlərin ifadələrinin qətnamədə yanlış göstərilməsi də nəticəyə təsir göstərmədiyindən ilk iddianı və apellyasiya şikayətini əsaslı etmir. Əksinə qeyd olunan şahidlərin ifadələri qarşılıqlı iddianın rədd edilməsində mötəbər sübut kimi qəbul edilir.
40. Məhkəmə tərkibi qarşılıqlı iddianın rədd edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki qarşılıqlı iddiaçının ilk iddiaçıların istifadəsində və sahibliyində olan tikililər üzərində hər hansı bir hüquqları qeydə alınmadığından yaxud təsdiq olunmadığından onların bu cür iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları olmamışdır. Belə ki, ilk iddiaçılara məxsus tikililər yaşayış sahəsi kimi istifadə olunan qeydə alınmayan tikililərdir və onlar yerləşdiyi torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmasa da, faktiki olaraq mövcuddur və onlar tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisə predmeti olan tikililərin üzərində hansısa hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması da heç nəyi dəyişmir. Çünki mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur(MM.m.157.8). Bir halda ki, qeyd olunan faktlara görə ilk iddiaçıların tikililərə sahiblik və istifadə etmək ixtiyarı mövcuddur, demək ki, onlara qarşı irəli sürülən istənilən tələbə qarşı etiraz irəli sürməyə də haqqı vardır. Çünki mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (MM.m. 158.1.2.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər(MM.m.158.2.) Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir(MM.m. 158.4). Ona görə də qeyd olunan tikililərin ilk iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində hansısa hüquqla qeydə alınmaması həmin tikililərə qanuni sahiblik və ondan istifadə edən şəxslərə qarşı qarşılıqlı iddiaçıya bu cür iddia irəli sürməsi üçün hansısa üstünlük yaxud imtiyaz vermir. Bir daha qeyd olunur ki, işin halları ilə də açıq-aşkar təsdiq olunur ki, qarşılıqlı iddiaçılar hüquqdan məhz ilk iddiaçılara zərər vurmaq məqsədi ilə sui-istifadə edir ki, bu da yolverilməzdir.
41. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk və qarşılıqlı iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
42. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-588/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-588/2025 saylı, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.