Məhkəmə qərarları › İş №2(103)-6963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6963/2021

22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6963/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Maraqlarına toxunan şəxs Maraqlı şəxs Mararif oğlunun nümayəndəsi və vəkili X10 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs Mararif oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı borc müqaviləsi əsasında verilmiş 142.500,0 manat pulun Maraqlı şəxs alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddanın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019 cu il tarixli, 2(076)-2716/2019 saylı qərardadı ilə Maraqlı şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)- 2716/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddianı təınin etmək üçün cavabdeh Maraqlı şəxs mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə həbs qoyulduğundan, mənzil icra orqanı tərəfindən hərraca çıxarılmış və mənzil tələbkar İddiaçı təklif edilərək, onun tərəfindən qəbul edilmiş, X18 14 nömrəli, 07 fevral 2020-ci il tarixli protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nə müraciət etsə də, mənzilin üzərinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin müstəntiqinin vəsatəti əsasındaBakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)- 725/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə həbs qoyulduğundan müraciəti təminetmək mümkün olmamışdır. İddiaçı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdə müəyyən olunmuşdur ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə səhvən ünvan 4 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İddiaçı həmin cinayət işi üzrə də zərərçəkmiş şəxs qismində cəlb edilmişdir.Göründüyü kimi qeyd olunan mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi həbs qoyulandan 1 aydan artıq vaxt keçəndən sonra müstəntiq həmin mənzilin üzərinə həbs qoyulmasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə artıq üzərində həbs olan mənzilin üzərinə yenidən həbs qoymuşdur. İddiaçı tərəfindən rəsmi qaydada 29 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunan məsələ ilə bağlı yazılı cavab alınmasa da, iddiaçıya şifahi qaydada mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hal-hazırda İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması cinayət işi üzrə həbs qoyulması səbəbindən mümkün deyildir. Bu halın mövcudluğu İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak həbsdən azad edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs Mararif oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etmişdir ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı borc müqaviləsi əsasında verilmiş 142.500,0 manat pulun Maraqlı şəxs alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda iddanın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019 cu il tarixli, 2(076)-2716/2019 saylı qərardadı ilə Maraqlı şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İddianı təınin etmək üçün cavabdeh Maraqlı şəxs mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə həbs qoyulduğundan, mənzil icra orqanı tərəfindən hərraca çıxarılmış və mənzil tələbkar İddiaçı təklif edilərək, onun tərəfindən qəbul edilmiş, X18 14 nömrəli, 07 fevral 2020-ci il tarixli protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nə müraciət etsə də, mənzilin üzərinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin müstəntiqinin vəsatəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə həbs qoyulduğundan müraciəti təmin etmək mümkün olmamışdır. İddiaçı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdə müəyyən olunmuşdur ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə səhvən ünvan 4 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İddiaçı həmin cinayət işi üzrə də zərərçəkmiş şəxs qismində cəlb edilmişdir.Göründüyü kimi qeyd olunan mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi həbs qoyulandan 1 aydan artıq vaxt keçəndən sonra müstəntiq həmin mənzilin üzərinə həbs qoyulmasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə artıq üzərində həbs olan mənzilin üzərinə yenidən həbs qoymuşdur. İddiaçı tərəfindən rəsmi qaydada 29 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunan məsələ ilə bağlı yazılı cavab alınmasa da, iddiaçıya şifahi qaydada mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Hal-hazırda İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması cinayət işi üzrə həbs qoyulması səbəbindən mümkün deyildir.Bu halın mövcudluğu İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır.Lakin 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, həmin iş üzrə Hökmdən apellyasiya şikayəti verilmişdir.Həmçinin, 1-ci instansiya məhkəməsi istinad etmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.Lakin 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulmamışdır, bu həbs Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə məhz təqsirləndirilən şəxsə-yəni Maraqlı şəxs aidiyyəti olan əmlak üzərinə qoyulmuşdur, həmin cinayət işi üzrə isə bir neçə zərərçəkmiş şəxs vardır.Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir.İddianı təınin etmək üçün cavabdeh Maraqlı şəxs mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə həbs qoyulduğundan, mənzil icra orqanı tərəfindən hərraca çıxarılmış və mənzil tələbkar İddiaçı təklif edilərək, onun tərəfindən qəbul edilmiş, X18 14 nömrəli, 07 fevral 2020-ci il tarixli protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nə müraciət etmişdir.Bütün qeyd edilənlər araşdırılmadan, eləcə də Maraqlı şəxs məhkəmə icraatına cəlb olunmadan 1-ci instansiya məhkəməsi onun maraqlarına toxunan qeyd edilən qətnaməni qəbul etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs Mararif oğlunun nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Həmçinin, sənədlər təqdim edərək bildirmişdir ki, Gəncə Apellyasiya məhkəməsinin 2(104)-2946/2021 saylı, 07 iyul 2021-ci il tarixli Qərardadı ilə cavabdehin şikayəti təmin olunmuş, Şəmkir rayon məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(076)- 2716/2019 saylı saylı və 03 iyun 2021-ci il tarixli, 2(076)-2716/2019 saylı saylı qərardadı ləğv edilmiş, cavabdehin qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsi təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 saylı, 11.09.2019-cu il tarixli Qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyət üzrə baxılması üçün mülki iş Şəmkir rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, maraqlarına toxunan şəxs Maraqlı şəxs Mararif oğlunun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)- 3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak 01.06.2018-ci il tarixdən Maraqlı şəxs xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(076)- 2716/2019 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə eyni vaxtda İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Maraqlı şəxs ilə aralarında olan 29 mart 2018-ci il tarixli 3M-200 saylı kredit müqaviləsinə əsasən cavabdehə borc pul vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh ona olan borcunu 29 may 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ona olan borcunun təminatı olaraq özünə məxsus olan, ünvan 6 ünvanında yeriəşən mənzilin sənədlərinin əslini ona vermişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və hazırki vaxtadək ona olan borcunu ödəməmişdir.Cavabdehin öz mülkiyyətində olan evi satması və ya hər hansı şəkildə özgəninkiləşdirməsi gələcəkdə iddiası təmin olunacağı təqdirdə qətnamənin icrasını ləngidə bilər. Bu səbəbdən də cavabdehə məxsus olan, ünvan 6 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmaqla, üzərində sərəncam verilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxanlmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunan qərardadla ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, 01.06.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında cavabdeh Maraqlı şəxs mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinə qadağa qoyulmuş, qərardad dərhal icra edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı Qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Qarayev Nicat Maarif oğlundan 142500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı icra vərəqəsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(076)-2716/2019 saylı qətnaməsi 14 oktyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... İstintaq zamanı müəyyən edilmişdir ki, 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “X20” şirkətinin Azf- 099 layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləmiş Maraqlı şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrı-ayrışəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə xalası oğlu X1 olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırmışşəxslərə işin yekununda 7 və ya 10% gəlir ödəniləcəyini yalandan bildirərək belə niyyəti olmadan 2018- ci ilin aprel ayından 2019-cu ilin iyul ayınadək olan dövr ərzində hissə-hissə olmaqla tanışları İddiaçı 303.500 manat, X4 113.000 manat, X13 110.000 manat, X11 40.000 manat, X5 21.000 manat, X3 122.317 manat, X6 363.700 manat, X17 125.520 manat, X7 478.283 manat, X8 200.000 manat, X9 1.929.500 manat olmaqla, ümumilikdə 3.806.820 manat məbləğində pul vəsaitlərini alıb dələduzluq yolu ilə ələ keçirmişdir. 01 avqust 2019-cu il tarixdə Maraqlı şəxs Azərbaycan Respublikası CMnin 178.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 02 avqust 2019-cu il tarixdə Maraqlı şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Maraqlı şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, həmin iş üzrə Hökmdən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.08.2019-cu il tarixli **********27 nömrəli məktubunda qeyd edilmişdir ki, Maraqlı şəxs adına ünvan 7 ünvanında yerləşən mənzil və ünvan 8 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Bundan başqa, istintaq zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs istifadəsində “X33 minik” markalı ** VK *** dövlət qeydiyyat nömrəli avtomobil olmuş və Maraqlı şəxs həmin avtomobili atası X12 adına rəsmiləşdirmişdir.Odur ki, vurulmuş maddi ziyanın ödətdirilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs məxsus, yuxarıda sadalanan daşınmaz əmlakların və avtomobilin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlaklar üzərinə həbs qoyulması məqsədəmüvafiqdir”. İş materiallarında olan Hərrac Təşkilatının 14 nömrəli, 07 fevral 2020-ci il tarixli X18 Protokolun surətindən görünür ki, hərrac Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019cu il tarixli, 2(076)-2716/2019 saylı icra sənədi və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71- 153021/2019-9 saylı sifariş məktubuna əsasən keçirilmiş, hərracda Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzil 160500 manata satılmış, hərracın qalibi İddiaçı olmuşdur. İş materiallarında olan qəbzlərdən və X18 protokoldan görünür ki, İddiaçı tərəfindən hərrac keçirilən zaman 8025 manat və 9986,98 manat ödənilmişdir. İş materiallarında olan Xətai rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Vüqar Qasımov tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanlanan 10 fevral 2020-ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 saylı, 11.09.2019-cu il tarixli icra sənədinə əsasən Maraqlı şəxs 142500 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İcra tədbirləri zamanı borclu Maraqlı şəxs adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716 saylı 18.07.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş və Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən əmlakın yerləşdiyi yer üzrə icra edilməsi üçün göndərilmişdir. Qeyd edilən mənzil "xxxx" MMC tərəfindən 160500 manat məbləğində qiymətləndirilmiş və satışını təşkil etmək üçün “X14” MMC-yə sifariş göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar borclu Maraqlı şəxs adına olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M 5, 3 nömrəli mənzili "X14" MMC tərəfindən 07.02.2020-ci il tarixli protokolla hərrac vasitəsilə satılmış və hərracın qalib alıcısı tələbkar İddiaçı olmuşdur. Odur ki, həmin mənzilin hərracın qalib alıcısı İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunur”. İş materiallarında olan ərizə və poçt qəbzlərindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinə və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 29 iyun 2020-ci il tarixdə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilin üzərinə səhvən qoyulmuş həbsin götürülməsini xahiş etmiş, hazırkı iddia tələbi isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 15 iyul 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir; əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İş materiallarından görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, həmin iş üzrə Hökmdən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir, lakin iş üzrə yekun Qərar qəbul edilməmişdir. Həmçinin, 1-ci instansiya məhkəməsi istinad etmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər.Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulmamışdır, bu həbs Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-725/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı ilə məhz təqsirləndirilən şəxsə-yəni Maraqlı şəxs aidiyyəti olan əmlak üzərinə qoyulmuşdur, həmin cinayət işi üzrə isə bir neçə zərərçəkmiş şəxs vardır. Həmçinin, iş materiallarından görünür ki, Gəncə Apellyasiya məhkəməsinin 2(104)- 2946/2021 saylı, 07 iyul 2021-ci il tarixli Qərardadı ilə cavabdeh Maraqlı şəxs şikayəti təmin olunmuş, Şəmkir rayon məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(076)-2716/2019 saylı saylı və 03 iyun 2021-ci il tarixli, 2(076)-2716/2019 saylı saylı qərardadı ləğv edilmiş, cavabdehin qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsi təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 saylı, 11.09.2019-cu il tarixli Qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyət üzrə baxılması üçün mülki iş Şəmkir rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi işə baxarkən dəlillərə müfəssəl hüquqi qiymət verməmiş, baxış zamanı mübahisə ilə əlaqədar qəbul olunmuş məhkəmə aktının mövcudluğunu bilərək onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü belə Azərbaycan Respublikasının MPM-nin 254-cü maddəsinin tələblərinə uyğun işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş və faktiki olaraq qeyri-müəyyənlik yaratmışdır. Qeyd edilməlidir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur..Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də iş materiallarından görünür ki, Maraqlı şəxs məhkəmə icraatına cəlb olunmadan 1-ci instansiya məhkəməsi onun maraqlarına toxunan qeyd edilən e-2(001)- 3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Maraqlarına toxunan şəxs Maraqlı şəxs Mararif oğlunun apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar