Məhkəmə qərarları › İş №2(103)-6967/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6967/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6967/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1154/2020 saylı işi üzrə 29.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərə görə müştərək qaydada 1000 manat və mənəvi zərərə görə 25000 manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı sübut qismində aşağıdakı sənədləri təqdim etmişdir: Profilaktiki və izahedici söhbətlərin aparılması barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 25.07.2019-cu il tarixli məktubu; "Şəkərli diabet tip İİ. Diabetik nefropatiya” olması barədə Səhiyyə Nazirliyi Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş arayış, Bakı Baş Səhiyyə İdarəsi Binəqədi rayonu 15 saylı şəhər poliklinikası tərəfindən verilmiş arayış və ambulator kitabçadan çıxarış; müddətsiz üçüncü dərəcəli gözdən əlillik barəsində Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi 4 saylı Zona Tibbi- Sosial Ekspert Komissiyanın arayışı; İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı "mirasdan məcburi pay” tələbinə dair iddianın rədd edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1664/2016 saylı, 02.12.2016- cı il tarixli qətnaməsi; iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə (üçüncü şəxs İddiaçı) qarşı X9 İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsi tərəfindən İddiaçı adına verilmiş 18.08.1997-cil tarixli 04 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mərhum atası X1 miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin əvvəlki vəziyyətə qaytarılması tərəbinə dair iddiasının mümkün sayılmaması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-799/2017 saylı, 29.06.2017- ci il tarixli qərardadı; İddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və X11) qarşı şəhadətnamələrin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-1(83)-2460/2017 saylı, 16.11.2017-ci il tarixli qərarı; İddia tələblərinin mümkün saylmaması barədə Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-162/2018 saylı,07.02.2018- ci il tarixli qərardadı; Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1005/2018 saylı, 16.05.2018-ci il tarixli qərarına əsasən, Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-162/2018 saylı, 07.02.2018-ci il tarixli qərardadı; iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, İddiaçı, X8 və X3 qarşı "vəsiyyətnamənin, bağışlama müqaviləsinin, çıxarışların etibarrsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras qalmış əmlakın əvvəlki vəziyyətə qaytarılması və qanun üzrə vərəsələr arasında bərabər payların müəyyən edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, X4 tərəfindən 15.01.1995- ci il tarixdə Gədəbəy rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş 18.08.1997-ci il tarixli 104 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən (ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 111.1 kv.m olan fərdi yaşayış evinə münasibətdə) etibarsız hesab edilməsi, 17.09.2015-ci il tarixli, reyestrdə 4Ə-180 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən (ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 111.1 kv.m olan fərdi yaşayış evinə münasibətdə) etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 111.1 kv.m olan fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRx-nin 11 saylı Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş 21.09.2015- ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın qismən (ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 111.1 kv.m olan fərdi yaşayış evinə münasibətdə) etibarsız hesab edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-01/2018 saylı, 17.09.2018- ci il tarixli qətnaməsi; Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 01/2018 saylı, 17.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılması, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, İddiaçı, X8 və X3 qarşı "vəsiyyətnamənin, bağışlama müqaviləsinin, çıxarışların etibarrsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras qalmış əmlakın əvvəlki vəziyyətə qaytarılması və qanun üzrə vərəsələr arasında bərabər payların müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 2(104)-724/2019 saylı, 29.03.2019-cu il tarixli qətnaməsi; Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.03.2019- cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Ali Məhkəməsinin MK-nın 2(102)- 5900/2019 saylı, 23.09.2019-cu il tarixli qərarı. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.07.2020-ci il tarixli, 4837 nömrəli ekspert rəyi ilə, İddiaçı uzun müddət qardaşları Cavabdeh2 və Cavabdeh1 arasında gedən sözsöhbətlər, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqədar olaraq sinir - psixi gərginlik halını keçirmişdir. Bu hal İddiaçı psixi durumuna neqativ təsir göstərmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla qardaşları Cavabdeh2 və Cavabdeh1 hərəkətləri ilə şərtlənmişdir. Ekspertiza xərci 70 manat müəyyən edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1154/2020 saylı işi üzrə 29.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh1 1000 manat və Cavabdeh2 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1; Mülki Məcəlləsinin 21.1, 21.2-, 23.1-cü maddələrinə istinadən qeyd edilmişdir ki, həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbini məhkəmədə sübuta yetirdiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin halları və digər sübutlarla sübuta yetirildiyindən, iddia tələbi mənəvi ziyanın ödənilməsinə dair hissədə əsaslıdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Binəqədi rayon Məhkəməsinin 29 sentyabr 2020-cı il tarixli və iş N 2(001)- 154/2020 nömrəli qətnaməsini ləğv etməklə, iddia tələbini tam şəkildə təmin ilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 12, 25 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1, 217.3, 217.4. 385.1, 385.2, 388; Mülki Məcəlləsinin 23, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı tərəfindən təqdim edilmiş çox saylı sübutlara rəğmən, məhkəmə tam şəkildə araşdırma aparmamış və gəldiyi nəticə isə tam ədalətli olmamışdır. Bundan başqa məhkəmə ekspertiza mərkəzinin 16.07.2020-ci il tarixli 4837 saylı ekspert rəyinə əsasən, hər iki cavabdeh ilə aralarında olan sözsöhbətlər,mübahisələr və məhkəmə çəkişmələri olaraq sinir psixi gərginlik halını keçrimişdir. Və belə olan halda mənim psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla, cavabdehlərin hərəkətləri ilə şərtlənmişdir. Göründüyü kimi ədalətli ekspert tərəfindən onun yaşlı, sağlamlıq durumunun açınaçaqlı olmasını və bu daha da ağır fəsadlara meydan açmasına şərait yarada bihçəyinə baxmayaraq ədalət mühakiməsi bu məsələyə tam diqqətin yetirmir . Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri verərək, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(001)1154/2020 saylı qətnaməsini ləğv edərək, mti İki işi tam və hər tərəfli araşdırmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin372.1, 372.6, 372.7, 387, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə qətnaməsi əsaslandırılmadan, qərəzli və iddiaçının mövqeyinə uyğun qətnamə olmuşdur. Nəticədə əsassız qətnamə çıxaran məhkəmə mənim hüquqlarımı kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə, öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ei və 1097-ci maddələrinə uyğun olaraq əsaslandırmış, güya iddiaçıya delikt nəticəsində zərər dəydiyini bildirmişdir.Bu mövqeyin özü kökündən səhvdir. hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Lakin məhkəmə qətnaməsinə nəzər salsaq görərik ki, iddiaçı öz iddiasını Gədəbəy rayonu Qumluq kəndində yerləşən daşınmaz əmlaka görə məhkəmə çəkişmələri ilə əsaslandırmış, məhkəmə proseslərinin ona mənəvi zərər vurduğuna istinad etmişdir. Məhkəmə isə bu qeyd edilənlərə istinad edərək iş üzrə ekespertiza təyin etmiş, iş materiallarına sübut kimi əlavə edilən Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1664/2016 saylı, Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 2-1(83)- 799/2017 saylı, Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 2-1(83)-2460/2017 saylı, Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-162/2018 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2-1(102)-1005/2018 saylı, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-01/2018 saylı, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 2(104)- 724/2019 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5900/2019 saylı işlərinin iddiaçının səhhətinə zərər vurub-vurmadığını aydınlaşdırmağa çalışmışdır. Bunu edərkən məhkəmə onu nəzərə almamışdır ki, cavabdehlər məhkəməyə müraciət etməklə öz konstitusiyon hüquqlarını həyata keçirmişlər. Məhkəmə isə hazırki, qətnaməsi ilə onların bu konstitusiyon hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, mənzili 2 dəfə özəlləşdirdiyini, mənzili ona atasının vəsiyyətnaməsinə əsasən verildiyini, xəstə olduğunu və bu səbəblə məhkəmə iclasları zamanı səhhətinin ağırlaşdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini ahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152-166, 1096, 1097; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50, 76, 97, 101, 103-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayətləri ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nətcəyə hasil olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında məhkəmə çəkişmələri ilə əsaslandırmış, məhkəmə proseslərinin iddiaçıya mənəvi zərər vurduğuna istinad edilmiş, hətda bu zaman ekspert rəyi də bunun hansı əsaslarla müəyyən etdiyi araşdərəılmamışdır. Əlbətdə, inzibati-hüquq münasibətlərinə daxil olan hər bir şəxsin həyatında müxtəlif çətinliklər yarana bilər, lakin bu qanunla müəyyən edilmiş hüquqların müdafiəsi hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilməməlidir, əks halda bu hüquqlardan sui-istifadəyə şərait yaradan hallara zəmin yaratmış olar. Bundan əlavə qeyd edilməlidir ki, hər hansı mülki icraat çərçivəsiində məhkəmə xərclərinin təmin edilməsi mümkündür. İddiaçı cavabdehlərlə davam edən məhkəmə şəkişmələri zamanı bu xərclərin tutulmasını tələb etməkdə haqlı olmuşdur və onun qaldırdığı məsələ qismən – maddi zərər hissədə qeyd edilən prosedur həddində həll edilə bilərdi. Mənəvi sarsıntıya gəldikdə isə qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu-da digər proseslər üzrə məhkəmə xərclərin tutulması üzrə instituta və ya iddianın əsasını təşkil edən məhz bu səbəblərdən qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.07.2020-ci il tarixli ekspert rəyi ilə, İddiaçı uzun müddət qardaşları Cavabdeh2 və Cavabdeh1 arasında gedən söz-söhbətlər, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqədar olaraq sinirpsixi gərginlik halının keçirməsi, bu halın İddiaçı psixi durumuna neqativ təsir göstərməsi və bu yaranmış neqativ dəyişikliklərin əhəmiyyətli dərəcədə olmaqla qardaşları Cavabdeh2 və Cavabdeh1 hərəkətləri ilə şərtləndiyi qeyd edilsədə bunun əsasları ehtimallarla əhatə edilmiş və məhz cavabdehlərin iddiaçıya mənəvi zərər yetirməsi üçün sübutedici əsas kimi, habelə şübhələrdən kənar olmayan sübutun tətbiqi (cavabdehlərin mülki məsuliyyətlərinin müəyyən edə bilən hər bir hala dair əsaslandırılması) üçün çıxış edə bilməz. Qeyd edilməlidir ki, İddiaçı psixi durumuna neqativ təsir və neqativ dəyişikliklərin əhəmiyyətli dərəcədə olması qardaşları Cavabdeh2 və Cavabdeh1 hərəkətləri ilə olması belə sonuncuların mülki məsuliyyətə cəlb edilməsi üçün əsas deyil. Belə ki, mülki məsuliyytinin müəyyən edilməsi üçün onların hərəkətləri qnuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya zərər dəyməsi sübuta yetirilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə aktının sübutedici əsasları müəyyən edilmədiyindən cavabdehlərin apellyasiya şikayətləri təmin, iddia rədd edilməli və müvafiq olaraq iddiaçının apellyasiya şikayəti isə rədd edilmıəlidir. Tələb olmadığından iddia və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümu - məhkəmə xərci önları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və İddiaçı şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1154/2020 saylı işi üzrə 29.09.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza xərci olan 70 (yetmiş) manat məbləğdə pul vəsaiti İddiaçı oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar