Məhkəmə qərarları › İş №2(103)-6968/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6968/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6968/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 26 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh1 (bundan sonra: Cavabdeh1 MMC) nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzilə müdaxilənin qadağan edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzil sahəsinə müdaxilənin cavabdeh “N-Turan" MMC-yə qadağan olunması, 30.000 (otuz min) manat maddi, 100.000 (yüz min) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə 790.000 manat maddi, 100.000 manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə mənzilə görə 720.000 manat, mənzildə olan əşyalara görə 70.000 manat, mənzilinin kirayə haqqına görə 27.000 manat maddi, 100.000 manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)- 83/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda Cavabdeh1 MMC-nin nümayəndəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)-83/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətinin bərpa edilməsi barədə ərizə verərək göstərmişdir ki, həmin qətnamədən icra mərhələsində xəbər tutmuş, bundan sonra məhkəməyə ərizə verərək xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə qətnaməni rəsmi qaydada götürmüşlər. Həmin vaxt cavabdehin iş üzrə nümayəndəsi olsa da, o, heç bir prosesdə iştirak etməmiş müvafiq sənədlərini məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə həmin nümayəndənin adını elektron məhkəmə portalına əlavə etməklə məhkəmə sənədlərini ona göndərmişdir. Nəticədə cavabdehin hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan qətnamə qəbul edilmişdir. Hazırda elektron məhkəmə portalında xx.xx.2022-ci il tarixdən biz həmin işi görə bilirik. Mülki işin materiallarına əsasən bütün məhkəmə sənədləri cavabdehə çatmamış, ona bu barədə məlumat verilməmiş və poçt qəbzləri əsasında geri qaytarılmışdır. Lakin məhkəmədən bildirilir ki, sözügedən qətnamə fevral 2022-ci il tarixdə elektron məhkəmə portalına yerləşdirilmişdir. Apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzürlü hesab edib müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 26 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(005)-83/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətinin bərpa edilməsi barədə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməyərək, müddətin bərpasından imtina edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəf şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 MMC-nin nümayəndəsi hazırkı qətnamə üzrə 1 ildən artıq davam edən məhkəmə işindən tam məlumatsız olduqlarını, bu iş üzrə onlara göndərilən məhkəmə sənədlərinin, o cümlədən qətnamənin onlara çatdırılmadığını və məhkəməyə geri qaytarıldığını, bu qətnamənin mövcudluğundan yalnız icra mərhələsində xəbərdar olduqlarını bildirmiş, bununla da müddətin onlar tərəfindən üzrlü səbəblərdən ötürüldüyünü göstərmişlər. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə sənədləri işə baxan məhkəmə tərəfindən Cavabdeh1 MMC -nin X4 Reyestrində qeydiyyatdan keçmiş rəsmi ünvanına göndərilmişdir. Lakin həmin sənədlər “ünvan düz deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Hazırda Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətindən və qərardaddan verilmiş şikayətdən görünür ki, Cavabdeh1 MMC-nin ünvanı ünvan 2riallarindan müəyyən edilir ki, işə baxan məhkəmə tərəfindən məhkəmə iclasının vaxti və yeri barədə Cavabdeh1 MMC-nin nümayəndəsinə “050 590-00-00” mobil telefonuna SMS bildiriş göndərilməklə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra vərəqindən görünür ki, hazırkı işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 3 ünvanında İddiaçı mülkiyyətində olan mənzilə dair tikinti və söküntü işlərinin aparılması Cavabdeh1 MMC-yə qadağan edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən müəyyən edilir ki, qeyd edilən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən mübahisəli ünvanda söküntü işlərinin dayandırılmış, bu barədə Cavabdeh1 MMC-nin nümayəndəsi Soltan İsgəndərov adlı nümayəndəsinə xəbərdarlıq edilmişdir. Bundan başqa, iş materiallarında olan Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən mübahisəli ünvanda tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(005)-1648/2021-ci il tarixli qərarından görünür ki, həmin ünvanda söküntü işlərinin aparılmasının qadağan edilməsinə baxmayaraq, mənzilin bir hissəsi sökülərək dağıdılmış, bununla bağlı Cavabdeh1 MMC-nin direktoru X11 AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən göndərilən çıxarışdan məlum olur ki, mübahisələndirilən qətnamə Cavabdeh1 MMC-yə xx.xx.2021-ci ildə göndərilmiş, onların tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Buna baxmayaraq, cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni xx.xx.2022-ci il tarixdə təkrar almış, xx.xx.2022-ci il tarixdə isə həmin qətnamədən apellyasiya şikayəti və prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizə vermişdir. Kollegiya işin yuxarıda sadalanan hallarına əsasən bu nəticəyə gəlir ki, cavabdehin hazırkı mülki işə baxılmasından xəbərsiz olması barədə dəlili həqiqəti əks etdirmir. Belə ki, bu iş üzrə iddianı təmin tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərardadının icra edilməsində Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsinin iştirak etməsi, MMC-nin direktorunun həmin qərardadın icra edilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək cərimə olunması ondan xəbər verir ki, cavabdeh təşkilatın səlahiyyətli şəxsləri məhkəmə işindən məlumatlı olmuş, lakin həmin məhkəmə prosesində iştirak etməyə cəhd etməmişlər. Cavabdeh təşkilata ünvanlanmış bütün məhkəmə sənədləri onun hüquqi ünvanı üzrə göndərilsə də, onlara çatmamışdır. Lakin cavabdeh təşkilat məhkəmənin icrtaatında hazırkı işin olduğunu bildiyi halda, özünün faktiki ünvanı barədə məhkəməyə məlumat verməmişdir. Halbuki, MPM-nin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. İş üzrə qəbul edilmiş qətnamənin cavabdehə çatdırılmaması ilə bağlı kollegiya qeyd edir ki, iş materialarından göründüyü kimi məhkəmənin qətnaməsi həqiqətən də, cavabdehin hüquqi ünvanına göndərilmiş, lakin ünvan düzgün olmaması səbəbindən məhkəməyə geri qaytarılmışdır. Lakin qeyd edildiyi kimi, məhkəmənin qətnaməsi X1 Sistemindən verilmiş çıxarışdan göründüyü kimi həmin qətnamə elektron qaydada cavabdeh təşkilata xx.xx.2021-ci il tarixdə göndərilmiş və onlar tərəfindən xx.xx.2021-ci il tarixdə oxunmuşdur. Deməli, Cavabdeh1 MMC bu qətnamənin mövcudluğundan artıq xx.xx.2021-ci il tarixdə xəbərdar olmuş, buna baxmayaraq MMC-nin nümayəndəsi qətnamənin ona rəsmi qaydada verilməsi barədə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə, yəni qətnamənin qəbul edilməsi barədə məlumat aldıqdan 5 ay sonra müraciət etmişdir. Hazırda cavabdehin nümayəndəsi şikayət verilməsi üçün müddətin ötürülməsini qətnamədən məlumatsız olduqları və yalnız icra mərhələsində qətnamənin mövcudluğundan xəbər tutmaları ilə izah etsə də, həmin dəlillər yuxarıda sadalanan halları ilə təkzib olunur. Qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəbdən olmamışdır. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X8rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbuledilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X3rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X2rşı qərarına, №76943/12, §§84-89). 87. Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X7rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). 88. Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). 89. Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti mübahisələndirilən qərarın mövcud olmasından xəbərdar olduqdan təxminən beş ay sonra verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qərardadda gəldiyi nəticə düzgün olmuşdur, həmin qərardaddan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə əsssən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-83/2022 saylı 26 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar