Məhkəmə qərarları › İş №2(103)-6973/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6973/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6973/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 iştiraki ilə. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı 04.03.2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi"nə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 48.600 manat, faiz borcuna görə 26.100 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmənin 05.03.2020-ci il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə X5 cavabdeh İddiaçı qarşı “pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbina dair iddia ərizəsi təqdim edərək, cavabdehdən 72.000 manat miqdarında maddi ziyanın, 200.000 manat miqdarında mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı X6 və Cavabdeh2 qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi" tələbinə dair ilkin iddia qismən təmin edilərək, X4 30.000 (otuz min) manat pul məbləği tutularaq İddiaçı ödənilməsi, X5 İddiaçı qarşı "pul və dəymiş maddi-mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Cavabdeh1 06.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması üçün 06.11.2020-ci il tarixdə 2(001)-1068/2020 saylı mülki iş materialları apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2483/2021 saylı, 18.01.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Məhkəmə 04.03.2021-ci il tarixli iclasında iştirak edən cavabdehlərin nümayəndəsivəkili Vəkil1 məhkəməyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 04.03.2021-ci il tarixli qərardadı ilə, Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı 04.03.2021-ci il tarixli qərardadından İddiaçı və vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 04.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2- (001)-1068/2020 saylı, 31.08.2021-ci il tarixli Qətnaməsinin surətini cavabdeh tərəf qəbzə imza etməklə 01.10.2020-ci il tarixdə almışdır. Lakin cavabdeh X8 həmin qətnamədən verilmiş apellyasiya şikayətini 06.11.2020-ci il tarixdə (04.11,2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş) məhkəməyə daxil olmuşdur Azərb.Respub. MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda cavabdeh M.Cavadovun apellyasiya şikayəti geri qaytardmalı idi. İkincisi, apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə heç bir əsas olmadığı halda, həmin müddət bərpa edilmişdir. Cavabdeh tərəfindən müddətin bərpası haqqında verilmiş ərizədə qeyd olunan hallar (cavabdehin özünün xəstə olması, COVİD-19 koronovirusunun kütləvi yayılması, karantin vəziyyəti, hüquqi savadsızlığı, vəkilinin olmaması) müddətin üzrlü səbəbdən buraxılması üçün əsas ola bilməz. Belə ki, cavabdeh məhkəmə iclaslarında həm nümayəndəsi, həm də vəkili ilə birlikdə iştirak etmiş, qətnaməni aldıqdan sonra kifayət qədər vaxtı olmuşdur ki, apellyasiya şikayətini vaxtında (01.11.2020-dək) versin. Bundan başqa cavabdeh həmin müddətdə xəstə olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Üçüncüsü, qərardadda qeyd olunur ki, guya biz məhkəmə iclasında iştirak etməmişik və iştirak etməməyimizin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişik. Qərardadın bu hissəsi ilə də razı deyilik. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə bizə məlumat verilmişdi ki, məhkəmə iclası 04.03.2021-ci il tarixdə, saat 17:00-da olacaq. Həmin gün saat 16:50-də biz hər ikisi Binəqədi rayon Məhkəməsinin inzibati binasına daxıl olmuşuq və birinci mərtəbədə cavabdeh M.Cavabdovu vəkili ilə birlikdə liftdən düşərək çıxışa tərəf getdiklərini görmüşlər. Biz də liftlə yuxarı qalxdıq və təxminən saat 16:55-də 12 saylı zala daxil olduq. 12 saylı zal açıq olsa da, boş idi və bir neçə dəqiqədən sonra zala məhkəmə iclas katibi gəldi və məlumat verdi ki, artıq işə baxılmış, cavabdeh tərəfin müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. Biz buna etirazımızı bildirsək də, artıq gec idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili şikayətin təmin edilməsini xahiş etmişlər. İş üzrə digər tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndəsi) və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin (nümayəndəsinin) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərardadı ləğv edilməli və cavabdehin prosessual müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materialarından görünür ki, Vəkil1 X5 vəkili və nümayəndəsdir. İş materiallarından görünür ki, qətnamə X5 nümayəndəsinə (vəkilinə) 01 oktyabr 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə (iş. vər. 96) təqdim olunmuş, Musa Cavadov 04.11.2020-ci il tarixdə apellyasiya şikayəti üçün dövlət rüsumu ödəmiş, onun şikayəti isə 06.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bundan başqa X1 rayon məhkəməsinə ünvanladığı prossesual müddətin bərpa olunması barədə ərizəsində həmin qətnaməni alanda özü xəstə olduğunu, hüquqi cəhətdən savadının olmadığına, vəkilinin olmadığına görə Apelyasiya şikayətini yazıb məhkəməyə təqdim edə bilmədiyini və apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürdüyünü qeyd etsədə bunu sübüt edən halları məhkəməyə təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Vəkil1 X5 vəkili və nümayəndəsdir, iş materiallarından görünür ki, qətnamə X5 nümayəndəsi (vəkili) Vəkil1 01 oktyabr 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə (iş. vər. 96) təqdim olunmuş, Musa Cavadovun apellyasiya şikayəti isə 06.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.Bütün bunlara baxmayaraq X1 rayon məhkəməsinə ünvanladığı prossesual müddətin bərpa olunması barədə ərizəsində qətnaməni alanda özü xəstə olduğunu, hüquqi cəhətdən savadının olmadığını, vəkilinin olmadığına görə Apelyasiya şikayətini yazıb məhkəməyə təqdim edə bilmədiyini əsas göstərmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi isə qeyd edilən hallara qiymət verməyərək Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə 2(001)-1068/2020 saylı, 04.03.2021-ci il tarixli qərardad qəbul etmişdir. Bu baxımdan, qeyd edilənlərin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, və birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(001)- 1068/2021 saylı qərardadı ləğv edilsin. Bu qərardadın əsaslandırılma hissəsində göstərilənlər nəzərə alınaraq Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1068/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar