Məhkəmə qərarları › İş №2(103)-6978/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6978/2020

14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6978/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxx” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızı və İddiaçı3 cavabdehlər Azərbaycan Xammal və X7 Mərkəzi “xxxxx” MMC, “X3 Mərkəzi” MMC, Bakı şəhəri Cavabdeh3, Bakı şəhəri Cavabdeh5, Bakı şəhəri Cavabdeh4nə (“xxxxxxxxxx” QSC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 sifarişi əsasında Xammal və X8 Mərkəzi “xxxxx” MMC və “X3 Mərkəzi” MMCdə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23/25 ünvanında yerləşən 305,4 kvadrat metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsininin satılması ilə əlaqədar keçirilmiş hərracın nəticələri haqında yekun protokolun qanunsuz və nəticə etibarı ilə etibarsız hesab edilərək ləğv edilməsi, tələbkarla bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilərək, qeyri-yaşayış sahəsinin İddiaçı2 mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçılar, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, işə cavabdehlərin iştirakı olmadan, yalnız məhkəmə tərəfindən cəlb edilmiş “xxxxxxxxxx” QSC-nin nümayəndəsinin şifahi mülahizələr ilə kifayətlənərək baxılmış, habelə mülki iş üçün mühüm əhmiyyət kəsb edən cavabdehlərin 08.01,2020-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya şikayətinə baxılanadək işin təxirə salınmasına dair vəsatətlərini təmin etmədən, tələsik iddianın rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixdə qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən MPM-in, MM-in və “İpoteka haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən iddia rədd edildikdən sonra Ali Məhkəmənin müvafiq qərarı ilə kassasiya şikayətləri təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(002)-3411/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinin təmin edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8898/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23/25 ünvanında yerləşən 305,4 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə qoyulmuş qiymət hissəsində və cərimə borcunun hesablanması hissəsində ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Belə olan halda, rayon məhkəməsi, keçirilmiş hərracın nəticəsini ləğv elməli idi, lakin maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq iddianı heç bir əsas olmadan təmin etməmişdir. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, üçüncü şəxsin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3411/2017 saylı qətnaməsi ilə, 14R000009989 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə ümumilikdə 318.894.13 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə isə ümumilikdə 232.195,14 ABŞ dollarının, 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının “xxxxx” MMC, İddiaçı2 və Vagiq Səmədovdan müştərək qaydada alınaraq “xxxxxxxxxx” QSC-yə ödənilməsi, tələbin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 23/25 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 1.500.000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə olunan vəsaitdən “xxxxxxxxxx” QSC-yə olan borcun ödənilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra onun boşaldılması qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Cavabdeh3 xx.xx.2019-cu il tarixli məktubu ilə müvafiq qaydada hərracın keçirilməsini təşkil edib, icra sənədinin icrasının təmin edilməsi məqsədilə qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaitinin İcra şöbəsinin depozit hesabına köçürülməsi “X3 Mərkəzi” MMC-yə sifariş edilmişdir. “X3 Mərkəzi” MMC tərəfindən ilkin satış qiyməti 1.500.000 manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin olunmuşdur. Satılmalı olan həmin əşyaların ilkin satış qiyməti 1.275.000 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunanlar barədə İddiaçı1, İddiaçı2 və digər borclunun ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3399/2017 saylı qətnaməsi ilə, 14R000008425 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə ümumilikdə 382.831,56 ABŞ dolları borcun, 14R000008693 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə ümumilikdə 21.694,95 ABŞ dolları borcun və 014R********** saylı kredit razılaşması üzrə ümumilikdə 171.064.73 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının İddiaçı2, Vəfa Səmədova, Nizami Zeynalov, İslam Ocaqverdov, İddiaçı3, Teymur Nəcəfov, Nazim Nəzərov, İddiaçı1, “xxxxx” MMC və “xxxxxxxxxxx” MMC-dən müştərək qaydada alınaraq, “xxxxxxxxxx” QSC-yə ödənilməsi, tələbin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 23/25 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən 18c saylı fərdi yaşayış evinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.500.000 manat məbləğində, fərdi yaşayış evinin ilkin satış qiyməti isə 250.000 manat olmaqla açıq hərracdan satılması və həmin daşınmaz əşyaların satılmasından əldə olunan vəsaitdən “xxxxxxxxxx” QSC-yə olan borcun ödənilməsi, tutma yönəldildikdən və satıldıqdan bir ay sonra həmin daşınmaz əşyaların boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdeh3 xx.xx.2019-cu il tarixli məktubu ilə, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 23/25 ünvanında yerləşən qeyri-yaşayış evinin hərracının keçirilməsi Respublika Xammal və X7 Mərkəzi “xxxxx” MMC-yə şifariş edilmişdir. Respublika Xammal və X7 Mərkəzi “xxxxx” MMC tərəfindən ilkin satış qiyməti 1.500.000 manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi xx.xx.2019-cu il tarixə, saat 11:00-a təyin olun11:00-17:00-dək (növbəlilik əsasında) təyin olunmuş və bununla bağlı “Birja yenilikləri” qəzetində elan dərc olunmuşdur. Satılmalı olan həmin əşyaların ilkin satış qiyməti 1.275.000 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2019-cu il tarixə, saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin olunmuş və bununla bağlı “Birja yenilikləri” qəzetində elan dərc olunmuşdur. Qeyd olunanlar barədə İddiaçı1, İddiaçı2, İddiaçı3 və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu tarixli bildirişlər göndərilmişdir. Respublika Xammal və X7 Mərkəzi “xxxxx” MMC tərəfindən “xxxxxxxxxx” QSC-yə ünvanlanmış “ipoteka predmetinin əldə olunmasına dair” təklifdə qeyd olunmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 956.250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 23/25 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan “xxxxxxxxxx” QSC tərəfindən əldə olunmuşdur. Hazırda iddiaçı, hərraclar barədə məlumatının olmadığını, bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini və eyni əmlakla bağlı iki ayrı hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirərək, hərracın keçirilmə qaydasını mübahisələndirir. Kollegiya mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, ipoteka predmetinin hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. İddiaçılar, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsələr də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Əksinə, işdə olan poçt sənədlərinə əsasən müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3399/2017 saylı icra sənədi üzrə icraat zamanı hərrac təşkilatçısı Respublika Xammal və X7 Mərkəzi “xxxxx” MMC tərəfindən təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçıların iş materiallarında olan rəsmi ünvanlarına göndərilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Kollegiya, iddiaçıların eyni əmlakla bağlı iki ayrı hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin qanunsuz olması ilə bağlı dəlilinə münasibətdə isə bildirir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-3411/2017 saylı icra sənədinə əsasən başlamış icraat üzrə Cavabdeh3 sifarişi əsasında “X3 Mərkəzi” MMC-də təşkil edilmiş hərracın nəticələri barədə iş materiallarında hər hansı məlumat yoxdur. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göründüyü kimi, ipoteka predmetinin hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın yekunları üzrə bağlanmış əmlakın alqı-satqısı barədə müqavilə də etibarlı hesab olunur. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 İsrafil qızı və İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5119/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar