Məhkəmə qərarları › İş №2(103)-6978/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6978/2021

09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6978/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “icra qeydinin icra edilməməli hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddiaçı tərəfindən verilmiş “iddia təmin tədbiri barədə” ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya məxsus olan mənzil "xxxx" ASC-dən alınmış kreditin qaytarılmasının təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib. Kredit qaytarılmadığına görə notarius ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi (icra sənədi) verib. Ona görə də mənzil "xxxx" MMC tərəfindən hərracda satılmalıdır. Hazırkı işdə iddiaçı icra qeydi ilə bağlı mübahisə qaldırıb, eyni zamanda “iddianı təmin etmə tədbiri barədə” ərizə verərək tələb edib ki, mübahisəyə baxılıb qurtaranadək mənzilə dair hərracın keçirilməsi "xxxx" MMC-yə qadağan edilsin. Belə qadağanın tətbiq edilməsi mümkün deyil. 1-ci, əgər qadağa tətbiq edilsə, bu, faktiki olaraq icra sənədi üzrə icraatın dayandırılması ilə nəticələnəcək. İcra sənədi üzrə icraatın dayandırılması yalnız “İcra haqqında” Qanunda müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. 2-ci, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsindən görünür ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır, lakin “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydi və onun onun verilməsinə əsas olan tələb istisnadır. İddiaçının hazırkı tələbi həmin istisnaya aiddir, yəni icra sənədi üzrə icraat dayandırla bilməz. Bu isə onu təsdiq edir ki, icra sənədi üzrə icraatın dayandırılması ilə nəticələnə bilən iddianı təmin etmə tədbiri də görülə bilməz. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar