Məhkəmə qərarları › İş №2(103)-699/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-699/2021

12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-699/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nin 6 saylı X3rşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 5 nəfər ailə üzvü ilə birlikdə yaşamaqla hazırda səyyar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının üzvüdür, ixtisasca iqtisadçıdır. Özü də Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvü olmaqla, İİ qrup əlildir. Qeyd edir ki, Əli- Bayramlı şəhər XDS-nin xx xxxx 1994-cü il tarixli 02 saylı qərarına əsasən Əli-Bayramlı şəhəri L-nt İbrahimov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində “xxxx” kiçik müəssisəsinə 20,25 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq səhəsindən təyinatı üzrə istifadə edə bilməmiş, çünki həmin sahənin düz mərkəzinə “xxxx” ASC-nin 6 saylı X8 tərəfindən mətbuatyayımı köşkü qoyulmuşdur. Həmin köşk torpaq sahəsində qoyulduğuna görə o, uzun illər torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Dəfələrlə «xxxx» ASC-nin 6 saylı X6 və digər müxtəlif instansiyalara rəsmi müraciətlər edərək torpaq sahəsindən qəzet köşkünün götürülməsini tələb etsə də, bunun müsbət nəticəsi olmamış, buna görə də pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun cavabdeh “xxxx” ASC-nin 6 saylı X3rşı mətbuatyayımı köşkünün torpaq sahəsindən məcburi qaydada götürülməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh «xxxx» ASC-nin 6 saylı X8 tərəfindən qoyulmuş köşkün Şirvan şəhəri L-nt İbrahimov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində olan 20 kv.m torpaq sahəsindən götürülməsi, cavabdeh “xxxx” ASC-nin 6 saylı X4 30 manat dövlət rüsumunun alınıb ona verilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməmiş, qətnamə qüvvəsini alandan sonra icra olunması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin qətnamələrdə qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki hallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Həmçinin, məhkəmə hesab etmişdir ki, mübahisəsi gedən torpaq sahəsi üzərində onun əldə etdiyi hüquq mülkiyyət hüququnun özünə bərabər tutulmaqla həmin hüquqla eyni səviyyədə qorunmalıdır. Lakin bu günə kimi həmin mətbuatyayımı köşkü qeyd edilən ərazidə durmaqla onun mülkiyyətindən fasiləsiz istifadəsinə hal-hazırkı vaxtda da maneçilik yaradır. Qanuni sahibliyinə verilmiş əmlak şəhərin çox əlverişli yerində olmaqla, gediş-gəliş yolları üstündədir. 90-cı illərdən cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində iqtisadi fəaliyyət apara bilmir. Həmin ərazidə hər hansı ət dükanı, ya da balıq dükanı inşa edib qazanc əldə edə bilərdi ki, həmin qazancdan dövlətinə olan vergi borcunu ödəyər, ailəsinin güzəranını sala bilər, həmçinin möhtac olan şəxslərin əməyindən istifadə etməklə, onların da işçi kimi rifahının yaxşılaşmasına vəsilə ola bilərdi. Qeyd edir ki, şəhərin həmin ərazisinə aid icarə haqqı da çox yüksəkdir ki, o, həmin ərazidə tikili tikə bilər, onu icarəyə verməklə də qazanc götürə bilərdi, amma bundan məhrum olunmuşdur. Daşınmaz Əmlakın Rieltor Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Şirvan şəhəri, 20 Yanvar və L-t İbrahimov küçələrinin kəsişməsində yerləşən 21,6 kv.metr olan obyektin kirayə bazar qiyməti 1995-2000-ci illərdə 1 kv.metr üçün 4 manat, 2000-2005-ci illərdə 1 kv.metr üçün 5 manat, 2005-2010-cu illərdə 1 kv.metr üçün 5 manat, 2010-2015-ci illərdə 1 kv.metr üçün 5,50 manat, 2015-2019-cu illərdə 1 kv.metr üçün 6,50 manat təşkil etmişdir. 1995-ci ilin yanvar ayından götürülsə (1995-2000- ci illər üçün 60x4x21=5040 manat, beləliklə 2000-2005-ci illər üçün 6300 manat, 2005- 2010-cu illər üçün 6300 manat, 2010- 2015-ci illər üçün 6930 manat, 2015-2019-cu illər çün 6552 manat), ümumilikdə 31122 manat olmaqla, bu günkü günə qədər o, həmin qazancından məhrum olunmuşdur. Bu illər ərzində onun pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmə instansiyalarında iştirak etməklə xeyli narahatlıq hissləri, stress, əzab və əziyyətlər keçirdiyini nəzərə alsaq, baş vermiş bu emosional amillər nəticəsində ona mənəvi ziyan da dəymişdir. Bu məsələ də məhkəmə tərəfindən həll edilməlidir. Bu illər ərzində ailəsində olan maddi çətinliklər ucbatından qızının vaxtsız vəfatı, özünün keçirdiyi əsəb, stress, hiss və həyəcandan dolayı gözündən əlillik dərəcəsinə gəlib çıxmağı, bütün bunlar onu göstərir ki, mülkiyyətindən qanunsuz məhrum olunmağı ona mənəvi cəhətdən də baha başa gəlmişdir. Hesab edir ki, ona vurulmuş mənəvi ziyan 3000 manat müqabilindədir ki, bu məbləğ də cavabdehdən alınıb ona verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “xxxx” ASC-nin 6 saylı X1 xeyrinə maddi zərərin əvəzi olaraq 31122 manat, mülkiyyətindən qanunsuz məhrum olunmağının əvəzi olaraq 3000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Şirvan Şəhər Məhkəməsinin 2(032)-1567/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh “xxxx” ASC-nin 6 saylı X8 “xxxx” ASC ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 716/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qətnamə çıxarmışdır. Daha sonra iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavədə iddiaçı birinci instansiya məhkəməsində prosessual hüquq normalarının pozulmasını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsində və məhkəmə çıxışlarında bildirdiyi arqumentlərə heç bir hüquqi qiymət verməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi və mülki iş materiallarında mövcud olan sübutlara obyektiv hüquqi qiymət verməyərək iş üçün mühüm əhəmiyyəti olan halları araşdırmamış, yalnız cavabdehin mənafelərinə xidmət edən absurd və mülahizə xarakterli arqumentlərlə iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı iddiaçı torpaq sahəsinin 1995-ci ildən ona məxsus olduğunu, cavabdehin həmin torpaq sahəsinə dair heç vaxt hər hansı hüququ olmadığını, cavabdehin qanunsuz olaraq 25 il müddətində iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyini, bununla da həm iddiaçının mülkiyyət hüquqlarını pozduğunu, həm də onu əmlakından istifadə edərək gəlir əldə etmək imkanından məhrum etdiyini, nəticədə iddiaçıya iddia tələbində qeyd edilən həcmdə maddi və mənəvi zərər vurduğunu sübuta yetirdiyini qeyd etmişdir. İddiaçı məruz qaldığı maddi zərərlə bağlı mütəxəssis rəyini də məhkəməyə təqdim etmişdir. Bu səbəbdən hesab edir ki, o həm zərərə məruz qalmasını, həm də zərərin həcmi barədə sübutetmə öhdəliyini tam icra etdiyindən birinci instansiya məhkəməsi iddianın tam təmin olunması barədə qətnamə çıxarmalı idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavadehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq, cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Əli-Bayramlı şəhər XDS-nin xx xxxx 1994-cü il tarixli 02 saylı qərarından görünür ki, İddiaçı Əli-Bayramlı şəhəri L-nt İbrahimov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində “xxxx” kiçik müəssisəsinə 20,25 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-123/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bövükkişi oğlunun cavabdeh «xxxx» ASC-nin 6 saylı Regiona! Mətbuatyayım İdarəsinə qarşı mətbuatyayımı köşkünün torpaq sahəsindən götürülməsi barədə iddia ərizəsi təmin edilməmiş, cavabdeh «xxxx» ASC-nin 6 saylı X9 tərəfindən qoyulmuş mətubatyayım köşkü Şirvan şəhəri L-nt İbrahimov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində olan 20 kv.m torpaq sahəsindən götürülməsi, cavabdeh «xxxx» ASC-nin 6 saylı X5 30 manat dövlət rüsumu alınıb İddiaçı Böyiikkişi oğluna verilsin və iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-397/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki,apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-123/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2019cu il tarixli qərarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-123/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi icra edilməklə, borcluya aid mətbuatyayım köşkü mübahisəli ərazidən götürüldüyündən, həmin icra işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-604/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 2-1(106)- 510/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Rieltor Mərkəzinin xx.xx.2019-cu il tarixli rəydən görünür ki, 20 Yanvar və L.İbrahirnov küçələrinin kəsişməsində yerləşən 21,6 kv.molan obyektin kirayə bazar qiyməti ilə məlumatlandırılmasına cavab olaraq 1995 - ci ildən 2000-ci ilə qədər sözü gedən 1 m2 üçün 4 manat, 2000-2005-ci ilə qədər 1 m2 üçün 5 manat, 2005- 1010-cu ilə qədər 1 m2 üçün 5 manat, 2010-2015 -ci ilə qədər 5,50, 2015- 2019 -cu ilin hər ayı üçün 6,50 civarında qiymətləri dəyişir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı öz mülkiyyəti hesab etdiyi və cavabdeh tərəfin uzun müddət istifadəsində olmuş torpaq sahəsi 1994-cü ildə ona deyil, «xxxx» Kiçik Müəssisəsinə ayrılmışdır. Lakin hazırda iddiaçı həmin torpaq sahəsindən qanunsuz istifadəyə görə cavabdehdən maddi və mənəvi ziyanın əvəzinin tələb edilməsi ilə bağlı iddia tələbini torpaq sahəsinin ayrıldığı müəssisənin adından deyil, öz adından qaldırmış, iddianın dəlilləri kimi müəssisənin çəkmiş olduğu və ya çəkə biləcəyi zərərə deyil, özünün şəxsiyyəti ilə bağlı olan əsaslara (hüquqlarının pozulması nəticəsində maddi və mənəvi zərərə məruz qalmasına, səhhətində problemlərin yaranmasına, ailə üzvünün vəfat etməsinə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb və stress keçirməsinə və s.) istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əvvəllər mövcud olmuş digər məhkəmə çəkişmələri ilə bağlı qəbul edilmiş qərarlarda da, mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, «xxxx» kiçik müəssisəsinə ayrılması müəyyən edilmişdir. Bundan başqa, iddiaçı özünün «xxxx» kiçik müəssisəsinin təsisçisi və direktoru olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hətta belə sənədləri məhkəməyə təqdim etdiyi təqdirdə belə, onun hazırkı iddianı cavabdehin fəaliyyət göstərdiyi torpaq sahəsinin ayrıldığı müəssisənin adından deyil, öz adından qaldırması mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilə bilməzdi. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirilməsini zəruri hesab etməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 716/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar