Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6992/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın qanunsuz hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla iddiaçının cavabdehə qarşı verdiyi “qərarın qanunsuz hesab edilməsi tələbi barədə” iddia ərizəsinin qəbulundan imtina edilməsini qərara almışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayət üzrə apelyasiyanın mümkünlüyü məsələsini müzakirə edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə görə, elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Lakin iddiaçının verdiyi şikayətdən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilsə də, şikayət elektron qaydada deyil, kağız daşıyıcıda tərtib edilmiş şikayətin fotosurətinin (“PDF” formatda) elektron kabinetə yerləşdirilməsi qaydasında verilmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Şikayət qaytarılmalıdır. Çünki MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361-ci maddəsinin mənasına görə isə, şikayət MPM-də müəyyən edilmiş formada verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263, 264, 402-cı maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “qərarın qanunsuz hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayətin qaytarılması üçün mülki iş Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6992/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6992/2024
05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver