Məhkəmə qərarları › İş №2(103)-6993/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6993/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6993/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındaniddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavbadehlər Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ipoteka qoyulmuş “Kia Rio” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka yüklülüyündən çıxarılması üçün tərəfinən Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin yerinə yetirilmiş olması nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının icrası çərçivəsində həmin kredit müqaviləsi ilə əlaqədar qaytarılmalı olan pul məbləğinin öhdəliyi faktiki olaraq yerinə yetirmiş şəxs olaraq ona ödənilməsi vəzifəsinin Cavabdeh2 ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə verərək, sözügedən kredit müqaviləsi üzrə öhdəliyin icrası ilə əlaqədar Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsinin Cavabdeh2 ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə, ərizə təmin olunaraq, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, adı çəkilən Fərmanının icrası çərçivəsində Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsi qadağan edilmişdir. İş üzrə yekun məhkəmə aktı qəbul olunaraq, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Cavbadeh Cavabdeh1, artıq iş üzrə yekun məhkəmə aktı qəbul olunduğundan və qüvvəyə mindiyindən iddianın təmin tədbirinin ləğvinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən, iddianın təmini tədbiri kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının icrası çərçivəsində Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. İddiaçı, həmin qərardaddan şikayət verərək, onun ləğv, Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsi ilə bağlı götürülmüş qadağanın yenidən bərpa edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnamədən verilmiş apellyasiya şikayətinə baxılarkən onun başqa əsasla iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi müəyyən olunmuşdur. Hazırda “Covid-19” pandemiyası ilə əlaqədar müəyyən problemlər yarandığından həmin iddianı qaldıra bilmir. Ona görə də, götürülmüş qadağa yenidən bərpa edilməlidir. Binəqədi Rayon Məhkəməsi, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 isə, şikayətə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki prosessual Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göründüyü kimi, iddianın təmini tədbiri, məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə onun icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının icrası çərçivəsində kredit müqaviləsi ilə əlaqədar qaytarılmalı olan pul məbləğinin öhdəliyi faktiki olaraq yerinə yetirmiş şəxs olaraq ona ödənilməsi vəzifəsinin Cavabdeh2 ASC-nin üzərinə qoyulması barədə iddiası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmədiyindən, Cavabdeh1 ərizəsi ilə adı çəkilən Fərmanın icrası çərçivəsində Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 kompensasiya məbləğinin ödənilməsinə qoyulmuş qadağanın saxlanılmasına zərurət qalmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən həmin qadağanın götürülməsi əsaslı olmuşdur. Kollegiya, şikayətin dəlillərinə münasibətdə isə bildirir ki, qətnamədə iddiaçıya digər hüquqi əsasla məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, hazırkı iş üzrə tətbiq edilmiş iddianın təmin tədbirinin ləğvi barədə ərizənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3884/2019 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar