Məhkəmə qərarları › İş №2(103)-6997/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6997/2022

13.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6997/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2018 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsi ilə iddia ərizəsinin təmin olunması, iddiaçı X2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 sentyabr 2010-cu il tarixli, 103/SB saylı və 10 avqust 2012-ci il tarixli, 645 saylı, həmçinin İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 oktyabr 2010-cu il tarixli, 160/SB saylı müqavilələrin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə qeyri-yaşayış sahəsinə görə 27000 (iyirmi yeddi min) manat, maddi zərərə görə 12000 (on iki min) manat, hüquqi xidmət xərcinə görə 300 (üç yüz) manat, cəmi 39300 (otuz doqquz min üç yüz) manat məbləğində pul vəsaitinin tutulması, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə qeyri-yaşayış sahəsinə görə 27000 (iyirmi yeddi min) manat, maddi zərərə görə 12000 (on iki min) manat, hüquqi xidmət xərcinə görə 300 (üç yüz) manat, cəmi 39300 (otuz doqquz min üç yüz) manat pul vəsaitinin tutulması, cavabdeh "xxxx" MMC-dən iddiaçıların xeyrinə 31 (otuz bir) manat dövlət rüsumu vəsaitinin tutularaq ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)- 67/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması təzələnərək, işin yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, şikayət ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadının ləğv edilməsi, "xxxx" MMC-nin “qiyabi qətnamənin ləğv olunması barədə” ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)- 67/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması təzələnərək, işin yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilə öhdəliklərinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, şikayət ərizəsinin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(103)-5027/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 67/2018 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilən şikayətin qeyri-mümkün hesab edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadı ilə cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2022ci il tarixli, 2(006)-67/2018 saylı qərardadından verilmiş şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən həmin qərardaddan şikayət verilərək, Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)-67/2018 saylı qərardadının ləğv edilməsi, "xxxx" MMC-nin “qiyabi qətnamənin ləğv olunması barədə” ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(006)-67/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması təzələnərək, işin yeni məhkəmə baxışına təyin edilməsini xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehin verdiyi şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(103)-5027/2022 saylı qərardadına əsasən şikayətin elektron kabinet vasitəsilə verilməməsi əsası geri qaytarmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-67/2018 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar