Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7005/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxxxxx" KB ASC-yə, "Cavabdeh2" MMC-yə, "Cavabdeh3" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8rşı " hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1487/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər "xxxxxxx" KB ASC-yə, "Cavabdeh2" MMC-yə, "Cavabdeh3" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8rşı " hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” X16 Səhmdar Cəmiyyəti İddiaçı, Bəkirli Röyalə Faiq qızına, X9, X3 və X6 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(012)-5575/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 26/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 26/14 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28843,14 ABŞ dolları, faiz borcu üzrə 3412,81 ABŞ dolları, cərimə borcu üzrə 192 ABŞ dolları, cəmi 32447, 95 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və xx.xx.2014-cü il tarixli 47mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2980,45 AZN, faiz borcu üzrə 495,89 AZN, cərimə borcu üzrə 59 AZN, cəmi 3535,34 AZN məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzilə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İddiaçı borcunun iddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 AZN məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdeh İddiaçı və ailə üzvləri X2, Bəkirli Röyalə Faiq qızının, X7, X10 və X4 çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmadığı üçün qətnamədən cavabdehin nümayəndəsi Gözəlov X5 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-75/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(012)-5575/2016 saylı qətnaməsinə qismən dəyişiklik edilərək, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqda ən geci 1 ay ərzində cavabdeh İddiaçı və ailə üzvləri X2, Bəkirli Röyalə Faiq qızının, X7, X10 və X4 həmin yaşayış sahəsindən çıxarılmalarına aid hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzil hərraca çıxarılaraq satılması üçün cavabdeh hərrac təşkilatı Cavabdeh2 MMCyə sifariş edilərək mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tələbkar “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinə ödənilməsi göstərilmişdir. İddiaçı mülkiyyətində olan mənzil Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzilin qiymətləndirilməsi barədə ekspertizanın keçirilməsi haqqında qərardad qəbul edilərək qiymətləndirici - iş üzrə Cavabdeh3 MMC-nin qiymətləndirmə tədqiqatı ilə 70.000 manata qiymətləndirərək məhkəmə mənzilin 70.000 manata qiymətləndirilməsini qət etmişdir. Lakin hərrac mərkəzi tərəfindən mənzil ilk olaraq 15% qiyməti endirilərək 59.500 manata açıq hərracla satışa çıxarılmış, sonra ikinci dəfə əmlakın qiyməti 25% aşağı salınaraq 44.625 manata xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları barədə protokol üzrə alqı-satqı müqaviləsinə əsasən mənzil ipoteka saxlayan iş üzrə cavabdeh qismində təqdim edilmiş “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinə satılmışdır. Mənzil Cavabdeh3 MMC tərəfindən 70.000 manata bazar dəyərindən çox aşağı qiymətləndirilmiş və hərrac mərkəzi tərəfindən mənzilin ilk qiyməti 70.000 manatdan 40% aşağı salınaraq 44.625 manata tələbkara satılmışdır. Halbuki, sözügedən mənzil Xırdalan şəhərinin mərkəzində xəstəxanaya, məktəbə və.s. əlverişli ərazidə yerləşir və mənzil əla təmir edilmişdir. Buna görə də mənzilin bazar qiyməti 85.000-90.000 manat arasındadır. Halhazırki bazar qiymətindən aydın olur ki, qiymətləndirici mənzili ilkin olaraq 70.000 manata demək olar ki, hazırki real bazar qiymətindən çox ucuz qiymətləndirmiş və mənzil 44.625 manata ipoteka saxlayana satılmışdır. Qiymətləndirmə mərkəzi əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv edilməlidir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28- ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzil üçüncü şəxs Abşeron rayonu İcra və Probasiya Şöbəsinin sifarişi əsasında cavabdeh hərrac təşkilatı Cavabdeh2 MMC tərəfindən mövcud qanunvericiliyin tələblərinə əsasən onlara hərracın keçirilməsi haqqında heç bir məlumat vermədən mənzilin ilkin qiymətindən 15-25% aşağı qiyməti aşağı endirilərək 44.625 manata ipoteka saxlayan “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinə satılmış və mənzil ipoteka saxlayanın mülkiyyətinə keçirilmişdir. İddiaçı əmlakının hərrac keçirilərək banka satılmasından məlumatı 2019-cu ilin oktyabr ayının 29-u tarixində Abşeron Rayon Məhkəməsindən mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəmə bildirişi daxil olduqdan sonra məlumatı olmuşdur. İddiaçı dərhal hərrac keçirən təşkilatın Cavabdeh2 MMC olduğunu müəyyən edərək hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin surətini aldıqdan sonra ona məlum olub ki, həmin protokol əsasında mülkiyyətində olan mənzil olduqca aşağı qiymətə qiymətləndirilmiş və qanunsuz olaraq onun iştirakı olmadan hərrac keçirməklə ipoteka saxlayana satılaraq onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh “xxxxxxx” X16 Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 26/14 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 47mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanın təsiri dairəsinə düşmüş və Restrukturizasiya olunan kredit məbləği cavabdeh “xxxxxxx” X16 Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 1716rstBank/19 saylı, xx xxxxxx 2019-cu il tarixli Güzəştli Kredit və X15 bağlanmışdır. İddiaçının cavabdeh “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinə olan qalıq borcu 12851,02 manat müəyyən edilərək bankla onun arasında 5 illik müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.4-cü bəndində də bu öz əksini tapmışdır. Eyni zamanda, cavabdeh “xxxxxxx” X16 Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli hər iki müqavilə üzrə Saziş bağlanmış və faiz borcu fərmana uyğun olaraq tamamilə silinmişdir. Eyni zamanda iddiaçıya yeni ödəniş cədvəli təqdim edilmiş və hər ay 1 il ərzində yalnız faiz məbləği ödəmək şərti ilə 10.70 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi halhazırda cavabdeh “xxxxxxx” X16 Səhmdar Cəmiyyəti iddiaçının kredit borcunu məlum Fərmana uyğun olaraq Restrukturizasiya etmiş və iddiaçı ilə yeni müqavilə bağlamışdır. Cavabdeh “xxxxxxx” Kommersiya Bankı ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 26/14 saylı əlavə kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 47mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinin təminatı olaraq Umi-11/14 saylı, xx xxx 2014-cü il il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzil yenidən iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8-də yerləşən 33 saylı mənzilin qiymətləndirilməsi barədə Cavabdeh3 MMC tərəfindən verilmiş ekspert rəyinin ləğv edilməsi, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş Hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmiş seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X17 tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş Hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli protokolun ləğv edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, “xxxxxxx” X16 Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmiş seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X17 tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1487/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilmısi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1487/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olmuş mənzil Xırdalan şəhərinin mərkəzində xəstəxanaya, məktəbə və s. yaxın əlverişli ərazidə yerləşir və mənzil əla təmir edilmişdir. Buna görə də mənzilin bazar qiyməti 85.000-90.000 manat arasındadır. Qiymətləndirici mənzili ilkin olaraq 70.000 manata real bazar qiymətindən çox ucuz qiymətləndirmiş və mənzil 44.625 manata ipoteka saxlayana satılmışdır. Mülki Məcəllənin tələbinə əsasən, hərraca çıxarılan mənzillərin dəyərini 10-15% endirməklə satılması mümkündür, lakin hazırki iş üzrə qiymətləndirici onu 40% ucuz qiymətə satmıəşdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi Z.Hüsey nov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etitraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instasniya məhkıəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlərə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-75/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı nümayəndəsi Gözəlov Nicat Əlimürsəl oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(012)-5575/2016 saylı qətnaməsinə qismən dəyişikliyin edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(012)-5575/2016 saylı qətnaməsinin qismən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı və ailə üzvləri X2, Bəkirli Röyalə Faiq qızının, X7, X10 və Yusif Əliyusif oğlunun həmin yaşayış sahəsindən çıxarılmalarına aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 50 (əlli) manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manatın "Cavabdeh3” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli “hərracın keçirilməsi haqqında” sifariş məktubundan görünür ki, tələbin girov predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8, mənzil 33-ə yönəldilməsi, 70.000 manat müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir. İş materiallarındakı Cavabdeh2 MMC-nin tələbkar “xxxxxxx” KB ASC-yə, borclu İddiaçı ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2018-ci il tarixli, 05/187 №-li bildirişdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8, mənzil 33-ün ilkin satış qiyməti 70.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxxx 2018-ci il tarixə təyin edilmişdir. İş materiallarındakı Cavabdeh2 MMC-nin tələbkar “xxxxxxx” KB ASC-yə, borclu İddiaçı ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2018-ci il tarixli, 05/187-1 №-li bildirişdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8, mənzil 33-ün ilkin satış qiyməti 59.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxx 2018-ci il tarixə təyin edilmişdir. İşin materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli xəbərnamələrin surətlərindən görünür ki, Cavabdeh2 MMC tərəfindən borcluya göndərilmiş bildirişlər həmin tarixlərdə Bəkirli Rəsul (iddiaçının oğlu) tərəfindən qəbul edilmişdir. İşin materiallarında olan «Hərracın yekunları barədə» xx xxxxxx 2018-ci il tarixli, 163 №-li protokoldan və «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqavilədən görünür ki, hərracın təşkilatçısı – Cavabdeh2 MMC-nin direktoru Y.Əliyevilə alıcı «xxxxxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi O.Əbilov Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8, mənzil 33-ün 44625 manata alınması barədə razılığa gələrək həmin protokolu və müqaviləni imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8, mənzil 33 “xxxxxxx” KB ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 26 saylı reyestr kitabının 75 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan «xxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1716rstBANK/19 saylı güzəştli kredit və X15nə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə illik 1 faiz olmaqla, 12.851,02 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kreditin məqsədli təyinatı: xx.xx.2014- cü il tarixli, 47 mspSTB/14 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 26/14 saylı kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun 12851,02 manat qalıq məbləğinin ödənilməsi. İş materiallarında olan «xxxxxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair” sazişdən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2019-cu il tarixdən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 354,89 manat faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malikdir. Kollegiya işin hallarına əsasən qeyd edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 8, mənzil 33-ün açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac xx.xx.2018-ci il tarixində, təkrar hərrac isə xx.xx.2018-ci il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25% endirimlə «xxxxxxx» KB ASC-yə təklif olunmuş və nəticədə ASC tərəfindən ipoteka predmeti əldə edilmişdir. Mübahisəli mənzil ilkin hərracda 70.000 manata, təkrar hərracda 15% endirimlə 59.500 manata, daha sonra təkrar hərracdakı ilkin satış qiymətindən 25% endirimlə 44.625 manata ipoteka saxlayana satılmışdır ki, bu da “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olmuşdur. Belə ki, hərracın keçirilməsini həyata keçirən Cavabdeh2 MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan «xxxxxxx» KB ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hərracın keçirilməsindən xəbərdar olmuşdur. Kollegiya iddiaçının onunla cavabdeh Bank arasında kredit borcunun məlum fərmana uyğun olaraq restrukturizasiya edilməsini və yeni müqavilə bağlanmasını əsas gətirərək, kredit borcunun təminatı olan ipoteka predmetinin mülkiyyətinə qaytarılması ilə bağlı tələbini təsdiq edən sübutların olmaması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən təmin etməməsinə dair gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçının Banka olan borcu 32.447,95 ABŞ dolları və 3535,34 manat müəyyən edilmiş, ipoteka predmeti isə 44625 manata satılmışdır ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ Banka olan borcun ödənilməsi üçün kifayət etməmişdir. Bu səbəbdən qalıq borc ilə əlaqədar İddiaçı ilə "xxxxxxx" KB ASC arasında (qalıq 12851,02 manat borc ilə əlaqədar) xx.xx.2019-cu il tarixdə güzəştli kredit və X15 bağlanmış, həmin tarixdə bağlanmış xx.xx.2019-cu il tarixli sazişə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq iddiaçının 354,89 manat faiz borcu ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1487/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7005/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7005/2020
09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver