Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7005/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Suraxanı rayon məhkəməsinin 2(010)-1891/2021 saylı, 21.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 verdiyi şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətə cəlb edilməsi və onlardan 24084,13 (iyirmi dörd min səksən dörd manat on üç qəpik) məbləğində borcun alınaraq cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 İddiaçı MMC-yə pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı MMC-dən 1785 (bir min yeddi səksən beş) manat pulun tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 İddiaçı MMC-yə pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı MMC-dən 3801,14 (üç min səkkiz yüz bir manat, on dörd qəpik) manat pulun tutularaq, iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(010)-1891/2021 saylı qərardadı ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 tərəfindən Cavabdeh1 İddiaçı MMC-yə qarşı pul tələbinə dair və Cavabdeh2 İddiaçı MMC-yə qarşı pul tələbinə dair ayrı-ayrılıqda verilmiş qarşılıqlı iddialar və ona əlavə olunmuş sənədləri geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(010)-1891/2021 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətlərini onunla əsaslandırırlar ki, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtinası əsassız və qanuna zidd olduğunu bildirərək qeyd etmişdir ki, icraata götürülmədən imtina kimi qarşılıqlı iddia ilə ilkin iddia arasında əlaqənin olmadığını bildirilmişdir. Lakin ilkin iddia tələbi artıq ödənilmiş əmək haqqının geri qaytarılması, qarşılıqlı iddia tələbi isə ödənilməmiş əmək haqqı tələbi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş şikayətləri üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmənin 16 aprel 2021-ci il tarixli, 2(010)- 1891/2021 nömrəli qərardadından şikayət vermələrini göstərsə də, hər üç şikayət müəllifi 21 aprel 2021-ci il tarixli, 2(010)-1891/2021 nömrəli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Mülki işin materiallarında isə 21 aprel 2021-ci il tarixli, 2(010)-1891/2021 nömrəli qərardadın mövcudluğu görünmür. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda hesab edilməlidir ki, apellyasiya icraatı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 şikayətinə münasibətdə qeyri-mümkündür. Odur ki, Kollegiya hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Suraxanı rayon məhkəməsinin 2(010)-1891/2021 saylı 21.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 etibarnamə izrə nümayəndəsi və vəkili X1 və cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 verdiyi şikayəti qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7005/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7005/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver