Məhkəmə qərarları › İş №2(103)-7006/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7006/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7006/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2118/2019 saylı qərardadından İddiaçı oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 450.000 ABŞ dollarının manata olan məzənnəsi məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının, ünvan 3 ünvanında yerləşən mənzilin zirzəmisinin (zirzəmi 67,7 kv.m), Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 və Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 814 nömrəli bağ evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 2118/2019 saylı qərardadına əsasən cavabdeh X4 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 47, mənzil 45 saylı mənzilin və Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 814 nömrəli bağ evinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-2118/2019 saylı qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsinin 2(103)-6092/2019 saylı, 29 aprel 2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-2118/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ərizənin təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin tədbiri barədə ərizə təmin olunmuş, cavabdehə X4 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının və ünvan 5 ünvanında yerləşən mənzilin zirzəmisinin (zirzəmi 67.7 kv.m.) özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra cavabdeh X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(001 )-2118/2019 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9195/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 450.000 ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2118/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2118/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2118/2019 saylı qərardadından cavabdeh X5 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2118/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından cavabdeh X3 nümayəndəsi-vəkili Nümayəndə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş şikayətdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2118/2019 saylı qərardadından cavabdeh X5 tərəfindən verilmiş şikayət kağız daşıyıcıda tərtib edilmiş, cavabdehin nümayəndəsi-vəkili tərəfindən PDF formatında elektron kabinetə əlavə edilmiş və cavabdehin əl imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2118/2019 saylı qərardadından cavabdeh X5 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar