Məhkəmə qərarları › İş №2(103)-7017/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7017/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7017/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(001)-4129/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 26 saylı notariat ofisinin 05 mart 2021-ci il tarixli 1556 nömrəli icra qeydinin ləğv edilməsi və icra qeydinin verilməsinə əsas olmuş tələbə yenidən baxılaraq tutulmalı olan əsas və faiz borcunun məbləği və ipoteka predmetinin real bazar dəyəri ekspert rəyi ilə müəyyən edilməklə borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə, iddiaçı iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisələndirilən icra qeydi üzrə icra hərəkətlərinin dayandırılması, hər hansı məcburi icra tədbirinin görülməsinin Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin 28 aprel 2021-ci il tarixli 2(001)- 4129/2021 saylı qərardadına əsasən ərizə təmin edilmişdir. İş üzrə üçüncü şəxs "xxxx" ASC məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(001)-4129/2021 saylı qərardadı ilə məhkəmənin 28 aprel 2021-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı iddianı təmin etmək barədə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianı təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(001)- 4129/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən şikayətə onların iştirakı olmadan baxılmasına dair ərizə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı şikayətin təmin edilməsini, üçüncü şəxsin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(001)-4129/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icra məmuru tərəfindən qəbul edilmiş 05 mart 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri 26 saylı notariat ofisinin 05 mart 2021-ci il tarixli 1556 nömrəli icra qeydinə əsasən ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24 kv.metr olan mənzilə cəmi 20054,84 manat borc üzrə tutma yönəldilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, qeyd olunan qanun normasında “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra qeydi üzrə icra hərəkətlərinin dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələblərinə ziddir. Bundan əlavə, icra üzrə icraatın dayandırılması qaydası “İcra haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş və iddianı təmin tədbiri kimi tətbiq oluna bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(001)- 4129/2021 saylı qərardadından İddiaçı şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar