Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7017/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqaviləyə düzəliş edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: aidiyyat qaydalarına riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqaviləyə düzəliş edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “müqaviləyə texniki düzəliş edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanılmış 4Ə592 reyestr N-si ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin 1-ci bəndinə düzəliş edilməsi və həmin bəndin aşağıdakı kimi oxunması “Satıcı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1282 ünvanında yerləşən, istifadəsində olan 0.0243 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ümumi sahəsi 182.59 kv/m olan bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) "Alıcının"mülkiyyətinə verir(lər): –Satıcı İddiaçı (bir hissə, 54,14 kv.mdən ibarət olan “B” tikilisi) – Alıcı Cavabdeh QİZİNA” və onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6625/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqaviləyə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzi) özünə qaytarılması qərara alınmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan əmlak (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında 128,41 kv.m-dən ibarət olan “A” tikilisi) Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşir və iddia ərizəsinin məzmunundan da müəyyən olunur ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun bərpasını, yəni tanınmasını xahiş edir. Ona görə də hesab edirəm ki, iddia birbaşa mülkiyyət hüququnun tanınması ilə bağlı olduğu üçün hazırki iddiaya daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı daşınmaz əmlakın olduğu ərazi üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməli, habelə İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzi) özünə qaytarılmalıdır
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və iddiaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi daşınmaz əmlak üzrə hüquqların bərpa olunmasına dair maddə deyil, müqavilə mübahisəsinə, daha doğrusu müqaviləyə texniki düzəliş edilməsinə dair maddədir. Hesab edirlər ki, məhkəmə prosessual hüquq normalarının pozulması ilə əlaqədar olan səhv bir qərardad qəbul etmişdir. Müqavilələrin etibarsız hesab olunması, müqavilələrin ləğv olunması və düzəlişlərin olunması ilə bağlı mübahisələrə bir qayda olaraq cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılır. Buna da hər-hansısa müstəsna aidiyyat məsələsi pozulmamışdır. Beləliklə, məhkəmə göstərilən prosessual hüquq normasını pozmuşdur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6625/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqaviləyə texniki düzəliş edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(001)- 6625/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.
10. Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
11. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
12. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. (Maddə 152.2) İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (Maddə 152.4.)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən 54,14 kv.m-dən ibarət olan “B” tikilisidir.
15. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən ona istinad etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia daşınmaz əşyanın olduğu yerə yerin məhkəməsinə verilir, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etməli idi.
16. Birinci instansiya məhkəməsinin qərardadından şikayət verən iddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, onun tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması ilə bağlı deyil, müqaviləyə düzəliş edilməsi ilə bağlı olduğu üçün iddia tələbinə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalıdır.
17. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi İddiaçı ilə X3 arasında 07 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır, müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən bağ evi Cavabdeh satılmışdır.
18. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərindən müəyyən edilir ki, müqavilədə yol verilmiş yanlışlıq səbəbindən iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən 54,14 kv.m-dən ibarət olan “B” tikilisi ilə yanaşı eyni ünvanda yerləşən iddiaçının mülkiyyətində olan 128,41 kv.m-dən ibarət olan “A” tikilisi də satılmışdır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
20. Göründüyü kimi, iddiaçının tələbi müqavilədə düzəliş edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən 54,14 kv.m-dən ibarət olan “B” tikilisinin satılmasının qeyd edilməsi, digər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 1282 ünvanında yerləşən 128,41 kv.m-dən ibarət olan “A” tikilisinin üzərində isə iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, “...Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan)....”
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6625/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev