Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7019/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X22, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 nümayəndəsi və vəkili Vəkil2 Məmməd oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(001)-1198/2022 saylı qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X38 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 01 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X8 İddiaçı arasında təsdiq edilmiş barışıq sazişinə əsasən, cavabdeh tərəf razılaşmanın 1.4 bəndi ilə iddiaçı tərəf və cavabdeh tərəf qarşılıqlı razılıqla müəyyən etdikləri həftənin bir günü razılaşdırılmış saatlarda (3 saatdan artıq olmamaq şərti ilə) Sumqayıt şəhərində cavabdehin və ya cavabdehin valideynlərinin (valideynlərdən birinin) iştirakı ilə 02 may 2017-ci il təvəllüdlü X24 ilə iddiaçının görüşünə heç bir maneənin yaradılmayacağı; 1.4.1-ci bəndi ilə ad günü və bayram günlərində isə iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq olarsa, 3 saatdan artıq olmamaq şərti ilə Sumqayıt şəhərində cavabdehin və ya cavabdehin valideynlərinin (valideynlərindən birinin) iştirakı ilə 02 may 2017-ci il təvəllüdlü X24 ilə iddiaçının görüşünə heç bir maneənin yaradılmayacağını və maneələrin aradan qaldırılması öhdəliyini öz üzərinə götürmüşdür.
2. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: “ ... Ərizəçilərin həyat şəraiti müayinə edilərkən X29 ilə aparılan söhbət zamanı o, qeyd etdi ki, xx.xx.1954-cü il təvəllüdlüdür, ali təhsillidir, təqaüdçüdür, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, sağlamlığında yaranmış problemlərə görə Komissiyaya gələ bilməyib. X33 keçmiş gəlini İddiaçı ayrıldıqdan sonra onların nəvəsi ilə ünsiyyətinə ciddi problemlər yaradılmışdır. Oğlu, özü və həyat yoldaşı Nadir Həsənov ünsiyyət hüququ əldə etsələr də, İddiaçı uşaqla rahat görüşmələrinə icazə verməmişdir. X34 birinci nikahından dünyaya gələn sağlamlıq imkanları məhdud qız nəvəsinə özü nəzarət etdiyi üçün digər nəvəsi Rəhim Həsənovla görüşmək məqsədilə Sumqayıt şəhərinə gedə bilməmişdir. Sağlamlıq imkanları məhdud qız nəvəsi bir müddət əvvəl 14 yaşında vəfat etdikdən sonra böyük stres yaşamış və yeriməsində problem yaranmışdır, hazırda müalicə olunur. O, izahatının sonunda nəvəsi Rəhim Həsənovu çox istədiyini və nənə kimi onun qayğıları ilə yaxından məşğul olmaq arzusunda olduğunu qeyd edərək, ərizədə göstərilən müddətdə və qaydada nəvəsi ilə görüşmələri barədə qərar qəbul olunmasını xahiş etdi. ... Ərizəçi X2 olarkən qeyd etmişdir ki, xx.xx.1950- ci il təvəllüdlüdür, ali təhsillidir, polis polkovniki kimi təqaüddədir, sağlamlığında ciddi problem yoxdur və hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. X5 ilə İddiaçı ailə münasibətləri pozulduqdan sonra nəvəsi X24 anasının himayəsində qalıb. Oğlu ilə gəlini ayrıldıqdan sonra nəvəsi ilə ünsiyyətdə olmasına şərait yaradılmadığı üçün uşaqla ünsiyyət hüququ əldə etmək məqsədilə həyat yoldaşı Püstə Həsənova ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmişlər. Onların nəvəsi Rəhim Həsənovla hər həftənin bazar günü saat 12:00dan saat 15:00-dək müddətdə ünsiyyətdə olması barədə Komissiya tərəfindən xx.xx.2019-cu il tarixli 09/2019 saylı Qərar qəbul edilmişdir. X45, uşaqla ünsiyyət hüququ əldə etmək üçün məhkəməyə müraciət etdikdən sonra İddiaçı iştirakı ilə onun övladı Rəhim Həsənovla hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək müddətdə ünsiyyətdə olması barədə qətnamə qəbul edilmişdir. Müəyyən edilmiş müddətdə özü və X45 uşaqla görüş üçün İddiaçı yaşadığı Sumqayıt şəhərinə getmiş, həyat yoldaşı isə müəyyən səbəblərə görə görüş üçün oraya getməmişdir. Onlar orada mənzil şəraitindən kənarda, sərbəst ola bilməyəcəkləri şəraitdə və İddiaçı nəzarəti altında uşaqla ünsiyyətdə olmuşlar. Ayrı yaşamalarına və istədikləri kimi uşaqla ünsiyyətdə ola bilməmələrinə baxmayaraq, hər zaman uşağın maddi tələbatlarının qarşılanmasında iştirak etmiş, nəzərdə tutulmuş alimenti ödəmişlər. Oğlu ilə gəlini 2019cu ildə ayrıldıqları dövrdə nəvəsi Rəhim Həsənov azyaşlı idi, anasından çox ayrı qala bilmirdi, hazırda isə uşağın yaşı bir qədər artıb, onlarla rahat və sərbəst ünsiyyətdə olur. Bunlarla yanaşı, həftədə bir gün 3 saat müddətində nəzarət altında və rahat olmayan bir şəraitdə nəvəsi ilə ünsiyyətdə olması onu qane etmir. Həmçinin X34 birinci nikahından dünyaya gələn 14 yaşlı qız nəvəsi vəfat etdikdən sonra özü və həyat yoldaşı çox böyük stres yaşamışlar. Yaşadığı stres nəticəsində həyat yoldaşı Püstə Həsənovanın yeriməsində problemlər yaranıb və hazırda müalicə olunur. Keçmiş gəlini İddiaçı ünsiyyət müddətinin artırılması və görüşün ev şəraitində keçirilməsinə razılıq verməsini xahiş etsə də o, icazə verməmişdir. O, izahatının sonunda nəvəsi Rəhim Həsənovun yaşının artmasını, sağlamlığında ciddi problemlərin olmamasını, uşağın onlarla sərbəst ünsiyyətdə ola bilməsini, ailə vəziyyətini, uşağı çox istəmələrini və ona çox bağlı olmalarını qeyd edərək, ərizədə göstərilən müddətdə və qaydada nəvəsi ilə ünsiyyətdə olmaları barədə qərar qəbul olunmasını Komissiyadan xahiş etdi. ... Komissiya daxil olmuş müraciətlə bağlı apardığı araşdırmalar zamanı müəyyən etdi ki, ərizəçilərin əxlaqi və şəxsi keyfiyyətləri müsbətdir, uşaqla ünsiyyətə mane olan zərərli vərdişləri və sağlamlıqlarında ciddi problemləri yoxdur, onlar nəvəsinin qayğıları ilə məşğul olmaq və uşaqla rahat ünsiyyətdə olmaq üçün hazırki ərizə ilə müraciət ediblər. Hal-hazırda Püstə Həsənova sağlamlığında yaranmış problemlərə görə ev şəraitindən kənarda uşaqla ünsiyyətdə ola bilmir, bu hal isə onun nənə kimi ünsiyyət hüququnun həyata keçirilməsinə mane olur. Habelə müəyyən edildi ki, yetkinlik yaşına çatmayan Rəhim Həsənovun artıq 4 yaşı tamam olduğundan və sağlamlığında ciddi problem olmadığından körpə yaşlarındakı kimi ana qayğısına xüsusi ehtiyacı yoxdur, uşaq ata tərəfdən yaxın qohumlarını tanıyır, münasibətləri yaxşıdır, uşağın anası İddiaçı işlədiyi üçün uşaq ana tərəfdən baba-nənəsinin himayəsində olur. Komissiya qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan Rəhim Həsənov anasının himayəsində yaşadığından və uşağın atası İftixar Həsənovla anası İddiaçı iştirakı ilə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək görüşməsi nəzərdə tutulduğundan, İddiaçı övladı ilə birgə həftəsonu sərbəst vaxt keçirməsi və onun qayğıları ilə məşğul olması mümkündür. ... Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2019-cu il tarixli 09/2019 saylı Qərarı ləğv edilsin. Vətəndaş İddiaçı tərəfindən, X3 və X16 yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X24 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırılsın. X3 və X16 nəvəsi X24 ilə vətəndaş İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək və uşağın doğum günü hər ilin iki may tarixində saat 12:00-dan saat 15:00-dək müddətdə görüşü təmin edilsin”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X8 01 iyun 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X24 doğulmuşdur. Daha sonra X23 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə X12 qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-760/2019 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Həmin məhkəmə qətnaməsinə əsasən X23 X6 arasında xx.xx.2016-cı il tarixdə 2 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 418 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çalanadək saxlanması üçün X14 qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarda aliment X9 xeyrinə tutulmuş, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X13 3 yaşına çatanədək hər ay 50 manat X10 X9 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra iddiaçı ilə keçmiş həyat yoldaşı X23 arasında birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X24 ilə ünsiyyət barəsində barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə indiyə kimi də əməl edilir. Hal-hazırda iddiaçının keçmiş qayınatası və qayınanası nəvələri ilə ünsiyyət üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 38/2021 saylı Qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: “... Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2019-cu il tarixli, 02/2019 saylı qərarı ləğv edilsin. Vətəndaş İddiaçı tərəfindən, X3 və X16 yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X24 ilə ünsiyyətdə olmalarına yaradılan manelər aradan qaldırılsın. X7 və X16 nəvələri X24 ilə İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan, saat 17:00-dək və uşağın doğum günü hər ilin 02 may tarixində saat 12:00-dan saat 15:00-dək görüşü təmin edilsin”. X38 və X29 bundan öncə də Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciətləri əsasında Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası rəy vermişdir ki, X7 və X16 nəvələri X24 ilə X4 iştirakı olmadan hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək ünsiyyət hüququ təmin edilsin. X38 və X29 bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsələr də, həmin mülki iş baxılmamış saxlanılmışdır. Mülki işin baxılmamış saxlanmasının səbəbi X38 və X16 məhkəmə prosesinə gəlməmələri olmuşdur. İddiaçı hal-hazırda X30 işləyir. Həftənin beş günü işdə olur, onun özü də övladı ilə həftənin şənbə bazar günü vaxt keçirir. İddiaçı ilə X23 arasında bağlanmış barışıq sazişinə əsasən X23 övladı X24 ilə həftənin bazar günü görüşür. Əgər həftənin 6-cı günü də baba və nənə üçün görüşə vaxt ayrılsa, o zaman iddiaçı üçün uşaqla vaxt keçirmək istənilən səviyyədə olmayacaq, qalan vaxt sadəcə formal olaraq qalacaq. Bu isə valideyn hüququnun kobudcasına pozulması deməkdir. Qərarın əsaslandırma hissəsində qeyd edilir ki, “baba və nənənin sağlamlığında ciddi problemlər yoxdur. Püstə Həsənova sağlamlığında yaranmış problemlərə görə ev şəraitindən kənarda uşaqla ünsiyyətdə ola bilmir, bu hal isə onun nənə kimi ünsiyyət hüququnun həyata keçirilməsinə mane olur”. İddiaçı ilə X25 arasında bağlanmış və məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin 1.4-cü bəndinə əsasən aşağıdakı şərtlə razılığa gəlinmişdir: iddiaçı tərəf və cavabdeh tərəf qarşılıqlı razılıqla müəyyən etdikləri həftənin bir günü razılaşdırılmış saatlarda (3 saatdan artıq olmamaq şərti ilə) Sumqayıt şəhərində cavabdehin və ya cavabdehin valideynlərinin (valideynlərindən birinin) iştirakı ilə 02 may 2017-ci il təvəllüdlü X24 ilə iddiaçının görüşünə heç bir mane yaradılmayacaq. Qərarın əsaslandırma hissəsində qeyd edilir ki, X8 onun övladı X24 bazar günləri saat 12:00-dan 15:00-dək görüş olduğu üçün iddiaçının uşağın qayğısına qalmağa kifayət qədər çox vaxt qalır. Bundan başqa işin təkzib edilməz halı odur ki, X38 və X29 iddiaçının keçmiş həyat yoldaşı olan X8 bir ünvanda yaşayırlar. Ən önəmli məqam ondan ibarətdir ki, iddiaçı indiyə kimi görüşlə bağlı heç kimə mane yaratmamış və tərəflər istədikləri vaxt görüş üçün Sumqayıta gəlmişlər. Lakin nədənsə nənə uşağı ayağına gətizdirmək istəyir. Bu isə sadəcə bir eqodur. Təəsüflər olsun ki, cavabdeh orqan da bu eqonu təmin etmək üçün əlindən gələni etmişdir.
5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(001)- 1198/2022 saylı (hakim Nigar Nəbizadə) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarının ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X31 və X19 nəvələri – xx.xx.2017-ci il təvəllüdlü X24 ilə hər həftənin bazar günü saat 15:00-dan saat 18:00dək ananın (İddiaçı) iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində ünsiyyətdə olmaq (görüş) hüququnun verilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarına, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4, 5-ci maddələrinə, “Uşaq hüquqları Bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarına, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin “görüş vaxtının saat 15:00-dan saat 18:00-dək olan hissəsində” ləğv edilməsini və “görüş vaxtının saat 15:00-dan 17:00-dək müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaq 4 yaşındadır, nənə və baba uşaq ilə həddindən artıq ünsiyyətdə olmamışlar, onu az müddət ziyarət etmişlər. İndiki mərhələdə uşağın 3 saat nənə-baba ilə görüşməsini məqbul hesab etmir. Çünki uşaq öz nənə-babasını kifayət qədər yaxşı tanımır və onu 3 saatlıq vaxt ərzində nənə və baba ilə görüşə məcbur edilməsi onun psixoloji inkişafina mənfi təsir edə bilər. Ona görə də hesab edir ki, görüş vaxtının 2 saat müddətində yəni, 15:00-dan 17:00-a müəyyən edilməsi daha məqsədə uyğun olardı. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, uşağın böyrəklərində də müəyyən problemlər yarada bilər. Bu isə onun mütəmadi olaraq valideyn nəzarəti altında olmasını tələb edir. Bu səbəblə də uşağın bazar günü 6 saat müddətində evdə olmaması onun səhhətində problemlər yarada bilər. Bu səbəblə də 3 saat atası ilə görüşü nəzərə alıb baba və nənəsi ilə də görüşü 2 saat müəyyən etmək lazımdır. Xahiş edir ki, bu nəzərə alınsın. Qətnamənin “görüş vaxtının saat 15:00-dan saat 18:00-dək olan hissəsində” ləğv edilməsi və “görüş vaxtının saat 15:00-dan 17:00-dək müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Qətnamədən həmçinin müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X38 apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X28 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onlara nəvələri ilə ünsiyyətdə olmağa imkan vermədiyi üçün ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına yazılı ərizələrlə müraciət etmişlər. Hazırda nəvə anası ilə birlikdə Sumqayıt şəhərində babasının iki otaqlı mənzilində yaşayır. İddiaçı Bakı şəhərində işləyir, iş saatı səhər saat 09:00-da başlayır, 18:00-da qurtarır, işdə ləngiyir, evə təxminən saat 21:00-22:00 radələrində qayıdır. Nəvəni faktiki olaraq cavabdehin (İddiaçı) anası saxlayır. Təqaüdçüdürlər, nəvələrinə qarşılıqlı razılıq əsasında yanlarında saxlamaqla həftənin müəyyən günləri baxa bilərlər. Nəvə böyüyür, bir azdan qohumlarını özü sərbəst tanıya biləcək. Onun tərbiyəsində və təminatında yaxından iştirak etmək istəyirlər. İşə baxan hakim iddiaçının guya nəvənin xəstə olması, xüsusi qidalanmaya ehtiyacı olması izahatını təsdiq edən hər hansı sübut toplamamışdır, iddiaçının izahatını sübut kimi qəbul edərək Komissiyanın əsaslandırılmış qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Komissiyanın rəyinin hansı əsaslara görə əsasız sayılması, Komissiya tərəfindən hansı halların nəzərə alınmaması halları və bunların səbəbi aydınlaşdırılmamışdır. Nəvənin onlarla görüşməsinin, onların yaşadığı evə gəlməsinin onun mənafeyinə necə mənfi təsir göstərməsi barədə iddiaçının məhkəmədə bildirdiyi hallar sübuta yetirilməmişdir. Nəvənin onlarla sərbəst, anasının iştirakı olmadan ünsiyyətdə olmasının və uşağın Sumqayıt şəhərindən Bakı şəhərinə aparılmasının uşağın mənafeyinə hansı mənfi təsir göstərməsi barədə işə baxan hakimin gəldiyi nəticə işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə etriazda qeyd edilmişdir ki, Komissiyada istər atanın, istərsə də nənə-babanın uşaqla ünsiyyət məsələsi ilə əlaqədar mübahisələrə baxılarkən müəyyən edilmişdir ki, uşağın valideynləri X15 və İddiaçı münasibətlərinin pozulmasından sonra görüşə şərait yaradılmamış, bu səbəbdən nənə və baba Komissiyaya, X23 isə məhkəməyə müraciət etməli olmuşlar. X1 iclasında verdiyi izahatında bildirmişdir ki, valideynləri nəvələri ilə görüş üçün qəyyumluq və himayəçilik komissiyasına müraciət etmişlər. Həmin Qərara əsasən valideynləri qarşı tərəfin və onun qohumlarının iştirakı ilə parkda nəvələri Rəhimlə daha çox kənardan müşahidə etməklə ünsiyyətdə olmuşlar. Belə ki, görüş normal şəkildə baş tutmamış, mübahisələri yaranmış, uşaqla sərbəst görüşmələrinə maneə yaradılmışdır. Tərəflərin münasibətlərinin münaqişəli olması hər iki tərəfin izahatları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən və Komissiya tərəfindən uşaqla görüşün ananın iştirakı ilə baş tutmasını zəruri edən hal müəyyən edilmədiyindən hər iki mübahisəyə baxılması zamanı Komissiyanın mövqeyi eyni olmuş və Komissiya hesab etmişdir ki, uşaqla görüşün İddiaçı iştirakı ilə həyata keçirilməsi tərəflər arasında olan mövcud gərginliyin daha da şiddətlənməsi, görüşün baş tutmaması ehtimalını yaradır. Atanın, habelə nənə və babanın da uşağı ilə ayrılıqda ünsiyyətdə olmaq, onun tərbiyəsində bilavasitə iştirak etmək hüququdur və bu əsassız vasitələrlə məhdudlaşdırılmamalıdır. Eyni zamanda işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, sağlamlıq imkanları məhdud nəvəsinin itkisini yaşayan nənənin yaşadığı stresdən hərəkət məhdudiyyəti yaranmış və bu hal xx.xx.2017-ci il tarixdə dünyaya gələn X17 və nənəni ev şəraitindən kənar bir-biriləri ilə ünsiyyətdən məhrum edir. Həmçinin hər həftənin şənbə və bazar günləri fərqli vaxtlarda, fərqli şəraitdə dörd yaşlı uşağın həm baba və nənə ilə, həm də atası ilə ünsiyyət qaydasının müəyyən edilməsinin həm ananın, həm də uşağın mənafeyinə hansı səbəbdən zidd olması və azyaşlı uşaq üçün hansı çətin şəraitin yarana biləcəyi məhkəmə tərəfindən qeyd olunmamışdır. Uşağın atası İftixar Həsənovla görüşməsi üçün nəzərdə tutulan həftənin bazar günü 3 saat müddətində uşaq anasının iştirakı ilə öz atası ilə ünsiyyətdə olur, bu zaman isə İddiaçı da övladı ilə birlikdə olur, onunla birlikdə vaxt keçirir. Həmin görüş müddəti bitdikdən sonra da İddiaçı övladı ilə birlikdə sərbəst zaman keçirməyə kifayət qədər vaxtı qalır. Məhkəmə uşağın xüsusi rejiminin olduğunu və bunun Komissiya tərəfindən nəzərə alınmadığını qeyd etsə də, məhkəmə qəbul etdiyi qətnamədə həmin xüsusi rejimin nələrdən ibarət olduğunu göstərməmişdir. Uşağın yuxu, qida və s. rejimi ilə əlaqədar ana tərəfindən yazılı surətdə təqdim ediləcəyi rejimə nənə və babanın nəvələri ilə ünsiyyətdə olarkən də riayət etmək imkanı vardır. Uşağın təhsil rejimi ilə əlaqədar qeyd olunmalıdır ki, uşaq gələcəkdə həftənin 5 günü dərslərdə olduğu üçün həftəsonu istirahət etmək, asudə vaxtını səmərəli şəkildə həyata keçirmək haqqıdır və Komissiyanın müəyyən etdiyi vaxt həftənin bazar günü səhər saat 11:00-dan saat 17:00-dək nəzərdə tutulduğundan, uşağın digər saatlarda dərslərini təkrarlaması üçün vaxtı qalmış olur. Bununla yanaşı qeyd edilməlidir ki, uşaq ali təhsilli, uşaqların böyüdülməsində təcrübəyə malik olan nənə və babanın da himayəsində olarkən çatdırıb hazırlaşa bilmədiyi fənn üzrə ev tapşırığını edə və ya təkrarlaya bilər. Bununla yanaşı, sözügedən qətnamə ilə uşağın mənafeyinə zidd olaraq, uşağın ev şəraitindən kənarda hava şəraitinin dəyişkən olması, uşağın yorulması və s. nəzərə alınmadan 6 saat müddətində (3 saat ata üçün nəzərdə tutulmuş müddət, əlavə olaraq 3saat nənəbaba üçün nəzərdə tutulmuş müddət) qohumları ilə görüşməsi məqəsədəuyğun hesab edilmişdir. məlum olduğu kimi Sumqayıt şəhəri Bakı şəhərindən 31 km şimalda, Abşeron yarımadasında yerləşir və əsasən, oradan Bakı şəhərinə gəlmək üçün nəqliyyat vasitəsilə maksimum 1 saat vaxt sərf olunur. Psixoloji ədəbiyyatda 3 yaşa qədər uşaqları körpəlik dövrünə aid etmişlər. Bu yaşda uşaqlar anaya çox bağlı olur, uzun müddət ondan ayrı qala bilmirlər, xüsusi rejimlə qidalanır, həm ana südü həm də əlavə qida ilə yedizdirilirlər (1 yaşa qədər ana südü əsas qida hesab olunur), yatırlar. İki yaşa qədər uşaq ən çox ana ilə yaxın olmalı, onu hər axtardığında yanında görə bilməlidir. Uşaq 3 yaşını tamamladıqdan sonra körpəlikdən uşaqlığa keçid dövrünə qədəm qoyur. Nənə və babanın ünsiyyətdə olmaq istədikləri nəvələri X13 5 yaşı vardır. Bu yaşda uşaqların fiziki və psixi inkişafında kifayət qədər dəyişikliklərin, inkişafın baş verdiyi dövrdür. Bu səbəbdən onlar artıq valideynlərini əvvəlki qədər məşğul etmir. Bu yaşda uşaq öyrənməyə açıqdır, dərketməsi daha da inkişaf edir, diqqətin, yaddaşın, nitqin, qavramanın, təfəkkürün inkişafı sürətlə gedir. Uşaq artıq məktəb həyatına hazır olduğunu göstərən bilik və bacarıqlara sahibdir. Artıq neçə illərdir ki, 5 yaşlı uşaqlar uşaq bağçasında deyil, məktəbdə məktəbəhazırlıq qruplarına gedirlər. Bu yaşdan 12 yaşa qədər uşaqlar əsasən gündüzlər yatmır, gecə yuxusunun isə 11 saat təşkil etməsi normaldır. Bu baxımdan bu yaşda uşağın bir neçə saat anasından ayrı qalaraq nənə və babasının himayəsində olmasının uşağa psixoloji travma yetirməsindən söhbət gedə bilməz. Bundan əlavə ananın özünün etiraf etdiyi kimi uşaq babasını tanıyır və halhazırda da onunla ünsiyyətdə olur və onun tanıdığı babasının və təxmini iki il müddətində görmədiyi nənəsi ilə eyni vaxtda mənzil şəraitində və yaxud babası ilə birgə mənzil şəraitindən kənar ünsiyyətdə olmasının uşağa mənfi təsir göstərməsi istisna olunur. Təcrübədə bu kimi hallarda uşaq bir müddət görmədiyi doğması ilə bir qədər ünsiyyətdə olduqdan sonra münasibəti müsbətə doğru dəyişir. Komissiya tərəflərin münasibətlərinin münaqişəli olmasını nəzərə almış, bu səbəbdən görüşün ananın iştirakı olmadan həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Püstə Həsənovanın nəvəsi ilə uzun müddət görüşməməsinin səbəbi ailədə, onun sağlamlığında baş vermiş problemlər və keçmiş gəlini ilə qarşılaşmamaq olmuşdur. Püstə Həsənovanın nəvəsi Rəhim Həsənovla görüşlə bağlı ərizə yazması onun nəvəsi ilə ünsiyyətdə olmaq arzusunda olması kimi qəbul edilir. Uşağın nənəsi ilə ünsiyyətdə olmasının onun mənafeyinə uyğun olmaması görüş zamanı müşahidə ediləcəyi təqdirdə icra məmuru tərəfindən qanunauyğun addımların atılması mümkündür. Komissiya uşağın nənə-babası ilə sərbəst görüşməsinə mane ola biləcək müxtəlif ehtimalları əsas götürmək əvəzinə, görüşün baş tutmasına şərait yaradıb, baş verəcək prosesləri müşahidə etməyin daha məqsədəuyğun olduğunu hesab edir. Nəvələri üçün nənə və babaları “evdən uzaq bir ev təhlükəsizlik, dəstək və qeyd-şərtsiz sevgi təklif edirlər. Nənə və babanın nəvəyə baxması, onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqi dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Mövcud ailə qanunvericiliyinin tələblərinə əsasən uşağın tərbiyə və təhsil alma haqqı o zaman tam və dərin gerçəkləşir ki, uşaq təkcə valideynlərinin deyil, həm də başqa qohumlarının qayğısı ilə əhatə olunsun. Qüvvədə olan ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsinə, ailə ilişkilərinin qarşılıqlı məhəbbət və sayğı duyğulan əsasında qurulmasına, ailə üzvlərinin qarşılıqlı yardımı və bir-biri qarşısında məsuliyyətinin olmasına, onların haqlarının əngəlsiz həyata keçirilməsinin təmin olunmasına xidmət edir. Qohumların uşaqla ünsiyyət haqqı olduğu kimi, uşaqların da babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları İlə ünsiyyətdə olmaq haqqı vardır və bu əsassız vasitələrlə məhdudlaşdırılmamalıdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin “görüş vaxtının saat 15:00-dan saat 18:00-dək olan hissəsində” ləğv edilməsini və “görüş vaxtının saat 15:00-dan 17:00-dək müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını, digər apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X28 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarının ləğv edilməsi hissəsində razı olmadığını bildirərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
17. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
18. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
19. Həmin Məcəllənin 60.1-ci və 60.2-ci maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
20. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
22. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
23. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
24. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
25. “Uşaq hüquqları Bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır.
26. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır.
29. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər.
30. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli qərarında göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər”.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs isə tam mübahisələndirdiyindən, apellyasiya baxışı zamanı qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin olunmalıdır.
38. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh İddiaçı arasında təsdiq edilmiş barışıq sazişinə əsasən, cavabdeh tərəf razılaşmanın 1.4 bəndi ilə iddiaçı tərəf və cavabdeh tərəf qarşılıqlı razılıqla müəyyən etdikləri həftənin bir günü razılaşdırılmış saatlarda (3 saatdan artıq olmamaq şərti ilə) Sumqayıt şəhərində cavabdehin və ya cavabdehin valideynlərinin (valideynlərdən birinin) iştirakı ilə 02 may 2017-ci il təvəllüdlü X24 ilə iddiaçının görüşünə heç bir maneənin yaradılmayacağı; 1.4.1-ci bəndi ilə ad günü və bayram günlərində isə iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq olarsa, 3 saatdan artıq olmamaq şərti ilə Sumqayıt şəhərində cavabdehin və ya cavabdehin valideynlərinin (valideynlərindən birinin) iştirakı ilə 02 may 2017-ci il təvəllüdlü X24 ilə iddiaçının görüşünə heç bir maneənin yaradılmayacağını və maneələrin aradan qaldırılması öhdəliyini öz üzərinə götürmüşdür.
39. Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarı ilə İddiaçı tərəfindən X28 və X16 yetkinlik yaşına çatmayan nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X24 ilə ünsiyyətdə olmalarına yaradılan maneələrin aradan qaldırması, X28 və X16 nəvəsi X24 ilə İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək və uşağın doğum günü hər ilin iki may tarixində saat 12:00-dan saat 15:00-dək müddətdə görüşün təmin edilməsi qərara alınmışdır.
40. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə baba və nənənin görüş saatlarının atanın görüş saatları (bazar günləri saat 12:00-dan 15:00-dək) ilə üst-üstə düşməmiş, baba və nənəyə şənbə günləri 11:00-dan saat 17:00-dək ünsiyyət vaxtı müəyyən edilmiş, eyni zamanda, ata uşaqla ananın iştirakı ilə uşağın yaşadığı Sumqayıt şəhərində görüşsə də, nənə və babanın ünsiyyəti ananın iştirakı olmadan Bakı şəhərində nəzərdə tutulmuş və Komissiyanın qərarında nənə və babanın ataya nisbətdə qeyd olunan “imtiyazlı vəziyyəti” əsaslandırılmamışdır. Komissiya uşağın yaşını, onun yaşam qrafikini, uşağın istirahət günləri hər iki valideynlə birlikdə vaxt keçirməli olmasını nəzərə almamışdır. Hər həftənin şənbə və bazar günləri fərqli vaxtlarda, fərqli şəraitdə dörd yaşlı uşağın həm baba və nənə ilə, həm də atası ilə ünsiyyət qaydasının müəyyən edilməsi həm ananın, həm uşağın mənafeyinə ziddir. İki gün ardıcıl fərqli vaxtlarda və fərqli şəraitdə həm nənə və baba ilə, həm də atası ilə görüşməsi azyaşlı uşaq üçün çətin şərait yarada bilər. Uşaq orta məktəbə, müvafiq hazırlıqlara gedəndə belə ünsiyyət ümumiyyətlə onun mənafeyinə uyğun olmayacaq və uşağın sağlamlığına əks təsir edəcək. Ona görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, baba ilə nənənin görüş vaxtı uşağın atasının görüş vaxtı ilə bir gündə keçirilsin. Eyni zamanda nə qədər ki, baba ilə nənənin görüş vaxtı da atanın ünsiyyətdə olduğu günə düşəcək, baba ilə nənənin ünsiyyət vaxtı atanın ünsiyyət vaxtından sonra başlamalı və əlavə üç saat davam etməlidir ki, hər üç nəfərin mənafeyi qorunsun.
41. Birinci instansiya məhkəməsi həmçinin, hesab etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2021-ci il tarixli qərarı qəbul edilərkən Komissiya tərəfindən dörd yaşlı uşağın ananın iştirakı olmadan hər həftə yaşadığı şəhərdən başqa şəhərə getmək və orada 6 saat anasından və onunla birlikdə yaşayan ana nənə və babasından ayrı qalmaq (fizioloji və psixoloji) imkanları, həmin faktorların ona ehtimal olunan təsiri araşdırılmamış, uşağın 2019-cu ildən anası ilə birlikdə, atasından, ata nənə və babasından ayrı yaşamasını, nənəsini illərlə görməməsini və tanımamasını, xüsusi qida qəbulu rejiminin olmasını və tərəflər arasında mövcud olan kəskin münaqişəli vəziyyəti nəzərə alınmamışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarını ləğv edərək, baba və nənənin nəvələri ilə uşağın mənafeyi nəzərə alınmaqla ünsiyyət vaxtını (görüşün günü, saatı) və yerini yenidən müəyyən etməkdə düzgün nəticəyə gəlsə də, uşaqla görüş zamanı ananın mütləq iştirakını müəyyən etməkdə və uşağın doğum günündə görüş verilməməsində haqlı olmamışdır.
43. Kollegiya qeyd edir ki, nənə və babanın nəvələri ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla asudə vaxt keçirmək, tərbiyyəsində iştirak etmək və s. hüquqları vardır və müəyyən müstəsna hallar olmadan bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Buna görə də uşağa ananın iştirakı olmadan görüş təyin edilməsi mümkündür. Ana görüş yerində yalnız baba və nənənin razılığı olduğu təqdirdə iştirak edə bilməlidir. Belə ki, məhkəmə tərəflərin arasındakı münasibətlərin xarakterini nəzərə alaraq hesab edir ki, baba və nənənin razılığı olmadığı təqdirdə ananın görüş yerində iştirak etməsi baba və nənənin, həmçinin uşağın mənafeyinə uyğun deyil. Əks təqdirdə, görüş yerində tərəflər arasında mübahisə yaranacaq, baba və nənə uşaqla ünsiyyət hüququnu öz mülahizələrinə uyğun olaraq sərbəst həyata keçirə bilməyəcək, uşaq isə mübahisənin şahidi olacaq.
44. Həmçinin, məhkəmə kollegiyası uşağın ata nənə və babasından ayrı yaşamasını, uşağın yaşadığı yerdən və mühitdən kənar yerdə görüşlərin müəyyən edilməsinin uşağın mənafeyi və psixolojı vəziyyəti baxımından məqsədəmüvafiqliyini nəzərə alaraq hesab edir ki, görüş yeri uşağın yaşadığı Sumqayıt şəhəri müəyyən edilməlidir.
45. Kollegiya təyin edilməli görüş saatları ilə bağlı isə iddiaçının həftənin 5 günü işləməsi, uşağı ilə şənbə və bazar günlərində vaxt keçirtmək imkanının olması, uşağın bazar günü saat 12:00-dan 15:00-dək atası ilə görüşdüyü halları nəzərə alaraq uşağın ata nənə və babası ilə bazar günü saat 15:00-dan saat 18:00-dək, doğum günündə 02 may tarixində isə saat 12:00-dan saat 15:00-dək görüş təyin edilməsini məqsədəmüvafiq hesab edir.
46. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 saylı qərarında qeyd edilir ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir.
47. Kollegiya hesab edir ki, nənə və baba uşaqla bir müddət daha məhdud rejimdə ünsiyyətdə olduqdan, uşaq daha anlaqlı yaşa çatdıqdan və onlara öyrəşdikdən sonra, yenidən eyni ərizə ilə müraciət edərək, ünsiyyət qaydasının dəyişdiriməsini tələb edə bilərlər.
48. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, e-2(001)- 1198/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında 02 dekabr 2021-ci il tarixli, 38/2021 saylı qərarı ləğv edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X31 və X19 nəvələri – xx.xx.2017-ci il təvəllüdlü X24 ilə hər həftənin bazar günü saat 15:00dan saat 18:00-dək, uşağın doğum günü hər ilin 02 may tarixində saat 12:00-dan saat 15:00-dək ananın (İddiaçı) iştirakı olmadan uşağın yaşadığı Sumqayıt şəhərində ünsiyyətdə olmaq (görüş) hüququ verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.