Məhkəmə qərarları › İş №2(103)-7019/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7019/2023

13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7019/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Amirastanov Vəzir, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADİ iş № 2(103)-7019/2023 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Amirastanov Vəzir, Cavabdeh3 və Cavabdeh1 qarşı “KİA CEED markalı,2008-ci il buraxılış ili olan **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qaytarılması və yaxud 13.880 manat pulun cavabdeh bu şəxslərdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5479/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Amirastanov Vəzir, Cavabdeh3 və Cavabdeh1 qarşı “KİA CEED markalı,2008-ci il buraxılış ili olan **-FM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qaytarılması və yaxud 13.880 manat pulun cavabdeh bu şəxslərdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 5479/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı xx.xx.2023-cü il tarixli qərardaddan vermiş olduğu şikayəti geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5479/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli məlum qərardadın tələblərinə müvafiq buraxılmış nöqsanların aradan qaldırılaraq, “Elektron məhkəmə” informasiya vasitəsilə hazırki şikayətinin prosessual təmin edilib, göndərilməsi tələbkarlığında bu məhkəmənin xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qərardadının ləğv edilməsinə prosessual önəm verib, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini müəyyənləşdirən məhkəmə aktını çıxarmaqla, sözügedən iddia ərizəsinin tələbkarlığında mahiyyəti üzrə işə baxılmasına prosessual önəm verib, qanuni və əsaslı iddianın təmin olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməklə, bu gün mövcud reallıqlara da prosessual diqqət yetirib, qanunla qorunan hüquqlarının müdafiəsini məhkəmə müdafiə hüququnun prosessual tələbkarlığında əsaslı və qanuni təmin edərək, pozulmuş hüquqlarının prosessual bərpasına nail ola biləcək məhkəmə aktını qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, bu gün tələbkar olaraq ondan 13.880 manat pul alınmaqla, əsaslı bir etibarnamə də notariat qaydada ona verilirsə, onun qanunla qorunan hüquqları pozula bilməz. Qarşı tərəf əslində bu gün faktiki olaraq, aldadıcı mövqeyini dələduzluq hərəkətləri ilə rəsmi nümayiş etdirməklə, mülkiyyətçisi ola bilmədiyi, nəinki bu pulu tələbkara qaytarmayıb, hətta şifahi razılaşma üzrə əldə etdiyi sözügedən bu avtomobili başqalarına etibarnamə üzrə verdirib, ciddi problemlər yaratmaqda davam edir. xx.xx.2023-cü il tarixli qərardadla ədalətsiz nəticəyə gəlinib, süni məhkəmə süründürməçiliklərinə yer verilməklə, ədalətsiz məhkəmə aktı qəbul edilmişdir. Ona görə də hesab edir ki, əsaslı bu şikayəti üzrə Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli ədalətsiz qərardadı ləğv edilib, əsaslı iddia tələbi məhkəmə icraatına birmənalı götürülməklə, işə mahiyyəti üzrə baxılıb, mənafeyinə və maraqlarına xidmət edən ədalətli məhkəmə aktı qəbul edilməlidir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 5479/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilmiş və iş yazılı icraat qaydasında baxılması üçün xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5479/2023 nömrəli qərardadından verilmiş şikayət qeyrimümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

10. Belə ki, kollegiya yazılı icraat qaydasında işə baxan zaman müəyyən etmişdir ki, iddiaçının şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkündür.

11. İşdən görünür ki, şikayət “Elektron Məhkəmə” informasiya sistemində yaradılmalı olan kabinet vasitəsilə verilməmiş və elektron imza ilə təsdiq edilməmişdir.

12. Bununla yanaşı, şikayətin mətnində məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı mübahisələndirilsə də, “barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” qrafasında xx.xx.2023-cü il tarixli qərardaddan şikayətin verilməsi göstərilmişdir.

13. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur.

14. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, verilmiş şikayəti qaytarmalı olduğu halda bunu etməmişdir.

15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin, iddiaçının Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5479/2023 nömrəli qərardadından vermiş olduğu şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar