Məhkəmə qərarları › İş №2(103)-7029/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7029/2022

01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7029/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 367/2022 saylı 13 yanvar 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq etdi, İşin halları: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017- ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iş üzrə icraata xitam verilməsi qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunması üçün cavabdehə göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli İcraata başlamaq haqqında qərarla icra sənədi üzrə icra icraatına başlanılmışdır. İcra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 53,1 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi boşaldılaraq tələbkar Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsində olan iddiaçıya məxsus əşyalar da Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi, iddiaçıya vurulmuş 1000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4215/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqinə əsasən ünvan 1 ünvanındakı qeyriyaşayış sahəsinin boşaldılması nəzərədə tutulmuşdur. İşin icraatını həyata keçirən Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyev “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərar vermiş və iddiaçıya məxsus ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin boşaldaraq, obyektin açarını heç bir hüququ olmayan Cahangirova Tahirə Möhübbət qızına vermiş və bu barədə 20 avqust 2019-cu il tarixli Akt tərtib etmişdir. İddiaçı hesab edir ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Akt etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh iddiaçının xəbəri və iştirakı olmadan 20 avqust 2019-cu il tarixinə ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin boşaldaraq, açarlarını adı tələbkarların siyahısında olmayan və məhkəmə tərəfindən iştirakına xitam verilmiş şəxsə, Cahangirova Tahirə Möhübbət qızına vermişdir ki, bu da qanunsuz və əsassızdır. Digər tərəfdən iş üzrə verilmiş icra vərəqəsində yalnız qeyri-yaşayış sahəsinin yalnız boşaldılması nəzərdə tutulmuş, oranın kimə təhvil verilməsi isə qeyd olunmamışdır. Buna baxmayaraq, Nəsimi rayon icra şöbəsi qanunsuzluq edərək iddiaçıya məxsus qeyriyaşayış sahəsini icra vərəqəsində göstərilmədiyi və adı tələbkarların siyahısında olmayan habelə iştirakına məhkəmə tərəfindən xitam verilmiş, Cahangirova Tahirə Möhübbət qızına təhvil vermişdir ki, bu da yol verilməzdir. Bu qanunsuzluqlara görə iddiaçı maddi zərərlə yanaşı stress və depresiyalar keçirmişdir. Odur ki. hesab edir ki, mənəvi zərər kimi 1000 manat cavabdehdən tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdyev tərəfindən tərtib edilmiş 20 avqust 2019-cu il tarixli Aktın etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini “İcra haqqında” Qanunun 72-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən qeyri-yaşayış sahəsi boşaldıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində və icra sənədində, həmçinin özünün İcraata başlamaq haqqında qərarında da nəzərdə tutulmayan, eyni zamanda iş üzrə tərəf olmayan Cahangirova Tahirə Möhübbət qızına (Cahangirova Tahirə Möhübbət qızının iddiasına dair iş üzrə icraata xitam verilmişdir) təhvil verilmişdir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qeyri-yaşayış binasından olan iddiaçıya məxsus əşyaların mühafizəsini özü təşkil etməli olduğu halda, qanunazidd olaraq həmin əşyaları da Cahangirova Tahirə Möhübbət qızına təhvil vermişdir. Mənəvi ziyanla bağlı tələbində isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qətnamədən xx.xx.2022-ci il tarixdə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 Tofiq qızı məhkəməyə apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)- 367/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)-367/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, aktın etibarsız hesab edilməsini xahiş etmiş, Nəsimi rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(006)-367/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, qətnamə icra edilmişdir. Daha əvvəl Nəsimi rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə hətta icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Bundan sonra İddiaçı həmin qərardaddan şikayət verərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(006)- 148/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon icra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin 21 oktyabr 2019-cu il tarixli “icraata xitam verilməsinə dair” qərarın ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-4215/2018 saylı icra sənədi üzrə icra icraatının təzələnməsi qərara alınmışdır. Maraqlı şəxs, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8 (006)-148/2022 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmiş, Nəsimi rayon Məhkəməsinin 8(006)-148/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilmişdir. Hazırda 13 yanvar 2022-ci il tarixli, 2(006)- 367/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra Şöbəsinə qarşı aktın etibarsız hesab edilməsinə dair mülki iddiası təmin edilmişdir. Maraqlarına toxunduğu üçün həmin qətnamədən Quluzadə qapını sındırdıqdan sonra xəbər tutmuşlar. Dərhal qərardadan şikayət verilmiş və qətnamənin surətini 12 avqust 2022-ci il tarixdə almışlar. Belə ki, uzun illərdir heç bir əsas olmadan qonşularla, yəni ünvan 2 ünvanda yaşayan sakinlərlə İddiaçı əsassız mübarizə aparır. Onların binası kooperativdir, vaxtı ilə kooperativin sədri olan İddiaçı öz səlahiyyətlərindən istifadə edərək binanın 1-ci mərtəbəsində yerləşən xeyir-şər otağını öz xeyrinə işlətmişdir, heç kimə imkan vermirdi ki, orada öz xeyir-şər məclislərini keçirtsin, əksinə oranı kafe kimi, istifadə edərkən, özü üçün gəlir mənbəyinə çevirmişdi, gecə-gündüz orada içki məclisləri olurdu. İçkili müştərilər bütün sakinləri narahat edirdi, kənar şəxslərin həyətə gedibgəlməsi, dava-dalaş, binanın 1-ci mərtəbəsi qaz sızmaları və s. hamını bezdirmişdi. Məhkəmə çəkişmələri ədalətin bərpası ilə başa çatsada, həmən qeyri-yaşayış sahəni İddiaçı zəbt etsədə Azərbaycan Respublikası adından çıxarılan Qətnamə, Apellyasiya məhkəməsindən dəyişiklik edilmədən, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilməyərək öz qanuni qüvvəsini almışdı və icra olunmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, guya Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevin tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktı qanunsuz olmaqla etibarsızdır. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 (103)-438/2020 saylı 26 oktyabr 2020-ci il tarixli Qərardadı ilə İddiaçı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və 20 avqust 2019-cu il tarixli aktın ləğv edilməsi tələbinə dair” ərizəsi təmin edilməmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 8 (006)-3/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon məhkəməsinin 8(006)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərardadı ilə tələbkar X1 verdiyi şikayəti təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 8(006)-3/2020 saylı xx.xx.2020-ci il tarixli Qərardadı ləğv edilmişdir. Yəni İddiaçı həmin xeyir-şər evinə heç bir aidiyyəti olmamışdır. Həmin Qərardadla müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 55,1 kvm.ölçüdə olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi İddiaçı olsa da hərracın qalibi alqısatqımüqaviləsini bağlamaqdan imtina etmişdir. Bu səbəbdən komitənin xx.xx.2019-cu il tarixli Sərəncamı ilə həracın nəticələri ləğv edilmişdir. Ona görə də İddiaçı tələbi əsassızdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 ayrıayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 Tofiq qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02.09.15-ci il tarixli qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyri-yaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. 72.3. İcra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. 72.4. İcra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. 72.5. Çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. 72.6. İcra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir. 72.7. Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 87.1 İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Mülki Prosessual Məcəllə: 153.2.1 Hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1 Hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 53,1 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi boşaldılaraq tələbkar Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. Eyni zamanda iddiaçıya məxsus əşyalar da Cahangirova Tahirə Möhübbət qızına təhvil verilmişdir. İddiaçı təhvil verilən qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirərək Nəsimi rayon İcra və probasiya Şöbəsinin icra məmuru Murad Xudaverdyevin tərtib etdiyi 20 avqust 2019-cu il tarixli Akt qanunsuz olmaqla etibarsızlığını mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 6ÜŞ-14417/21 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 2(103)- 7512/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı T.Cahangirovanın cavabdehə qarşı iddiasının rədd edilməsinə aid hissəsinin ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7512/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadın təsdiq olunmuş surəti 2(103)-4215/2018 saylı xx.xx.2020-ci il tarixli məktubla Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilərək xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası zamanı qeyd edilən həmin qərardadın mövcudluğunun nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-9234 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsinə aid hissədə ləğv edilmiş, iddiaçı Cahangirova Tahirə Möhübbət qızının cavabdeh İddiaçı qarşı iş üzrə icraata xitam verilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qərarı ilə iddiaçı Cahangirova Tahirə Möhübbət qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4215/2018 saylı icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyriyaşayış sahəsinin boşaldılması qət edilmişdir. xx.xx.2019-cu il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53,1 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-148/2022 saylı 10 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsinə dair qərarı ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-4215/2018 saylı icra sənədi üzrə icra icraat təzələnmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-148/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 148/2022 saylı 10 may 2022-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilmiş, qərardad ləğv edilmiş, İddiaçı Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsinə dair qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-148/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-148/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsin xx.xx.2022-ci il tarixli 8(103)-323/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-148/2022 saylı 19 avqust 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alnmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi «İcra haqqında» qanunun 10.1, 20.1-ci maddələrinə əsasən qərardad qəbul edərkən qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olmasını, icra məmuru tərəfindən qeyri-yaşayış sahəsinin həmin MTK-nın sədri kimi Cahangirova Tahirə Möhübbət qızına təhvi verilməsini nəzərə alaraq icra məmurunun sözügedən qərarının qanuni olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qərarlarını nəzərə almadan həmin iş üzrə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyevin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsinə dair qərarını ləğv edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli 2(103)- 4215/2018 saylı icra sənədi üzrə icraat təzələnərək başqa çatmış mübahisənin icraatını təzələmişdir. Halbuki, kollegiya hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə deyil, icra məmurunun hərəkətindən şikayət vermək hüququndan istifadə etməli idi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-367/2022 saylı 13 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar