Məhkəmə qərarları › İş №2(103)-7036/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7036/2025

09.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7036/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4146/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 114 ünvanında yerləşən bağ evinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh qarşı X3 ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş və hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 114 ünvanında yerləşən bağ evinin üzərində iddiaçı X2 1/2 hissədə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4146/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4146/2025 saylı qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiasının təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 114 ünvanında yerləşən bağ evi üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə X2 paylarının müəyyən edilməsi qət edilmişdir. Hazırda İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 4146/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 114 ünvanında yerləşən bağ evinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7036/2025 nömrəli 23 dekabr 2025-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mürafciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 114 ünvanında yerləşən bağ evinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddía tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki hazırda cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzil gələcəkdə qardaşı oğlu Vahidə bağışlanmaq niyyəti ilə onun vəsaiti hesabına alınmışdır. Lakin hal-hazırda qardaşı Cavabdehla və onun həyat yoldaşı Elnarə Əhmədova ila münasibətlərinin kəskin pisləşdiyi üçün mübahisəli əmlaka tərəfindən ödənilən 135.000 manat vəsaitin ona geri ödənilməsinə dair qətnamə qabul edilməsini xahiş etmişdir (i.v.65). Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə hər-hansı münasibət bildirilməmiş və ərizənin icraata qəbul edilib-edilməməsi barədə məhkəmə aktı qəbul edilməmişdir. Bundan sonra isə qəbul edilmiş Bakı şəhəri, Xətai rayon Məhkəməsənin e-2(011)- 4146/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Daha sonra birinci instansiya məhkəməsi işə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə münasibətdə işə baxaraq həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinə münasibətdə iddianın həcmi sonradan artırılsa da belə, birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadla İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasını baxılmamış saxlamışdır. Qeyd edilən qərardadın qəbulundan sonra X2 Cavabdeh qarşı qəbul edilmiş qətnamədə isə iddiaçının hər hansı bir tələbi olmadığı halda o, qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 114 ünvanında yerləşən bağ evinin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiasının təmin edilməsini xahiş etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı həmin qətnamədən şikayət vermək hüququna malik olan şəxs olmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi İddiaçı hazırda mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi birinci instansiya məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4146/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7036/2025 nömrəli 23 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4146/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7036/2025 nömrəli 23 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilsin, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar