Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7042/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 qarşı “sol gözünün əməliyyatının aparılması üçün tələb olunan xərcin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı, 08.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 qarşı “sol gözünün əməliyyatının aparılması üçün tələb olunan xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 valideynləri, iş üzrə cavabdehlər Cavabdeh1 və X1 onun sol gözünün əməliyyatının aparılması üçün nəzərdə tutulan 8000 manat məbləğində zərərin və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı, 08.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı sol gözünün əməliyyatının aparılması üçün tələb olunan xərcin tutulması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı mülki işi üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmənin gəldiyi nəticə ilə məhkəmənin tutduğu mövqe ilə qəti razı deyil. Məhkəmə qəbul etdiyi qərardadını əsaslandıra bilməmişdir, belə ki, o, məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan xx.xx.2006-təvəllüdlü Cavabdeh2 valideynləri, iş üzrə cavabdehlər Cavabdeh1 və X1 onun sol gözümün əməliyyatının aparılması üçün nəzərdə tutulan 8.000 manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi onun iddia tələbi əvvəlki iddia tələbindən tam fərqlidir. Bu yeni iddia tələbidir və əvvəllər verdiyi iddia tələbi ilə eyni deyildir. Burada o, iddia ərizəsində yeni cavabdeh yetkinlik yaşına çatmayan uşağın anasını cəlb etmişdir. Uşağın anası əvvəl baxılan iddia tələbində cavabdeh olmamışdır. Hal-hazırki iddia tələbi də ayrıdır, burada maddi və mənəvi zərər deyil, konkret tibbi müəssiəsinə sol gözünün əməliyyatı üçün tələb olunan məbləğlə, ödənişlə bağlıdır. Ona görə də hesab edir ki, iş üzrə iddia tələbi yeni cavabdehə qarşı-uşağın anasına qarşı irəli sürüldüyündən iddia tələbinin eyni predmet, eyni tərəflər olması fikrinə gəlinməsi düzgün deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasınıniclasında iştirak edən cavabdeh X4 şikayətə etiraz edərək, rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(001)- 4001/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 çəkdiyi xərclər üçün 1050 manat, təkrar əməliyyat üçün 7500 manat, ay ərzində işləmədiyi aylar üçün 3600 manat kompensasiya olmaqla, ümumilikdə 12500 manat pulun tutulmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(001)- 4001/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzi və 30 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş Cavabdeh3 apelyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, iddianın qismən təmin edilən 7500 manat məbləğində dəymiş maddi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.10.2020-ci il tarixli, 2(102)-4005/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası biricni instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, İddiaçı Cavabdeh3 qarşı “pul” tələbinə dair mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilsə də və həmin qətnamə qanuni qüvvəsini alsa da, hazırda iş üzrə cavabdehlərin sayını dəyişməklə eyni mübahisə ilə bağlı eyni predmetli iddia qaldırmışdır. İddiaçı hazırkı tələbini başqa tələb olması kimi qələmə vermək üçün iddia ərizəsinin xahiş etdim hissəsini bir qədər fərqli göstərmişdir. Lakin, bu iddianın mahiyyətini və onun predmetini dəyişmir. Həm əvvəlki, həm də, hazırkı iddia tələbinin maddi əsaslandırıcı hissəsi eynilik təşkil edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, Nəsimi RPİ-nin 29.04.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh3 2006-cı il təvəllüdlü övladı Cavabdeh2 pirotexniki vasitəni İddiaçı sifət nahiyəsinə ataraq, ehtiyatsızlıqdan onun gözünə xəsarət yetirmişdir. Bu səbəbdən həmin qərar qüvvədə olduğundan mövcud olan iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası bu dəlillərinə hüquqi qiymət verərək bildirir ki, həmin qərar 29.04.2020ci il tarixdə qəbul ediləndən sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.10.2020-ci il tarixli qərarı ilə İddiaçı əvvəlki iddiasına hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı, 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2404/2021 saylı, 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7042/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7042/2021
06.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver