Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7051/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1306/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi zərər qismində 7000 manat, mənəvi ziyan qismində 8000 manat, məhkəməyə sənədlərin hazırlanması üçün 100 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 fevral 2022-ci il tarixində saat 21:20 radələrində , özünə məxsus “Toyota Prius” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsində yolun sol tərəfındən saxlamış və avtomobilin arxa sağ qapısından yerə tökülən əşyalarını yığılması məqsədilə , avtomobilin açıq vəziyyətdə olan arxa sağ qapısının yanında arxa hissəsi ilə yolun hərəkət hissəsində dayanıb əşyaları yığarkən , onun sol tərəfindən Zərifə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinə doğru „ hərəkət edən “London taksi ” markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamadan onun ayağının topuq nahiyəsindən düz yuxarı hissəsindən hərəkətdən olan avtomobilin təkəri ilə üstündən keçmiş, avtomaşının sürücü hadisə yerində saxlamayıb hadisə yerindən qaçmışdır və ona köməklik göstərməmişdir. Həmin vaxtı o xəsarət aldığından yerdə uzanıqlı vəziyyətdə qalmış və sonradan AR DİN “102” Xidmətinə zəng edib məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlmiş və ona tibbi yardım edilməsi üçün təcili yardım çağırılmış və onu travmatologiya institutuna gətirmişlər və ilkin tibbi yardım etmişlər. Baş verimiş hadisə Rəsul Rza küçəsi ilə Zərifə Əliyeva küçələrində quraşdırılmış Təhlükəsizlik kameralanmda qeydə alınmışdır. İşin araşdırılması zamanı onun aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün ilkin Məhkəmə -Tibbi Ekspertiza keçirilmiş və xx.xx.2022-ci il taixli 76 N:li Rəydə qeyd edilmişdir ki, “onda olan xəsarətlər -sağ aşıq -baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldırın orta 1/3 -dən başlayaraq ayaq pəncəsinin ayaqarxası səthindəki uzanan hematoması, eləcədə sağ baldırın orta və aşağı 1/3-nin arxa səthinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində yarandığı və xx.xx.2022-ci il tarixinə yol-nəqliyyat hadisəsi , o cümlədən avtomobilin təkərlərinin piyadanın baldırı üzərindən keçməsi nəticəsində əmələ gəldiyi qeyd edilmişdir. Ona vurulmuş xəsarətlərin dərəcəsinin ümumilikdə sağlamlığın qısa müddətdə pozulması ilə nəticələnən yüngül zərər vurmaya aid edilmişdir. İşin təkara araşdırılması məqsədi ilə Komission Məlikəmə -Tibbi Eksprtiza təyin edilmiş və Ekspertizanın keçirilməsi AR Müdafiə Nazirliyinin Məlikəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin ekspertlər komissiyasına həvalə edilmişdir. AR MN Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Canlı şəxsin məhkəmə tibbi ekspertizası k/94 N:li Ekspert Rəyində göstərilmişdir ki, “İddiaçı xx.xx.2022-ci il tarixdə X2 Mərkəzində cərrah tərəfindən müayinə olunan zaman ona sağ ayağı ətrafın baldır nahiyyəsinin aşağı 1/3 hissəsinin infeksiyalaşmış nekrozlaşmış yarası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə məhkəmə -tibbi müayinəsi zamanı “sağ baldırın aşağı 1/3-nin qranulyasiyah infeksiyalaşmış nekrozlaşmış yarası, baldırın aşağı 1/3-nin ödemi ” diaqnozla patalogiya aşkar edilmişdir. Həmçinin, o akademik M. A.Topçubaşov adına X1 29 .03.2022-ci il tarixində müayinə olunmuş və müayinən nəticəsi ondan ibarət olunmuşdur ki, “ Sağ aşağı ətrafın nekrozlaşmış Venoz çatışmamazlıq ” diaqnozu qoyulmuşdur. Eyni zamanda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” onu müayinə etmiş və onun xəsəliyinə “Sağ ətraf baldır nahiyyəsinin aşağı 1/3 issəsinin infeksiyalaşmış nekroz yarası , hemotoz, hematoma qeyd olunur ” Xəstəyə bir il müddətində müalicə olunmağı məsləhəti görülmüşdür.Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhəri Səbail Rayon Polis İdarəsi Təhqiqat Şöbəsində araşdırma aparılmış və , .2022-ci il tarixində AR CPM-nin 39.1.2-ci maddəsi ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir “ və ona xəsarət yetirən “London taksi” markalı ** TA *** qeydiyyat mömrəli avtomaşının sürcüsü Cavabdeh AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Səbail RPİ -nin DYPŞ vasitəsi ilə məhkəməyə göndəriməsi qeyd edilmiş və təqsirli sürücü barəsində İnzibati Protokol tərtib edilmişdir. Onu çoxsaylı həkimlər müayinə və müalicə etmələrinə baxmayaraq xəstəliyi sağalmamaış və həkimlər “onun sağ baldır ətrfında dəri köçürmə əməliyyatı keçirilməli olduğunu bildirmişlər. Belə ki, avtoqəza nəticəsində aldığı xəsarətləri müalicə etmək üçün o bir neçə dəfə MRT və KATE müayinələrində olmuş və damarlarında qan tığacları (tromb) olduğunda təkrar “Dopler” əməliyyatları aparılmışdır. Həmçinin, Sağ ətraf baldır nahiyyəinin aşağı 1/3 issəsinin infeksiyalaşmış nekroz yarası bir il müddətində müalicə olunmalıdır “. Bu isə o deməkdir ki, onun baldırının vəziyyəti ağırdır və uzun müddətli müalicə alamadığı təqdirdə “ ayağının qanqrena olmaq təhlükəsi ” vardır . Artıq 4 aydır ki, o polklinikalara və xəstəxanalara gedib gəlir və həkimlərin məsləhətləri ilə müalicə olunur . Bu vaxta kimi onun ayağının müalicəsinə 7000 (yeddi min) manat vəsait sərf etmiş və həmin vəsaitin cavabdehdən tutulub ona verilməsini xahiş edir. Bu barədə həkimin müayinə qəbzlərini və resptləri məhkəməyə təqdim edir. Eyni zaman da qeyd edir ki, o öz ailəsini xırda sahibkarlıqla məşğul olaraq dolandırır. Baş vermiş hadisədən sonra 4 aydır o heç bir fəaliyyət göstərə bilmir. Daimi həkimlərin yanına gedib gəlir və müalicə alaır . Çünki ayaq üstə düra bilmir və daimi dərmanlarla müalicə alsa da , aldığı xəsarət bu vaxta kimi sağalmamışdır. Ona görə hesab edir ki, onu avtomaşınla vurub qaçan və onu ağır xəsarət yetirməklə pis vəziyyətə salan Cavabdeh çəkdiyi mənəvi zərər üçün 10.000 (on min) manat vəsait tutulub ona verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1306/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 1,460 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (sədrlik edən: İlkin Rüstəmli) Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prossessual Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1306/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyaisya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının apellyasiya şikayətindən imtina edilməsi, əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, bu hal məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəfin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin apellyasiya şikayətindən imtinası əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1306/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7051/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7051/2022
01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver