Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7052/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, nümayəndə (vəkil) Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Suraxanı Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyətində olan “Opel Antara” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 32415 manat pul vəsaitinin, iddiaçıya məxsus avtomobilin ümumi texniki baxışdan keçirilməsi və qüsur aktının tərtib edilməsinə görə ödənilmiş 150 manat pul vəsaitinin, 10000 manat məbləğində vurulmuş mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 42595 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia qismən təmin edilmişdir. Cavabdeh1 bu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. İş apellyasiya icraatında olan zaman Suraxanı Rayon Məhkəməsi müraciət edərək iş üzrə digər Cavabdeh3 MMC tərəfindən də apellyasiya şikayəti verilməsi səbəbindən işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və 04 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş digər Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7052/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7052/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver