Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7053/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(009)-497/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən B-4709 saylı bağ evinin, Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən B-4710 saylı bağ sahəsinin və Sumqayıt şəhəri Avtovağzal ərazisində 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli A-İ/1001 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şirkət tərəfindən aparılan qiymətləndirməyə əsasən ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evinin, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsinin və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin qiyməti ümumilikdə 800,200 manat müəyyən edilmişdir. Rəydə müəyyən edilmiş qiymət ona məxsus əmlakların bazar qiymətindən dəfələrlə aşağıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(009)- 497/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir, ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilmiş və ekspertiza tədqiqatının dəyəri olan 1250 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, qətnamə ilə əmlakların ilkin satış qiyməti müəyyən edilməmişdir. İcra məmurunun sifarişi əsasında qiymətləndirmə keçirilmişdir, nəticədə müəyyən edilmiş məbləğ isə düzgün olmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. İş materiallarından müəyyən edilir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi üçün Sumqayıt şəhər İcra Şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,016 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli B-4709 saylı bağ evi, Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarədə olan 0,1580 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi ümumilikdə 800.200 manata qiymətləndirilmişdir. İddiaçı isə hazırki tələbində həmin qiymətləndirmə rəyini mübahisələndirmişdir. İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Baxılan iş üzrə göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilməmiş, icra məmurunun sifarişi əsasında qiymətləndirmə keçirilmişdir və hazırda iddiaçı həmin qiyməti mübahisələndirmişdir. Mübahisəli əmlak ipoteka predmeti olmuş olsa da, Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2021-ci il tarixli qərardadında göstərilən mövqeyə uyğun olaraq qeyd edir ki, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Odur ki, hazırki tələb məhkəmədə baxılmalı tələb deyildir, qiymətləndirmə rəyinə qiymət verilməsi icra məmurunun səlahiyyətinə aid olduğu üçün, X1 icra məmurunun hərəkətindən şikayət verə bilər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(009)-497/2022 saylı qətnaməsi ləğv edilsin və işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 1250 manat məbləğində pul vəsaiti İddiaçı tutulub "xxxx" MMC-yə (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************47944, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7053/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7053/2022
02.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver