Məhkəmə qərarları › İş №2(103)-7058/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7058/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7058/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X5, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxslər nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər “xxxxxxxxxxx” Şirkətinin təsisçiləri X6 və X4 qarşı “pul və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsindən iş üzrə iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiyaşikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər “xxxxxxxxxxx” Şirkətinin təsisçiləri X6 və X4 qarşı “pul və mənəvi zərər” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin alınaraq ona ödənilməsi, Cavabdeh1 borc kimi aldığı 200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, əldən çıxmış fayda kimi 420.000 manat məbləğinin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” Firması AR Ədliyyə Nazirliyindən Dövlət qeydiyyatından keçmişdir. Vergi orqanından qeydiyyatdan keçərək ********** VÖEN alınmışdır. Azərbaycan Respublikası Dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən İdman sağlamlıq mərkəzinin “xxxxxxx” Firmasının mülkiyyətində olması barədə mülkiyyət hüquqları haqqında Şəhadətnamə verilmişdir. (Reyestr kitabı 1, Qeydiyyat nömrəsi 000093, səhifə 14). Onlar həmin əmlakı aylıq icarəyə verərək hər ay 12.000 manat məbləğində vəsait almışdırlar. Lakin “xxxxxxxxxxx” şirkətinin təsisçisi, həkim Cavabdeh1 onlara yaxınlaşaraq, birgə fəaliyyət göstərmələrini təklif etmişdir. Belə ki, Cavabdeh1 tam əminliklə onları inandırmışdır ki, "İdman sağlamlıq mərkəzi” kompleksində yaxşı Klinika açmaq olar və həmin Klinikadan aylıq minimum 100.000 manat məbləğdə gəlir götürə bilərlər. Uzun danışıqlardan sonra onlar, Cavabdeh1 şirin vədlərinə inanmışlar və ümumi bir razılığa gələrək 2007-ci il tarixdə aralarında “birgə fəaliyyət haqqında” müqavilə imzalamışlar. Həmin müqaviləyə əsasən onlar öz əmlaklarını, Klinika kimi təmir edəcək, Cavabdeh1 da həmin tibb müəssisəsinə müasir tələblərə cavab verən tibb avadanlıqları alacağını və idarə edərək, "100.000” manat xalis gəlirdən hər ay 50.000 manat onlara verəcəyini bildirmişdir. Ümumiyyətlə, belə razılaşmaya səbəb, həm çox qazanc əldə etmək, həm də İlqar Əliyev kimi nüfuzlu və etibarlı bir şəxslə iş birliklərinin olacağı idi. Çünki Cavabdeh1 onlara bildirmişdir ki, ümumi rəhbərləri İlqar Əliyevdir. Onlar müqavilə üzrə öhdəliklərini icra etmək üçün əllərində olan nəğd pulları və mülkiyyətlərində olan mənzilləri satmışlar. Lakin pulları çatmadığından məcbur olub Azərbaycan Beynəlxalq Bankından xx.xx.2007-ci il tarixdə 250.000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 100.000 ABŞ dolları məbləğində kredit götürmüşlər və "İdman sağlamlıq mərkəzi” kompleksini Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya və.s işlərinə ümumilikdə 500.000 manat məbləğində pul xərcləmişlər. Lakin Cavabdeh1 məsul şəxs kimi öz öhdəliyini layiqincə icra etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək gözlədikləri xalis gəliri onlara verməmişdir. Buna baxmayaraq, onların etibarı yenə də Cavabdeh1 qarşı itməmiş və onun İlqar Əliyevinadından dediyi hər bir sözünə inanaraq hörmətlə yanaşmışlar. Belə olan halda, onların maddi vəziyyəti kəskinləşərək dözülməz həddə çatmışdır. Beləki, əllərindəki nəğd pullar xərclənmiş, mənzilləri satılmış və banka olan borcları artmışdır. Ona görə məcbur olub 2009- cu il tarixdə əmlaklarını satmaq qərarına gəlmişlər. Onlar əmlaklarını ilkin olaraq 3.500.000 ABŞ dolları məbləğinə satmaq qərarına gəlmişlər. Cavabdeh1 onlara yaxınlaşaraq bildirmişir ki, İlqar Əliyev həmin əmlakı almaq istəyir. Cavabdeh1la uzun sürən danışıqlardan sonra onlar, İlqar Əliyevə dərin hörmətlə yanaşdıqlarından,əmlakın son satış qiymətinin 2.400.000 ABŞ dolları məbləğində olmasına razılaşmışlar. Lakin alğı-satqı zamanı görmüşlər ki,satılan əmlakın 50%-i Cavabdeh1 övladı, Cavabdeh2 adına rəsmiləşir. Onlar səbəbini soruşanda Cavabdeh1 “Sizə hesabat vermiyəcəm” deyərək onları susdurmuşdur. Alğı-satqı olan zaman onlar 1.200.000 ABŞ dolları məbləğini almışlar. Qalan hissəsini soruşduqda Cavabdeh1 yaxın vaxtlarda ödəniləcəyini bildirmişdir. Bir müddətdən sonra Cavabdeh1 arvadı Arzu Şahbazovanın avtomobili yandığından onlardan 200.000 ABŞ dolları borc almış və qısa zaman ərzində ödəyəcəyini bildirmişdir.Onlar yenə də Cavabdeh1 sözünə inanmış və pulun qalan hissəsinin, yəni 1.200.000 ABŞ dollarını, sonradan isə borc kimi aldığı 200.000 ABŞ dolları məbləğinin alınması üçün İlqar Əliyevə müraciət etməmiş və gözləmişlər. Lakin Cavabdeh1 onları aldatmaqda davam edərək bildirmişdir ki, qalan 1.400.000 ABŞ dolları Nigar Klinikasından gələn xalis gəlirdən hissə-hissə onlara ödəniləcək. Onlar da məcbur olub Cavabdeh1 sözlərinə inanmış və gözləməli olmuşlar. Etiraz edəndə isə Cavabdeh1, İlqar Əliyevi əsəbləşdirə biləcəklərini və bir qara qəpikdə ala bilməyəcəklərini deyərək onlara hədə-qorxu gəlirmişlər. Onlarda məcbur olaraq susmuş və Cavabdeh1 hər 2-3 aydan bir verdiyi xırda məbləğlə razılaşmışlar. Bir müddətdən sonra, yəni 2016-cı il tarixdə Cavabdeh1 ümumiyyətlə pul verilməyəcəyini bildirəndə, onlar məcbur qalaraq İlqar Əliyevə müraciət etməli olmuşlar, İlqar Əliyevə müraciət etdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 onları aldatmaqla yanaşı, İlqar Əliyevin də ona olan etibarından sui-istifadə edərək əsassız olaraq varlanmışdır. İlqar Əliyev dərhal Cavabdeh1 öz iradını bildirmiş və onlara bildirmişdir ki, alınan əmlakın 50%-i özü almış və payına düşən 1.200.000 ABŞ dollarını ödəmişdir. Qalan 1.200.000 ABŞ dolları isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Bununla da, Cavabdeh1 saxtkarlığı üzə çıxmışdır. Keçən müddət ərzində cavabdehlər ona ödəməli olduqları 1.200.000 ABŞ dolları və 200.000 ABŞ dolları, cəmi 1.400.000 ABŞ dolları məbləğini ödəməmişlər, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışlar. Ona görə də məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Keçən bu müddət ərzində o, 420.000 manat məbləğində mənfəətdən məhrum olmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, əmlaklarının satılmamışdan öncə onlar aylıq 12.000 manat məbləğində icarə pulu alırdılar. Keçən 6 il müddətində onlar 420.000 manat məbləğdən də məhrum olmuşlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 1.180.000 ABŞ dolları məbləğində borc və 54.083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.234.083 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilinümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Qeyd olunan qətnamədən narazı qalan 3-cü şəxslər “xxxxxxxxxxx” Şirkətinin təsisçiləri İ.Əliyev və İ.Məmmədov apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxx 2009-cu il tarixli alq-satqı müqaviləsi üzrə tərəf olmasa belə faktiki olaraq bütün danışıqların aparılmasında, alğısatqı zamanı, pul məsələlərində Cavabdeh1 birbaşa iştirak etmiş və həm üçünçü şəxslərin, həm də iddiaçının aldatmaqla xüsusi külli miqdarda pul vəsaitini mənimsəmişdir. Ona görə də hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də bütövlüklə təmin olunmalıdır. “Xəzər-M” firması ilə “xxxxxxxxxxx” Şirkəti arasında bağlanmış Birgə fəaliyyət haqqında xx xxxxxx 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən “Xəzər-M” firması Bakı şəhəri. Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədəki ünvanda firmanın mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində tibbi xidmət göstərilməsi məqsədilə təmir və rekonstruksiya xərcləri üçün 500.000 manat məbləğində öhdəlik götürmüşdür. Bundan sonra, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədəki ünvanda firmanın mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksin təmir və rekonstruksiya işlərinin aparılması üçün “Xəzər-M” firmasının adından Azərbaycan Beynəlxalq Bankı Sahil filialından xx.xx.2007-ci il tarixində 250.000 ABŞ dolları, xx.xx.2008-ci il tarixində isə 100.000 ABŞ dolları məbləğində, qardaşı X8 “Muğan Bank”ın Bakı filialından 50.000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Həmçinin, iddiaçı mülkiyyətində olan və Bakı şəhərində yerləşən mənzili 100.000 ABŞ dollarına sataraq, həmin məbləği də “İdman və Sağlamlıq Mərkəzi” kompleksinin Klinikaya çevrilməsi üçün təmir işlərinə xərcləmişdirlər. Hadisənin birbaşa iştirakçısı olmuş və mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 və X7 İddiaçı tərəfindən təmir və rekonstruksiya işlərinə 500.000 manat məbləğdə pulun xərcləndiyini bildirsələr də, məhkəmə şahid ifadələrini xərclərin çəkilməsi ilə bağlı hissədə mötəbər sübut kimi qəbul etməmiş və iddianı bu hissədə də təmin etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin bu qənaəti ilə də razılaşmayaraq bildirir ki, həqiqətən cavabdehlərin təqsirli, qanunazidd hərəkətlərinə, hədə-qorxularına iddiaçının atası dözməyib ağır xəstəlikdən vəfat etmiş, ataları vəfat etdikdən sonra isə o, bu cür qanunsuz hərəkətlərini onun ailəsinə qarşı davam etdirmiş, onları daima əzab, mənəvi sarsıntı və iztirab hissləri içində yaşamağa məcbur etmişdir. Ona görə də hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-19/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi çıxarılarkən hazırda şikayət olunan hissədə, bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər düzgün qiymətləndirilməmiş, məhkəmə işdə iştirak edən tərəflərin bərabərliyinin pozulması şəraitində aparılmaqla sübutlara ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun qiymət verməmiş, eyni zamanda, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış və təqdim edilən sübutların bəzilərinin nə üçün qəbul edilmədiyi qətnamədə öz ifadəsini tapmamışdır. İddia tələbi təmin olunan hissədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan işin hallarının (faktların) hüquqi əsası olmamış və nəticədə məhkəmə iddiaçının formal mülahizə və fərziyyələri əsasında ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. Qətnamənin tərtibatından məlum olur ki, iddia tələbinin təmin olunan hissədə əsaslı hesab edən birinci instansiya məhkəməsi ədalət mühakiməsini deyil, iddiaçının «istək və arzu» mühakiməsini həyata keçirmişdir. Belə ki, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərkən- Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş normaların tələblərini rəhbər tutmaq, o cümlədənAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyə uyğun münasibət bildirmək əvəzinə, heç bir əsas olmadan iddiaçının formal mülahizələrinə və fərziyələrinə, o cümlədən təhrif olunmuş şahid ifadələrinə üstünlük verməklə, qeyd olunan qanunvericilik aktlarının tələblərini pozmuşdur. Üçüncü şəxslər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 xx xxx 2009cu il tarixli alq-satqı müqaviləsi üzrə tərəf olmasa belə faktiki olaraq bütün danışıqların aparılmasında, alğı-satqı zamanı, pul məsələlərində Cavabdeh1 birbaşa iştirak etmiş və həm üçünçü şəxslərin, həm də iddiaçının aldatmaqla xüsusi külli miqdarda pul vəsaitlərini mənimsəmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 cavabdehlərin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, iddiaçı və üçüncü şəxslərin apellyasiya şikayətlərinə isə etiraz edərək, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər nümayəndəsi və vəkili Vəkil1 üçüncü şəxslərin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellya-siya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Məhkəmə həmin normaların tələblərindən çıxış edərək qeyd edir ki, xx xxx 2009-cu il tarixli alq-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmiş, iddiaçıya isə, onun hüquqlarının pozulması 2016-cı ilin sentyabr ayında məlum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı və üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilinümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “xxxxxxx” firmasında payın alğı-satqısına dair xx xxx 2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı “xxxxxxx” firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X1. Bundan başqa iş materiallarına əlavə olunmuş, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğısatqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd olunmuşdur.Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1592/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(007)-456/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3198/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, hər-hansı şəxsin hərəkətlərində cinayət əməlinin və ya mülki hüquq pozuntusunun olması şifahi mülahizələrlə deyil mötəbər sübutlarla (məsələn cinayət təqibi orqanın və ya məhkəmənin qərarı və s.) təsdiq edilməlidir. Göründüyü kimi, iddiaçı ona maddi ziyan yetirilməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən hər-hansı bir tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının əsasını təşkil edən iddia predmeti və iddianın əsasları üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçıya, onun hüquqlarının pozulması 2016-cı ilin sentyabr ayında məlum olmuşdur. Halbuki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1592/2018 nömrəli qətnaməsi ilə təsbit olunmuşdur ki, İddiaçı hüquqlarının pozulmasının ona 2016-cı ildə məlum olması ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Çünki, iddiaçının göstərdiyi əsaslar (pulun ödənilməməsi və s.) iddiaçıya müqavilə bağlanılan andan məlum idi və müddətin axımı həmin vaxtdan başlamışdır. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış mübahisə müqavilə münasibətlərindən irəli gələn öhdəliklər üzrə yaranmışdır. Bununla bağlı məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək iddiaçının cavabdehlərə qarşı olan tələblərinin əsassız hesab edilərkən, eyni tərəflər arasında yaranmış mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərə alınmalıdır. Bu səbəbdən də kollegiya hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürüldüyündən apellyasiya baxışının predmetinə aid olan halların yenidən araşdırılması işin nəticəsinə əhəmiyyətli təsir etməyəcək. Belə olan halda isə həmin dəlillərin araşdırılması prosessual qənaət prinsipinə zidd olmaqla iş üzrə icraatın uzadılmasına səbəb olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. İşin mübahisəsiz halı olaraq qeyd edilməlidir ki, xx xxx 2009-cu il tarixdə tərəflər arasında əqd bağlansa da, iddiaçı 8 il keçdikdən sonra həmin əqd əsasında yaranmış tələblərlə bağlı iddia qaldırmaqla, iddia müddətini ötürmüşdür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin mənəvi ziyanın təmin edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehlərin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən hər hansı bir hərəkətlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən, iddiaçının mənəvi ziyan tələbinin hüquqi əsası müəyyən edilmir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfləri üçün çəkilmiş xərclər tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı və üçüncü şəxslər “xxxxxxxxxxx” Şirkətinin təsisçiləri X6 və X3 apellyasiya şikayətləri təmin edilməməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(007)- 19/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və üçüncü şəxslər “xxxxxxxxxxx” Şirkətinin təsisçiləri X9 və X3 apellyasiya şikayətləri təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar