Məhkəmə qərarları › İş №2(103)-7058/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7058/2025

07.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7058/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh “2 saylı Uşaq Evi Sosial Xidmətlər Müəssisəsi” X1rşı “təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4695/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh “2 saylı Uşaq Evi Sosial Xidmətlər Müəssisəsi” X2 tərtib etdiyi, həmin müəssisədə saxlanılan xx.xx.1995-ci il təvəllüdlü İddiaçı anası Gülcamal Camalovaya təhvil verilməsi barədə xx.xx.2011-ci il tarixli təhvil-təslim aktı etibarsız hesab edilsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, mülki iş üzrə icraata xitam verilsin, iddiaçıya izah edilsin ki, o, qeyd olunan məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə cavabdeh “2 saylı Uşaq Evi Sosial Xidmətlər Müəssisəsi” X2 arasındakı mübahisə inzibati mübahəsədir. İşin bu halı birinci instansiya məhkəməsinin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Odur ki, mülki iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1ci maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4695/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar