Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7061/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 ASC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh2 ## ###### 2025-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “KİA Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün dəymiş ziyan olaraq 2225 məbləğində, avtomobilin evakuasiya olunması üçün 80 manat məbləğində, avtomobilə baxış keçirilərək qüsur aktı tərtib olunması üçün ödədiyi 67 manat məbləğində və dövlət rüsumu 44 manat məbləğində - ümumilikdə 2416 manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı İddiaçı iddia ərizəsinə əlavə verərək cavabdeh2 ## ###### 2025-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “KİA Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün dəymiş ziyan olaraq 2225 məbləğində, avtomobilin evakuasiya olunması üçün 80 manat məbləğində, avtomobilə baxış keçirilərək qüsur aktı tərtib olunması üçün ödədiyi 67 manat məbləğində və dövlət rüsumu 44 manat məbləğində - ümumilikdə 2416 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 və cavabdeh1 ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində, saat 13:00 radələrində ona məxsus “KİA Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi 127 №li məktəbin yanından keçən yolda hərəkətdə olan zaman ünvan 2 ünvanda qeydiyyatda olan cavabdeh2 idarə etdiyi “VAZ 21061” markalı, A244BH136 Rusiya Dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə hərəkət edərək dönmə əməliyyatı icra edərkən idarəetməni itirərək yolun əks zolağına, onun avtomobili idarə etdiyi yola çıxaraq idarə etdiyi “KİA Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsinə dəyərək toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə hadisə barədə məlumat verildi. “VAZ 21061” markalı avtomobilin sürücüsü cavabdeh2 avtomobili idarə edərək kənarda saxlamışdır. cavabdeh2 Bəyalı oğlu ilə aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qeyd etdiyi kimi, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra 102 xidmətinə məlumat verilmiş, lakin daha sonra cavabdeh2 Bəyalı oğlu avtomobilin sənədlərinin qaydasında olmadığından xərci ödəyəcəyinə razılıq verərək DYP inspektorunun gəlməməsini ondan xahiş etmişdir. ## ###### 2025-ci il tarixdə hava şəraiti qarlı olduğundan yollar buzlu olmuşdur. Hava şəraitini, cavabdeh2 Bəyalı oğlunun qonşu olduğunu və dəymiş ziyanı ödəyəcəyini öz öhdəsinə götürməsini nəzərə alaraq yolnəqliyyat inpektoru ilə danışaraq barışıq əldə olunduğunu və gələcəkdə hadisə ilə bağlı narazılıq olduğu halda şikayət olunacağını bildirmişdir. Hadisədən bir neçə gün sonra cavabdeh2 Bəyalı oğlu ilə telefonla danışmış və avtomobilin toqquşması nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. cavabdeh2 Bəyalı oğlu isə dəymiş ziyan olaraq ona 50 manat məbləğində pul ödəyəcəyini bildirmişdir. ## ###### 2025-ci il tarixdə, Qaradağ rayon DYPŞ-na ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında R Tural İsmayılov baş vermiş hadisə ilə bağlı izahatını almışdır. ## ###### 2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. Material toplandıqdan sonra inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli, TP ******* saylı qərar qəbul olunaraq cavabdeh2 Bəyalı oğlu İXMnin 327.1-ci maddəsində qeyd olunmuş “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə” və 327.6-cı maddəsində qeyd olunan “Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə”-inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. cavabdeh2 Bəyalı oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunduğundan mülki qaydada aidiyyəti məhkəməyə müraciət olunması üçün sənədlər toplamaq qərarına gəlmişdir. 80 manat məbləğində pul ödəyərək avtomobili “xxxx” MMC-nin Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən servisinə aparmışdır. Orada avtomobilə baxış keçirilməsi və qüsurun müəyyən edilməsi üçün 67 manat məbləğində pul ödəmişdir. Servisdə avtmobilə baxış keçirilərək 2225 manat məbləğində ziyan dəydiyi bildirilmiş və bu barədə akt tərtib olunaraq təqdim olunmuşdur. Hadisə zamanı “xxxx” ASC-nin qaynar xəttinə zəng edərək məlumat verməyinə baxmayaraq, qarşı tərəfin sığortasının olmamasını əsas gətirərək şirkətin əməkdaşını hadisə yerinə göndərməmişdir. Hesab edir ki, sığortalı olduğu halda şirkətin əməkdaşı hadisə yerinə gəlməli və müvafiq qaydada ödəniş sığorta şirkəti cavabdeh1 ASC tərəfindən təmin olunmalıdır.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilərək, cavabdeh cavabdeh2 “Kia Optima” markalı, **-XC-*** DQN-lı avtomobilə dəymiş 2225 (iki min iki yüz iyirmi beş) manat maddi zərərin və qüsur aktı tərtib olunması üçün ödənilmiş 67 (altmış yeddi) manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh cavabdeh2 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı İddiaçı məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində cavabdeh cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqazidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından avtomobilə dəymiş zərər sığorta təşkilatından tələb oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ziyan aktında qeyd olunan 2225 manat ziyan məbləği şişirdilmişdir. Əslində iddiaçıya təxminən 600-650 manat civarında zərər dəymişdir. Belə ki, iddiaçıya məxsus avtomobilin sürücü tərəfindən farası və həmin tərəfdən krılosu əzilmişdir. Hazırkı mülki işin materiallarından görünür ki, məhkəmə ətaflı və obyektiv məhkəmə araşdırması aparmamış, yalnız iddiaçının şifahi mülahizələri və iddiaçı tərəfindən təqdim edilmiş zərər aktı ilə kifayətlənərək iddia tələbini təmin etmişdir. Belə ki, həmin iş üzrə iddiaçı tərəfindən ona məxsus avtomobilə guya 2225 manat məbləğində dəymiş ziyanın onun tərəfindən aradan qaldırılması üçün sərf edilmiş pul vəsaitlərilə bağlı hər hansı qəbzlər, habelə hər hansı servisdə iddiaçıya məxsus avtomobildə 2225 manat məbləğində təmir işlərinin görülməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
10. İddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
11. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
- Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət; - Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; - Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli Qərarı:
- Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... - Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. - O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; - Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır; - Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materiallarından görünür ki, cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində idarə etdiyi “VAZ 21061” markalı, A244BH136 Rusiya Dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı məxsus “KİA Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur.
19. İş materiallarında olan İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
20. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli nöqsan aktına əsasən "Kia Optima" markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 2225 manat müəyyən olunur.
21. Hadisə nəticəsində zərərçəkmiş avtomobilin sahibi olan iddiaçı hadisənin baş verməsində birbaşa təqsiri müəyyən edilən cavabdeh2 və sığorta şirkətindən avtomobilə dəymiş zərərin ödənilməsini tələb etmişdir.
22. Cavabdeh öz apellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilmiş ziyan aktında qeyd olunan 2225 manat ziyan məbləğini şişirdilmiş hesab edərək, ziyanın əslində təxminən 600-650 manat civarında olduğunu bildirmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması, qərardadın aidiyyəti sənədlərlə birlikdə icra olunması üçün Azərbaycan Qiymətləndiricilər Palatasına göndərilməsi, rəy təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
24. “xxxx” MMC tərəfindən verilmiş EM/M/**/**** saylı, ##.##.2026-cı il tarixli mütəxəssis rəyində cavabdeh2 ##.##.2025-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “KİA Optima” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 2760 manat təşkil etdiyi göstərilmişdir.
25. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində cavabdeh cavabdeh2 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqazidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir.
26. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından avtomobilə dəymiş zərər sığorta təşkilatından tələb oluna bilməz.
27. Cavabdeh öz apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ziyan aktında qeyd olunan 2225 manat ziyan məbləği şişirdilmiş, əslində iddiaçıya təxminən 600-650 manat civarında zərər dəymişdir. Məhkəmə ətraflı və obyektiv məhkəmə araşdırması aparmamış, yalnız iddiaçının şifahi mülahizələri və iddiaçı tərəfindən təqdim edilmiş zərər aktı ilə kifayətlənərək iddia tələbini təmin etmişdir. İddiaçıya məxsus avtomobildə 2225 manat məbləğində təmir işlərinin görülməsi ilə bağlı mötəbər sübutlarməhkəməyə təqdim edilməmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər ilə razılaşmır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi "Kia Optima" markalı, ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın 2225 manat müəyyən olunması barədə “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli nöqsan aktında göstərilən məbləğ ilə razılaşmayan cavabdehin vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən alınmış mütəxəssis rəyinə əsasən həmin avtomobilə dəymiş ziyanın məbləğinin 2760 manat təşkil etdiyi müəyyən olunmuşdur.
29. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmiş mübahisəli avtomobilə dəymiş ziyanın məbləği ilə “xxxx” MMC tərəfindən hesablanmış ziyan məbləği nəinki təsdiqləndiyindən, hətta daha da çox olduğundan, məhkəmə kollegiyası iddiaçının cavabdeh cavabdeh2 qarşı iddia tələbini əsaslı hesab edir.
30. Cavabdeh tərəfin isə apellyasiya şikayətində qeyd etdiyi - mübahisəli avtomobilə təxminən 600-650 manat civarında zərər dəyməsi barədə dəlili iş materialları ilə öz təsdiqini tapmamışdır.
31. Bundan əlavə, cavabdehin mülki məsuliyyəti icbari qaydada sığortalanmadığından avtomobilə dəymiş zərər sığorta təşkilatından tutulmalı olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə tələb olunan 300 (üç yüz) manat ödəniş cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsinə görə tələb olunan 300 (üç yüz) manat ödəniş cavabdeh cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına (Hesabın sahibi: "xxxx" MMC, Hesab/IBAN: AZ61BRES00380394402470392801, VÖEN: 1702290431, Benefisiar bank: "xxxx" ASC Ağa Neymətulla şöbəsi, Müxbir/Hesab: AZ80NABZ01350100000000014944, KOD: 505668, VÖEN: 9900001901, S.W.İ.F.T : BRESAZ22) ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov