Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7062/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Asif qızının sədrliyi və məruzəsi ilə, Fuad Şəmsəddin oğlu Talışınski və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, Cavabdeh təsisçisi olduğu “xxxx” MMC-nin, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin, Qusar rayonu, Balaqusar kəndində yerləşən 0,29 ha torpaq sahəsinin, ünvan 3 ünvanında yerləşən qeyri yaşayış sahəsinin, Qusar rayonu, Balaqusar kəndində yerləşən 138.1 kv metr sahəsi olan mənzilin, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin, ünvan 690 kv metr fərdi yaşayış evinin, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv metr olan əmlak kompleksi kimi müəssisənin və 0.50 ha torpaq sahəsinin, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin, ünvan 9anında yerləşən 0.40 ha torpaq sahəsinin, ünvan 105.3 kv metr olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin, ünvan 11 ünvanında yerləşən yaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2631/2021 saylı, 11.06.2021-ci il tarixli qərardadına əsasən şikayət ərizəsi təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 1-ci instansiya məhkəməsi 09 mart 2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qərardadı qəbul edərkən, iddianın təmin etmə tədbirinin tətbiq edilməsinin mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmasına, məhkəmə tərəfindən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxılarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia ilə nə qədər bağlı olmasına və ona müvafiq olub-olmadığının araşdırılmasına, həmçinin müvafiq məhdudiyyətin tətbiq edilməsi zamanı mütənasiblik prinsipinin tələblərinin nəzərə alınmasının vacib olmasına istinad etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab oluna bilməz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(006)-2631/2021 saylı qərardadında göstərilən nəticələr işin hallarına uyğundur. Maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 158.1.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirləri görülə bilər. 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirləri görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Məhkəmə qeyd edir ki, iddianı təmin tədbirləri qətnamənin gələcəkdə icra edilməsi məqsədinə yönəldiyindən və belə ərizələrə daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı olduğundan həmin tədbirlərin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. İddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə, ərizədə cavabdeh kimi qoyulmuş şəxs(lər)ə qarşı yönəldilmiş tələb(lər)in ilkin əsaslandırılmasına və bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxs(lər)in, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-2631/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7062/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7062/2021
07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver