Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7062/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4692/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət kimi qeyd olunmuş 0.00672 ha torpaq sahəsinin xüsusi mülkiyyətinə verilərək, adına özəlləşdirməsini və həmin öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4692/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iddia ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya hazırki tələblə məhkəmə aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxs 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilərək adına özəlləşdirilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə ilk dəfə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2624/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, həmin iddia ərizəsi rayon/şəhər məhkəməsində baxılmalıdır. Bundan sonra tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin bu məhkəmə tərəfindən qəbul edilmiş qərardadda qeyd edilmişdir ki, hazırki iddia ərizəsinə rayon/şəhər məhkəməsində baxıla bilməz. Nəticədə iddiaya hansı məhkəmə tərəfindən baxılmalı olması sualı yaranır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4692/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 4692/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun: 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir; 8.3-cü maddəsinə əsasən dövlət əmlakını satıcısının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi akta uyğun olaraq tənzimlənir; 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarının 31-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və s. inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi torpaq sahəsinin özəlləşdirilərək, onun xüsusi mülkiyyətinə verilməsindən və həmin öhdəliyin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasından ibarətdir. Dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki/hüquqi şəxslərin hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bununla da iddiaçının tələbi inzibati xarakterli olmaqla, inzibati orqana qarşı yönəlmişdir. Bu səbəbdən ərizəyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində deyil, inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəmədə baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi ilə İddiaçı iddiasını iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2621/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddiaçının iddiasının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4692/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153-cü, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4692/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7062/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7062/2024
27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver