Məhkəmə qərarları › İş №2(103)-707/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-707/2023

12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-707/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “inzibati xəta nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta hadisəsi nəticəsində ona vurulmuş 34.960 manat məbləğində maddi və 10.000 manat məbləğində mənəvi zərərin, həmçinin məhkəməyə dövlət rüsümu kimi ödədiyi 140 manatın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-524/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 8777 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 9277 (doqquz min iki yüz yetmiş yeddi) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 524/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxışa təyin edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün icraata qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qəraraaldı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-7936/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar