Məhkəmə qərarları › İş №2(103)-7077/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7077/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7077/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimov Pərvin Adil qızının katibliyi ilə, 2(009)-1804/2024 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 23 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasının təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda iddiaçı ərizə ilə Rayon Məhkəməsinə müraciətə edərək, apellyasiya şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş, lakin onun tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərarda qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, Rayon Məhkəməsinin qətnaməsini xx.xx.2024-cü il tarixdə alsa da, apellyasiya şikayətini 1 ay müddətində verə bilməmiş, apellyasiya şikayətinin 2 gün ötürməklə xx.xx.2024-cü il tarixdə vermişdir. Bu hal ona görə baş vermişdir ki, iddiaçı apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumunu maddi vəziyyətin ağır olması səbəbindən vaxtında ödəyə bilməmişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul etmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İddiaçının ərizəsindən görünür ki, o, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Belə olan təqdirdə hesab edilməlidir ki, iddiaçıya münasibətdə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2024-cü il tarix olmuşdur. Lakin iddiaçı apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Prosessual müddəti ötürmüş iddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” Rayon Məhkəməsinə ərizə versə də, Rayon Məhkəməsi həmin ərizəyə baxmamış, ona hüquqi qiymət verməmişdir. Hal bu ki, MPM-in 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və ərizəyə məhkəmə iclasında baxılır. “Buraxılmış prosessual müddətin bərpası barədə” iddiaçının ərizəsinə hüquqi qiymət verilmədiyi üçün hazırkı mərhələdə hesab edilməlidir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-in 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 23 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması məsələsinin həll edilməsi üçün mülki iş Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar