Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7081/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(004)-852/2020 saylı qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(004)- 852/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Astara şəhəri, H.Əliyev prospekti, ev 224də yerləşən 2 saylı mənzilinə və ordakı əşyalara vurulmuş maddi ziyana görə 5205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində olan ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh1 ASC və "xxxx" MMC ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(103)- 4889/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(004)-852/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC ayrı-ayrılıqda kassasiya vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1745/2021 saylı 05 may 2021-ci il tarixli qərarı ilə, Cavabdeh1 ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4889/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 ASC-yə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, "xxxx" Azərbaycan-X3 kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddianın cavabdeh "xxxx" Azərbaycan-X6 aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin adı çəkilən cavabdehə aid hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilən Ə 009843 saylı vəsiqəyə əsasən İddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Astara rayonunda inşa olunmuş 16 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 18 iyul 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın 20 oktyabr 2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən ümumi sahəsi 65,13 kv.m, faydalı sahəsi 30.187 kv.m olan 2 otaqlı mənzil İddiaçı verilmişdir. 01 oktyabr 2018-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı içməli suyun, nəzarətsizlik nəticəsində, evinə ziyan vurulması, müraciətinə əsasən yaşadığı mənzilinə və ev əşyalarına ziyan dəyməsi faktı yerində araşdırılmışdır. Həmin binanın 2-ci mərtəbəsinə "xxxx" MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından, İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evin divarlarına və mənzillərdə olan ev əşyalarına, müxtəlif növ mebel dəstlərinə və yorğan-döşəyə qismən ziyan vurulmuşdur. Astara şəhərinin Su Təhcizatı və Kanalizasiya Layihəsinə dair 25 dekabr 2014-cü il tarixdə Cavabdeh1 ASC və podratçı "xxxx" AzərTürk MM arasında bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən icra edilən bütün işlər nəticəsində ictimaiyyətə ziyan və ya zərər verilməməli və ictimaiyyəti qoruyan qanunlar pozulmamalıdır. Podratçı müqavilənin etibarlılıq müddəti ərzində ətraf mühitin qorunması ilə bağlı yerli qanun və qaydalara, eləcə də insanlar, mədəni miras, yerinə yetirdiyi işlər ilə bağlı təhlükəsizlik və sağlamlıq məsələləri barədə qaydalara, o cümlədən Dünya Bankının ətraf mühit üzrə qaydalarına uyğun hərəkət etməyə, hesabatlar hazırlamağa, fəaliyyət dövründə qüvvəyə minmiş yeni qaydalara riayət etməyə, işlərin yerinə yetirilməsi üçün müəyyən tədbirlər həyata keçirmək məqsədi ilə tələb edilən icazələrin əldə edilməsinə zəmanət verməyə, qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməyə, həmçinin qüsur və pozuntuların aradan qaldırlması üçün lazımi işlərin həyata keçirilməsinə görə məsuliyyət daşıdığı əks edilmişdir. Astara RİHB-nın memarlıq və tikinti şöbəsinin müdiri, Astara Su kanal İdarəsinin müdiri, Astara RİHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi, Astara şəhəri H.Əliyev prospekti ev 224, mənzil 13 və 14 də yaşayan qonşuların iştirakı ilə tərtib edilmiş 01.10.2018-ci il tarixli aktın məlumatlarına əsasən iddiaçının mənzilinə həmin binanın 2-ci mərtəbəsinə "xxxx" MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 28 mart 2019-cu il tarixli, 31676/8136 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Astara şəhəri H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə smeta üzrə aparılmış hesablamalar nəticəsində, yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində olduğu müəyyən edilmişdir. Həmin Mərkəzin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 12 iyun 2019-cu il tarixli, 12714/12794 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Astara şəhəri H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə və ordakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat məbləğində olduğu müəyyən edilmişdir. Hər iki cavabdehə münasibətdə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 12 iyun 2019-cu il tarixli, 12714/12794 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus Astara şəhəri, H.Əliyev prospekti ev 224də yerləşən 2 saylı mənzilə və ordakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat təşkil edir. Cavabdeh1 ASC işlərin rəsmi qaydada podratçı şirkət tərəfindən təhvil alınmadığını, bu səbəbdən məsuliyyəti podratçı şirkətin daşıdığını bildirsə də, Cavabdeh1 ASC işləri rəsmi qaydada təhvil almamasına baxmayaraq, su xəttinin həmin binaya verməsində iştirak etməli deyildi. Həmçinin digər cavabdeh "xxxx" MMC də işləri podrat müqaviləsinə uyğun təhvil verməmiş suyu binaya çəkməli deyildi. "xxxx" MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış müqavilənin 2.18-ci bəndinə əsasən qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməməyə, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. Hər iki cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdirlər (Cavabdeh1 ASC işləri təhvil almamış nümayəndəsi suyun çəkilməsində iştirak etmiş -Cavabdeh1SC-nin nümayəndəsi izahatında bu halı inkar etməmişdir və Kaspi-Yıldız” MMC isə işləri təhvil-təslim edənədək müqavilə ilə bütün qüsurlara görə məsuliyyəti öz üzərinə götürmüşdür) və buna görə də birgə məsuliyyət daşıyırlar. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 14.2.6, 1096.1, 1096.2-ci maddələrinin işin müəyyən edilmiş hallarına tətbiq edilməklə iddiaçıya məxsus mənzilə və oradakı əşyalara dəymiş ziyana görə 5205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və "xxxx" Azərbaycan-X2 tutularaq İddiaçı xeyrinə ödənilməsi əsaslıdır. Kollegiya "xxxx" Azərbaycan-X6 aid hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, həmin cavabdehin kassasiya şikayətinin dəlilləri qətnamənin ona aid hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, sözügedən binaya suyun çəkilməsi ilə bağlı işləri podratçı şirkət kimi "xxxx" Azərbaycan-X8 həyata keçirmişdir. Cavabdeh1 ASC ilə "xxxx" Azərbaycan-X8 arasında bağlanmış Astara şəhərinin Su Təhcizatı və Kanalizasiya Sistemlərinin Tikintisinə dair 25.12.2014-cü il tarixli müqavilənin 2.18-ci bəndinə əsasən, qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görülməsi, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. İşdə olan, Astara rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şöbəsinin müdirinin, Astara rayon Su-kanal idarəsinin müdirinin, Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər İƏD-si nümayəndəsinin və bina sakinlərinin iştirakı ilə tərtib edilmiş 01.10.2018-ci il tarixli aktdan görünür ki, iddiaçının mənzilinə suyun axması ilə bağlı müraciətin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, binanın ikinci mərtəbəsində "xxxx" MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evin divarlarına və ev əşyalarına qismən ziyan dəymişdir. Eyni məlumat Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2019cu il tarixli rəyində öz əksini tapmışdır. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi tələbinin "xxxx" Azərbaycan-X6 münasibətdə təmin olunması ilə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir (§ 21-22). Ona görə də həmin Müştərək Müəssisənin kassasiya şikayəti təmin olunmamalı, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla belə, Kollegiya hesab edir ki, iddianın Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının Cavabdeh1 ASC-yə qarşı tələbinin hüquqi əsası kimi mülki hüquq pozuntusuna (dekiktə) dair Mülki Məcəllənin 1096, 1097 və 1099-cu maddələri nəzərdən keçirilə bilər (§ 21-22, 24). Normaların məzmunundan göründüyü cavabdehin deliktə görə məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mənzilinin yerləşdiyi binaya suyun çəkilməsi ilə bağlı işləri Cavabdeh1 ASC-nin sifarişi əsasında "xxxx" Azərbaycan-X8 həyata keçirmişdir. Eyni zamanda həmin hüquqi şəxslər arasında bağlanmış müqavilədə “İctimai təhlükəsizlik və ətraf mühitin qorunması üzrə ehtiyat tədbirlərinə dair” şərtə əsasən qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görülməsi, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. Zərərin yaranma səbəbi kimi məhz "xxxx" Azərbaycan-X8 tərəfindən çəkilmiş içməli su xəttinin açıq saxlanılması yuxarıda göstərilən sənədlərlə təsdiqlənir (§ 41). Bundan əlavə, Cavabdeh1 ASC bildirir ki, podratçı təşkilat Astara şəhəri üzrə istifadəyə verilmiş bir sıra tikili və qurğularda işləri yekunlaşdırsa da iddiaçının yaşadığı mübahisəli binanın su və kanalizasiya sisteminin tərəflər arasında təhvil-təslimi icra edilməmiş və səhmdar cəmiyyətinin balansına qəbul edilməmişdir. Belə olan halda, Cavabdeh1 ASC-nin iddiaçıya qarşı təqsirli və qeyri-hüquqi əməl törətməsinin nədə ifadə olunması apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Kollegiya onu da nəzərə alır ki, qanunda mülki hüquq pozuntusu ilə bağlı bəzi hallarda təqsirsiz məsuliyyət halı nəzərdə tutulmuşdur. Məsələn, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (§ 23, 24). Qanunverici bu münasibətlər çərçivəsində işçiyə anlayış verərkən göstərmişdir ki, işçi əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir (§ 25). Baxılan işdə isə Cavabdeh1 ASC-nin sifarişi əsasında su təhcizatı və kanalizasiya sistemlərinin tikintisi işlərini görən hüquqi şəxs "xxxx" Azərbaycan-X4. Yuxarıda göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, Cavabdeh1 ASC-nin iddiaçı qarşısında məsuliyyət daşıması üçün qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərinin işin müəyyən edilmiş halları ilə uyğunluğu lazımi şəkildə araşdırılmamış və əsaslandırılmamışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaqla, işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 27-28). Bu hallar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 ASC-yə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına dəlalət edir. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 ASC-yə aid hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin cavabdehə aid tələbin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh1 ASC sifarişçi, "xxxx" MMC isə podratçıdır. Müqavilə şərtlərinə görə 3cü şəxslər qarşısında yaranan öhdəliklərin cavabdehi "xxxx" MMC-dir və hazırki iddia tələbinin Cavabdeh1 ASC-yə aidiyyəti yoxdur. Ona görə də onlara aid hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, iddianın təmin olunmasını və ona vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin “ona münasibətdə ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki vəziyyətdə apellyasiya icraatının predmeti yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 ASC-yə aid hissəsidir və apellyasiya şikayətinin obyektini də qətnamənin sonuncuya aid təmin edilən hissəsi təşkil edir. Çünki, Ali Məhkəmənin 2(102)- 1745/2021 saylı 05 may 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4889/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 ASC-yə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, "xxxx" Azərbaycan-X3 kassasiya şikayəti təmin edilməmişdir. Hazırki iddia tələbinin zərərlə bağlı faktiki əsası(faktiki hallar) Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətə münasibətdə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ona münasibətdə iddia təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 ASC-yə qarşı da iddianın qismən təmin edərkən qeyd etmişdir ki,... Cavabdeh1 ASC işləri rəsmi qaydada təhvil almamasına baxmayaraq, su xəttinin həmin binaya verməsində iştirak etməli deyildi... hər iki cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdirlər (Cavabdeh1 ASC işləri təhvil almamış nümayəndəsi suyun çəkilməsində iştirak etmiş -Cavabdeh1SC-nin nümayəndəsi izahatında bu halı inkar etməmişdir və Kaspi-Yıldız” MMC isə işləri təhvil-təslim edənədək müqavilə ilə bütün qüsurlara görə məsuliyyəti öz üzərinə götürmüşdür) və buna görə də birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 ASC isə bəyan edir ki, podratçı təşkilat Astara şəhəri üzrə istifadəyə verilmiş bir sıra tikili və qurğularda işləri yekunlaşdırsa da iddiaçının yaşadığı mübahisəli binanın su və kanalizasiya sisteminin tərəflər arasında təhvil-təslimi icra edilməmiş və səhmdar cəmiyyətinin balansına qəbul edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının Cavabdeh1 ASC-yə qarşı tələbinin hüquqi əsası kimi mülki hüquq pozuntusuna (deliktə) dair Mülki Məcəllənin 1096, 1097 və 1099-cu maddələri ola bilərdi. Lakin bu halda Cavabdeh1 ASC-nin iddiaçıya qarşı təqsirli olaraq hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu törətməsi sübuta yetirilməlidir. Əks halda Cavabdeh1 ASC törətmədiyi mülki hüquq pozuntusuna görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yəni, Cavabdeh1 ASC işləri təhvil almamış nümayəndəsinin suyun çəkilməsində iştirak etməsi hansı mülki hüquq pozuntusunun tərkibini yarada bilərdi yaxud yaratmışdır ki, bu da sonuncunu mülki hüquqi məsuliyyətə cəlb etmək üçün əsas olsun. Məhkəmə yalnız nümayəndənin suyun çəkilməsində iştirakına görə Cavabdeh1 ASC-ni digər cavabdehlə birgə məsuliyyət daşıdıqları qənaətinə gəlirsə ən azından suyun çəkilməsində iştirakın nəyə görə mülki hüquq pozuntusu yaratdığının yaxud nümayəndənin suyun çəkilməsində niyə iştirak etməməli olduğunu səbəblərini açıqlamalı idi. Bu səbəbləri göstərmədən yalnız ifadə olaraq həmin sözlərin qətnamədə göstərilməsi isə kifayət etməz ki, Cavabdeh1 ASC də digər cavabdehlə birgə məsuliyyət daşısın. Qeyd olunduğu kimi Cavabdeh1 ASC-nin sifarişi əsasında su təhcizatı və kanalizasiya sistemlərinin tikintisi işlərini görən digər cavabdeh "xxxx" Azərbaycan-X5muş və sonuncu bu işləri aralarında bağlanmış müqaviləyə əsasən icra etmişdir. Həmin müqavilənin şərtlərində də Cavabdeh1 ASC-nin nümayəndəsi suyun çəkilməsində iştirak etdiyinə görə üçüncü şəxsə vurulacaq zərərə görə birgə məsuliyyət daşıyacaqları nəzərdə tutulmamışdır. Buna görə də məhkəmənin bu hissədə səhv qənaətə gəldiyi açıq-aşkar təsdiq olunduğundan Cavabdeh1 ASC-yə münasibətdə qətnamə ləğv olunmalı və ona aid hissədə iddia rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(004)-852/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətnə aid hissədə ləğv edilməli və iddia ona aid hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(004)- 852/2020 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətnə aid hissədə ləğv edilsin və iddia ona aid hissədə təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7081/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7081/2021
02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver