Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7084/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “dəymiş ziyanın kompensasiya edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3245/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “dəymiş ziyanın kompensasiya edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3245/2023 nömrəli, 20 oktyabr 2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, onun ləğv olunmasını, işin icraatına qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinn 30 oktyabr 2023-cü il tarixli e-2(007)-3245/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Nizami Rayon Məhkəməsinin e-2(007)- 3245/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, işin aidiyyat məsələsinin dəqiq yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın hüquqi ünvanı “AZ1012, ünvan 1ətində göstərmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin hüquqi ünvanının Nəsimi rayonunun inzibati ərazisində olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. MPM-in 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Birinci instansiya məhkəməsi tərəfləri dinləmədən işin ərazi aidiyyəti üzrə düzgün verilməməsi nəticəsinə gəlsə də, işdə cavabdehin hüquqi ünvanını təsdiq edən nizamnaməsinin surəti və ya müvafiq səlahiyyətli inzibati orqanın rəsmi məlumatı mövcud deyildir. Qeyd edilməlidir ki, aiddiyətlə bağlı məsələnin dəqiq yoxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də məhkəmə xidməti vəzifəsinə görə (tərəflərin bildirməsindən asılı olmayaraq) bu halı mötəbər sübutlarla dəqiqləşdirməli, tərəflərlə müzakirə etməklə qərar qəbul etməlidir. Kollegiya, həmçinin vurğulayır ki, MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Eyni zamanda, ərazi aidiyyəti məsələsi iddia ərizəsinin icraata qəbul olunmasından sonra da yoxlanıla bilər. Bu səbəbdən də əgər məhkəmə baxışı zamanı əldə edilmiş sübutlarla iddia ərizəsinin səhvən icraata qəbul olunması müəyyən olunarsa, müvafiq qərar qəbul olunması istisna edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. İş üzrə Bakı Nizami Rayon Məhkəməsinin e-2(007)-3245/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7084/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7084/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver